Saçlarınızın nəmliyini itirməsi və tez-tez fenləmək nəticəsində yüksək
istiliyə məruz qalması saç tellərinizin sərtləşməsinə səbəb olur. Saçlar
fenləmək, boyamaq, rəngini açmaq kimi proseslər, hava şəraiti, stress
və qidalanma nəticəsində asanlıqla zədələnir. Bütün qadınlar saçlarının
həmişə baxımlı və yumşaq olmağını istəyirlər. Yediyiniz qidalar bəzən
saçlarınızı kifayət qədər nəmləndirmir. Buna görə təbii maskalarla
saçlarınıza nəmlilik qazandıraraq daha baxımlı, yumşaq və sağlam
olmasına nail ola bilərsiniz.
Yumşaq və sağlam saçlara sahib olmaq üçün nə etməliyik?
- Doğru
bilinən yanlışlardan ən birincisi saçları hər gün yumağın faydalı
olduğudur. Hər gün yumaq saçlarınızın nəmini itirməsinə, beləliklə də
sərtləşməsinə və qırılmasına səbəb olur.
- Saçlarınızı durulayarkən
isti və ya soyuq su əvəzinə soyuğa yaxın ilıq su istifadə etməlisiniz.
Soyuq su saçların parıldamasını təmin edir.
- Saçlarınızı yuduqdan
sonra uzun müddət qurudan fenin istiliyinə məruz qalmaması üçün suyunu
dəsmal ilə yaxşıca qurulayın. Saç qurudan feni mümkün qədər qısa müddət
istifadə edin.
- Həftədə bir dəfə evdə hazırlaya biləcəyiniz maskalardan istifadə edin.
Belə maskalardan birini sizə təqdim edirik.
Tərkibi:
- 1 çay qaşığı bal
- 1 çay qaşığı zeytun yağı
- 1 çay qaşığı lavanda yağı
- 1 çay qaşığı dəfnə yarpağı
- 1 çay qaşığı hind yağı
Hazırlanması və tətbiqi:
Ərzaqların hamısını
təmiz bir qabda bal yumşalana kimi qarışdırın. Sonra bu qarışığı
saçlarınıza tətbiq edin və nəm bir dəsmalla bağlayıb 30 dəqiqə
saxladıqdan sonra yuyun. Bu maskanı davamlı olaraq həftədə bir dəfə
istifadə etdiyiniz zaman fərqi hiss edəcəksiniz.