Qadın
Bu həftə də, adətən, səhhətiniz yaxşı olmalıdır. Yaxınlarda siz mama –ginekoloqunuzla tez –tez görüşməyə başlayacaqsınız.
Doğulacaq
körpənizin yerləşdirilməsi barədə düşünmək vaxtıdır. Valideyinlərin
çoxu ilk aylar körpə ilə bir otaqda qalmağa üstünlük verirlər. Gecə
yedirmələri, bezin dəyişdirilməsi üçün belə daha rahatdır və s. Belə
olduqda valideynin nigaranlığı da az olur. Əgər yataq otağınızın yanında
ayrıca uşaq otağı varsa (bizim zamanımız üçün bu, təəccüblü deyil) və
siz körpəni burada yerləşdirməyi qərara almısınızsa, o zaman xüsusi
aparatlar: körpələr üçün monitor, qidalanma üçün taymer və s. əldə edin.
Bu variantın da öz üstünlükləri var: körpə yalnız yatmağı öyrənir və
gələcəkdə valideyinlərini daha az incidəcək, eyni zamanda ər –arvad
münasibətləri də qaydaya düşür (bəzi adamlar körpənin yanında sekslə
məşğul olmağa utanırlar).
İkinci hal Rusiya üçün o qədər də
tipik deyil, onun üçün də üzərində ətraflı dayanmırıq. Bir də ki, həyat
daim öz düzəlişlərini edir, yaxşı olar ki, körpəniz dünyaya gəldikdən
sonra bu barədə həkim neonatoloqla məsləhətləşin.
Gələcək uşaq
Körpə günlərlə deyil, saatlarla böyüyür! Çəkisi 700 qrama yaxındır. Sümük – oynaq sistemi intensiv olaraq möhkəmlənir.
Döl
sonoqramda belə görünə bilər. Burada nə əks olunduğunu müəyyən etmək
sizin üçün çətindirsə, narahat olmayın! Məhz bunun üçün həkim –
«uzistlər» mövcuddur.