Bu günlərdə hamilə qala bilərsiniz

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 3 232
Səs ver:
(səs: 0)
Hamiləliyin baş tutması üçün qadın yumurta hüceyrəsinin və kişi spermatozoidin «görüşmə»si tələb olunur.

Bu isə menstrual dövrününyalnız müəyyən günlərində baş verə bilər.
Bu hansı günlərdir? Menstrual dövr zamanı qadında adətən 1, daha nadir hallarda 2-3, hətta 4 yumurta hüceyrəsi inkişaf edir. Yumurtalıqda inkişaf edən yumurta hüceyrəsi ovulyasiya günü yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür. Yumurta hüceyrəsi yalnız 1gün ərzində yaşayır.

Əgər uşaqlıq borusuna düşən yumurta hüceyrəsini burada spermatoidlər gözləyirsə, mayalanma və nəticədə hamiləlik baş tutabilər. Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsi yollarında 3-5, hətta 7 gün ərzində yaşaya və burada yumurta hüceyrəsini gözləyə bilər. Beləliklə, ovulyasiyadan 3-7 gün əvvəl və ovulyasiya günü cinsi əlaqəyə girən qadın hamilə qala bilər.

Ovulyasiya adətən menstrual dövrünün ortalarında baş verir.
Ovulyasiyanın gününü təyin etmək üçün müxtəlif üsullardan istifadə olunur
— xüsusi testlər, hormonalanalizlər, USM, bazal hərarətin (düz bağırsaqda hərarət) ölçülməsi.
Həmçinin qadınların əksəriyyəti ovulyasiyanın yaxınlaşmasını hiss edir.

Bu zaman onlarda bu kimi simptolar əmələ gəlir:
— uşaqlıq yolundan selikli ifrazatın artması (çiy yumurtanın ağına bənzəyir). Bəzən seliyin içində qan izləri ola bilər.

— döşlərin böyüməsi, həssas olması,

— cinsi istəyin artması,

— qarının aşağı hissəsində (sol və ya sağ tərəfdə) sızıldayan ağrıların olması,

— bəzən köp, qarının şişməsi.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri