Hamilə qadınlar niyə şokolad yeməlidir?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 200
Səs ver:
(səs: 0)
Şokoladın içində olan maqnezium, qan təzyiqini salar və hipertansiyona mane olar.
Şokoladda olan flavanoid, çox təsirli bir antioksidandır. Antioksidanlar, sərbəst radikallar deyilən toksik yan məhsulları nötralize etdiyi üçün olduqca faydalıdır. Bu toksik yan məhsullar, siqaret tüstüsü və böcək dərmanı kimi maddələrə məruz qaldığınızda bədəninizə girər. Sərbəst radikallar, bədənimizdə təbii hüceyrə maddələr mübadiləsisinin yan məhsulları olaraq da çıxarılar. Antioksidanlar, bu sərbəst radikalların xərçəngə və digər xəstəliklərə çevrilməsini önləyər. Şokoladın rəngi nə qədər tünd isə, o qədər çox flavanoid ehtiva etdiyini unutmayın.
Şokolad sizə mənəvi də verər! Şokoladın içindəki maddələr, beyninizdə, onurğanızda və digər bölgələrdə endorfin deyilən nörotransmiterlerin hərəkətlənməsini təmin edər. Endorfin səviyyəsindəki artım isə sizə ümumiyyətlə kef verər. Endorfin bədənin öz təbii ağrı kəsicisidir (endorfin istehsalını, templi gediş ilə də artıra bilərsiniz).
Bitter şokolad, pis kolestrolü 10% nisbətində salar.
Şokoladda olan digər bir maddə, serotonin, antidepresan funksiyası yerinə yetirər və əhvalınızı yüksəldər.
Şokoladda, oleik turşu deyilən sağlam təkli doymamış yağ olar. Bu yağ, zeytunyağında olan təkli doymamış yağ ilə eynidir. Şokolad eyni zamanda stearik turşu deyilən doymuş yağ da ehtiva edər amma araşdırmalar, stearik turşunun, xolesterol üzərində mənfi bir təsiri olmadığını göstərmişdir.

/Mənbə:Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri