Vitamin preparatları qəbul etmək lazımdırmı?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 883
Səs ver:
(səs: 0)
Əgər hər şey qaydasındadırsa, səhərlər özünüzü piss hiss etmirsinizsə və yeməyə qarşı ikrah hissi yoxdursa, balanslaşdırılmış qidalanma zamanı başqa heç bir şeyə ehtiyac yoxdur. Lakin, bilavəsitə doğuşdan əvvəl vitamin və mineral əlavələr orqanizmi tələb edilən bütün qidalı maddələrlə təmin edə bilər.

Hamiləlik dövründə iki növ əlavələrin qəbulu tövsiyə olunur:

İlk 12 həftə ərzində hər gün 400 mikroqram (mkq) foliy turşusu. Bu turşu iri yarpaqlı tərəvəzlərin, bəzi sitrus meyvələrinin, mal ətinin, kəpəkli unun, mayanın, toyuq ətinin, xurmanın, paxlalı bitkilərin, mərcinin, qara ciyərin, südün tərkibində var.

Bütün hamiləlik boyunca hər gün 10 mkq D vitamini.

Gələcəkdə, ola bilsin ki, tərkibində dəmir olan bioloji aktiv əlavələrin qəbuluna da ehtiyac yaransın. Orqanizmdə dəmirin miqdarı bütün hamiləlik boyunca yoxlanılır və həkim vaxtaşırı öz tövsiyələrini verir. Hamiləlik zamanı kalsiumun miqdarı da çox vacib rol oynayır, çünki ona olan gündəlik ehtiyac təxminən iki dəfə artır.

Tərkibində foliy turşusu, D vitamini, dəmir və kalsium olan və hamilələr üçün nəzərdə tutulmuş xüsusi polivitamin preparatlarını da qəbul etmək olar. Çalışın, elə preparatlar tapasınız ki, onların tərkibində C, D, B qrupu (B6, B12) vitaminləri, kalium, sink, yod və E vitamini olsun.

Tərkibində retinol (A vitamininin heyvan mənşəli forması) olan əlavələri qəbul etməyin. Bu vitaminin çox miqdarda qəbulu döl üçün zərərli ola bilər. Amma bitki mənşəli karotində olan A vitaminini (məsələn,yerkökü) hamiləlik zamanı qəbul etmək təhlükəsizdir. Vitaminlərdən və mineral əlavələrdən çox istifadə etməyin: bu sizin uşağınıza ziyan vura bilər.

Aşağıdakı hallarda həkiminiz sizə xüsusi əlavələr qəbul etməyi tövsiyə edə bilər:

qatı vegetariansınızsa

əgər sizdə diabet və ya gestasion diabet varsa

əgər sizdə preeklampsiya (gec hamiləlik toksikozu) varsa

əgər sizdə anemiya (qanazlığı) varsa

əgər əvvəllər az çəkili uşaq doğmusunuzsa.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri