Gecikmiş hamiləlik. Müsbət və mənfi tərəfləri

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 095
Səs ver:
(səs: 0)
Müasir dövrdə qadınlar çox zaman uşaq doğulmasını bir qədər sonraya qoyurlar, əvvəl karyera qurmaq, müəyyən mövqe tutmaq, sonra isə ərə getmək və dünyaya uşaq gətirmək istəyirlər. Ancaq elə hallar da olur ki, ikinci və ya üçüncü hamiləlik dövrü olur və bu, ana olmağa hazırlaşan qadının yaşı çox olur. Beləliklə, gecikmiş hamiləlik nə qədər təhlükəlidir?

Mənfi tərəfləri
Ginekoloq-mama həkimlər doğuş üçün ən yaxşı otuz yaşa qədərki dövrü göstərirlər. Bu yaşdan başlayaraq, bəzi çətinliklər yarana bilər. Bu nə ilə bağlıdır? Birincisi, əgər 30-45 yaş həddi yaxınlaşırsa, onda uşağın Daun sindromu ilə doğulması ehtimalı çoxdur. İkincisi, qadınlarda doğuşdan sonrakı dövrdə problemlər yarana bilər, çünki bu yaşda orqanizm çətinliklə bərpa olunur. Bir qayda olaraq, hamiləlik özü çətin keçə bilər: toksikoz güclü təzahür edə bilər, şişkinlik, dartınma və s. həddindən artıq ola bilər. Həm də elə illər ötdükcə mayalanmanın özü də çətinləşir, doğrudur, bu problem hamıda olmaya da bilər.

Orqanizmin özünü belə aparması təbiidir, təəssüf ki, 30, ən çoxu 35 yaşdan sonra qocalma başlayır. Buna görə də bəzi xroniki xəstəliklərin kəskinləşməsi baş verir, bunlar da hamiləlik zamanı üzə çıxa bilər. Burada hər şey ana olmağa hazırlaşan qadının həyat tərzindən, onun öz sağlamlığına münasibətindən asılıdır. Prinsip etibarilə, siz nisbətən sağlam qadınsınızsa, zərərli vərdişləriniz yoxdursa, onda gecikmiş hamiləliyin heç bir qorxusu yoxdur və çox güman ki, bu ciddi fəsadlar törətmədən keçəcək.

Müsbət cəhətləri
Ancaq otuz yaşından sonra ana olmağa hazırlaşan qadınların qarşılaşa biləcəyi bütün bu problemlər heç də o demək deyil ki, ana olmaq sevincindən imtina etmək lazımdır. Dünya bir yerdə dayanmır və müasir təbabət bu gün artıq xeyli təkmilləşdirmələrə nail olmuşdur, bunların sayəsində bir çox problemlərin qarşısını almaq olur. Ondan başlayaq ki, gecikmiş hamiləliyin qadının sağlamlığına təsir göstərə bilən bəzi müsbət cəhətləri də mövcuddur. Məsələn, «maraqlı» adlandırılan bu vəziyyət, hər şeydən əvvəl, hormonal yeniləşmədir, bu isə orqanizmin cavanlaşmasına təsir göstərir. Bu da o deməkdir ki, siz orqanizmin qocalmasını bir qədər ləngidər, hətta onu dayandıra da bilərsiniz, bu isə əsaslı dəlildir. 45 yaşında ana olmağa cəsarətlənən qadınlar klimaksına başlanmasını bir qədər geri atırlar, bu da, məlum olduğu kimi, həmçinin zərif cinsin nümayəndələrinə gümrahlıq və gənclik verir.

Yuxarıda demişdik ki, xroniki xəstəliklər «Balzak dövründə» (30 yaşından sonra) kəskinləşə bilər, ancaq orqanizmlə bağlı elə problemlər də var ki, qadın bətnində körpə gəzdirərkən bunlar heç bir təhlükə yaratmır. Orqanizmdə qan dövranı və ürək üçün çox təhlükəli olan xolesterinin səviyyəsi aşağı düşür, insult və osteoporoz riski azalır ki, bu da böyük üstünlükdür.

Problem və ağırlaşmalardan qaçmaq üçün hamiləliyin planlaşdırılmasına böyük məsuliyyətlə yanaşmaq lazımdır. Hamilə olmamışdan əvvəl mütəxəssis müayinəsindən keçmək lazımdır, həm də bu, yalnız gələcək analara deyil, atalara da aiddir. Hər hansı bir normadan yayınma aşkar edildikdə həkimlər müvafiq müalicə təyin edirlər. Bəzi hallarda uşağın planlaşdırılmasını bir qədər ləngitmək lazım gəlir, çünki qadında aşkar edilən bu və ya digər xəstəlik hamiləlik dövründə nəinki müəyyən ağırlaşmalara səbəb ola bilər, hətta dölə də ciddi ziyan vura və irsi xəstəliklərin ötürülməsinə gətirib çıxara bilər.

Ən yaxşısı istənilən yaşda gələcək valideynlərin öncədən tibbi müayinədən keçməsidir və bunu ailə hər dəfə uşaq planlaşdıranda etmək daha yaxşı olar. Otuz beş yaşlı qadınların heç bir problem və fəsadlarla qarşılaşmadan dünyaya uşaq gətirməsi halları az deyil. halbuki bəzən iyirmi beş yaşlılar üçün bu, xeyli çətin olmuşdur. Hər bir şey fərdidir və orqanizmdən asılıdır. Əsas həmişə sağlamlığa ciddi nəzarət etməkdir ki, lazım olanda nə öz sağlamlığını, nə də dünyaya gətirəcəyin körpənin sağlamlığını təhlükə altında qoyasan.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri