Hamiləliyi qarantiləmənin 5 yolu

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 15 227
Səs ver:
(səs: 3)
1. Ovulasyona diqqət
Qadınların aylıq menstural dövrləri içərisində ovulasyonun reallaşdığı zaman zərfi döllənmə üçün ən uyğun zamandır. Ovulasyondan 4-6 gün əvvəli və ovulasyon gününün izlənilməsi əhəmiyyətlidir. Yumurta yalnız bir gün yaşayarkən spermalar 1 həftəyə qədər həyatda qala bilər. Bu səbəblə ovulasyon başladığında nizamlı əlaqə əhəmiyyətlidir. 2-3 gündən bir cinsi əlaqəyə girmək döllənmə şansını artırar.

2. Siqaret, spirt və kafeini buraxın
Körpə sahibi olmağa çalışan cütlər siqaret, spirt və kafenin kimi yumurta və sperma hüceyrələrinin keyfiyyətini pozan və döllənməyi maneə törədən maddələrdən uzaq dayanmalıdır. Kafenin qəbulunu  tamamilə dayandıra bilmirsinizsə, içdiyiniz qəhvə miqdarını gündə 1 fincana salmağa çalışın.

3. Sağlam qidalanın
Bir qadının bədəninin hamiləliyə hazırlanması üçün bir çox vitamin və mineral lazımlıdır. Boş tərəvəz və meyvə ehtiva edən bir balanslı qidalanma siyahısı və həkim nəzarətində alına biləcək multivitaminler hamiləlik üçün bədəninizi hazırlamada köməkçi olacaq.

4. Keyfiyyətli sperma
Hamiləlik üçün qadın bədəninin hazır olması qədər spermanın keyfiyyəti və sayını da əhəmiyyətlidir. Hormon və steroid qəbulu  sperma keyfiyyətinə mənfi təsir edə bilər. Stressin sperma keyfiyyətini azaltdığı, sink və folik turşu kimi vitamin və mineralların da keyfiyyət və ədədi artırdığı unudulmamalıdır.

5. Həkim müayinəsi ən əhəmiyyətlisi
Həkim müayinəsi hələ əlamətləri ortaya çıxmamış xəstəliklər və sağlam hamiləlik üçün çox əhəmiyyətlidir. Həkiminiz asanca hamilə qalmanız üçün sizə xüsusi ən uyğun yolu təyin edəcək. Körpə düşünən cütlərin mütləq bir həkimlə məsləhətləşməsi və ona görə həyatlarını nizama qoymaları lazımdır.
 
/Mənbə.Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 15 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri