Saçlarınız elektriklənirsə, çiməndən sonra...

Müəllif: Dilaycan
Şərhlər: 3
Baxılıb: 2 449
Səs ver:
(səs: 0)
>Çox zaman qadınlar saçlarının fenlə deyil, öz-özünə qurumağını istəyirlər. Ancaq saçlar elektrikləndikdə nəticə tam ürəkaçan olmur. Bəs saçların quruyarkən elektriklənməməsi mümkündürmü? Əslində, bu, mümkündür.

>Şampunu keçin
>Şampunsız saçların təmiz olmayacağını düşünürsünüz? Saçları dünən şampunlamısınızsa, bu gün yenidən bunu etməyə ehtiyac varmı? Çox şampunlandıqda saçlardakı təbii yağ azalır və saçlar elektriklənir.
>
>Dəsmalla az qurulayın
>Saçları dəsmalla qurutmaq elektriklənmənin başlıca səbəblərindən biridir. Dəsmal istifadə etməkdə məqsəd saçlardakı suyu götürməkdir. Duşdan sonra saç tellərindəki suyu dəsmalla yüngülcə sıxaraq almaq kifayətdir.
>
>Fırça daraqla daramaq
>Söhbət elektriklənmədən gedirsə, saçları fırça daraqla daramaq bunun ən böyük düşməni ola bilər. Saçların dolaşmaması üçün hamamdan çıxdıqdan sonra düz daraqla daramalısınız.

>Krem sürtün
>Elektriklənmənin qarşısını almağın ən yaxşı yollarından biri də saç kremi istifadə etməkdir. Kremi saçlara dibdən uca masaj edərək tətbiq edin. Saçların yağlı və ağır görünməsini istəmirsinizsə, lazım olandan çox istifadə etməyin.
>
>Saç uclarına qulluq
>Quruma və qırılma saç uclarında başlayır. Buna görə saç uclarına əlavə diqqət göstərməlisiniz. Elektriklənmə əleyhinə məhsullar və ya hindqozu yağı kimi təbii məhsullar işinizə yaraya bilər. Bununla yanaşı, saç uclarındakı qırıqları aradan qaldırmaq üçün tez-tez kəsdirməlisiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri