Hamiləlik zamanı ən təhlükəli ANTİBİOTİKLƏR. Uşaqlarda QÜSURLARA səbəb olur

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 936
Səs ver:
(səs: 2)
Hamiləlik zamanı müxtəlif səbəblərə görə qadınlara antibiotiklər təyin oluna bilər.London Universitet kolecinin alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, hamiləlikdə makrolid qrupuna aid olan antibiotiklərdən istifadə uşaqlarda qüsurların riskini xeyli artırır. Penisillin qrupuna aid olanlarda belə risk aşkar olunmayıb.

Qadınla.Com bildirir ki, makrolidlərdən istifadə uşaqlarda ürək, beyin və cinsiyyət orqanlarının qüsurlarının riskini artırır.

British Medical Journal yazır ki, ilk üçaylığında penisillin qəbul edən qadınlarla müqayisədə makrolidləri qəbul edənlərdə bu risk 55% daha yüksəkdir. Ən təhlükəli makrolidlər arasında alimlər eritromisin, klaritromisin, azitromisin kimi dərmanların adını qeyd edir.

Alimlər bu nəticələrə 1990-ci ildən 2016-cı ilə kimi doğulmuş 1 milyon uşağın sağlamlıq haqqında məlumatlarını analiz etdikdən sonra gəliblər.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri