Qadın
Artıq siz orqanizminizdəki dəyişikliyin xüsusiyyətlərini dəqiq müəyyən edə bilərsiniz. Gəlin doğuşun əlamətlərini müzakirə edək.
Döl
getdikcə çanağın dərinliyinə, yəni uşaqlığın dibinə enir. Tənəffüsünüz
yüngülləşəcək. Əgər bu, sizin ilk doğuşunuz deyilsə, o zaman hazır olun –
doğuş «qaşla –göz arasındadır». Uşaqlıq yolu yumşalmağa başlayıb.
Həkimlər bu vaxt uşaqlıq yolunu barmaqla yoxlayırlar, lakin uşaqlıq
yolunun «yetişməsi» heç də həmişə doğuşun başladığına dəlalət etmir.
Doğuş ərəfəsində bu əlamətləri diqqətdə saxlayın.
• Cinsiyyət yollarından qanqarışıq ifrazatın gəlməsi.
• Selikli tıxacın çıxması (yenə oradan).
• Çəkinin bir qədər azalması.
• Nəcisin durulaşması.
• «Yuvalama instiktinin» təzahürü (sakit, dinc yerə çəkilmək kimi xüsusi davranış belə adlanır).
Lakin bu əlamətlər də doğuşun başladığını tam dəqiq göstərmir.
Dözümlü olun! Demək olar ki, hər şey bitmişdir.
Gələcək uşaq
Mekon
(yadınızdadırmı?) adlandırılan ilk nəcis, adətən. uşağın doğuşunun ilk
günündə xaric olunur. Bu, suvağabənzər maddə tünd rəngdə olub qətranı
xatırladır.
Təxminən, körpələrin üçdəbirində mekon doğuşqabağı
dölyanı sulara ifraz olunur. Bu, çox vaxt hamiləliyin son müddətində
dölün oksigen çatışmazlığı hiss etməsindən irəli gəlir. Dölyanı sularla
mekon dölün ağciyərlərinə düşə bilər. Beləki, dölətrafı sularda mekona
rast gəlinsə, narahat olmayın, həkimlər doğum salonunda lavaj adlanan
xüsusi tədbir keçirəcəklər. Bu körpənin bronxlarının təmizlənməsi
üçündür və çağa dövründə ağırlaşma riskini azaldır.