Saç dərisindən parçalar halında tökülən qabıqlar görünüşümüzü korlayır.
Kəpək niyə əmələ gəlir?
Uzun
müddət yuyulmadıqda, saçlar çirklənir və kəpək meydana gəlir. 2 gündən
bir saç tipinizə uyğun bir şampunla saçlarınızı Yumalısınız.
Saçları yuyarkən, saç dərisinə təzyiq göstərməməyə diqqət edin.
Kəpəkli
saçlardan xilas olmaq üçün, saçların ilıq su ilə yuyunması lazımdır.
İsti su ilə saçları yumaq, kəpək meydana gəlməsini sürətləndirir.
Saçlarınızdakı jele, sprey kimi şəkilləndirici məhsullar təmizlənmədən yatılmamalıdır.
Kəpəkli saçlara sahib olanlar kəpək şampunundan istifadə etməlidir.
Həddindən artıq stressli vəziyyətlər də kəpək meydana gəlməsinə səbəb ola bilər.
Kəpəkli Saçlar Üçün Təbii Qarışışıma lazım olanlar
1 armudu stəkan su
5 damcı çay ağacı yağı
1 xörək qaşığı alma sirkəsi
Hazırlanması
Bütün
ərzaqları qarışdırın və şüşə bir qabın içinə doldurun. Hazırladığınız
qarışımdan götürüb, saç diblərinə yedirerek sürtün. 5 dəqiqə gözlədikdən
sonra, saçlarınızı yuyub təmizləyə bilərsiniz.
Kəpək Üçün Bitki mənşəli Həll
Maska 1
1cay qaşığı bibəriyə yağı
1 çay qaşığı evkalipt yağı
1 xörək qaşığı alma sirkəsi
Yarım qəhvə fincanı soya yağı
1 qəhvə fincanı su
Hazırlanması
Siyahıdakı
vəsaitləri şüşə kasada qarışdırın və saç diblərindən başlayaraq bütün
saçlarınıza yedirdin. 2 saat bu şəkildə gözləyin. 2 saatdan sonra
saçlarınızı şampunla yuyub təmizləyə bilərsiniz. Həftədə 1 dəfə
təkrarlayaraq kəpək problemindən xilas ola bilərsiniz.
Maska 2
1 çay stəkanı su
1 şorba qaşığı alma sirkəsi
5 damla çay ağacı yağı
Hazırlanması:
Bütün
vəsaitləri qarışdırın və şampunla saçlarınızı yuduqdan sonra,
saçlarınıza sürtün. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə saçlarınızı
yaxalayın. Həftədə 1 dəfə tekrarladığınızda kəpək problemini həll
edəcək.