Kompüter
hamilə qadınlar üçün zərərlidir, onlar mümkün qədər kompüterdən
gen gəzməlidirlər. Bəs görəsən, kompüterin, doğrudanmı, insanlara,
xüsusən də qadınlara ziyanı var? Mütəxəssislər bu
qənaətdədirlər ki, bəli, var.
Öncə qeyd etmək lazımdır ki,
saatlarla kompüter qarşısında bütün hislərini monitora
istiqamətləndirib hərəkətsiz qalma fiziki olaraq bir çox fəsadlara
səbəb olur.Hədddən artıq aludəçilik bəzən kompüter istifadəçilərinə
yeməyi belə unutdurur, hətta yuxu rejimini onların əlindən alır.
Qadınlar
hamiləlik dövrünün böyük bir hissəsini evdə keçirirlər. Kompüterlərin
məişətimizə bu qədər nüfuz etmədiyi vaxtlarda hamilə qadınlar
digər məşğuliyyətlərlə yanaşı , adətən, günlərini daha çox
televiziya izləməklə keçirərdilər. Artıq informasiya texnologiyaları o
qədər cazibədar və çoxnövlü funksiyalara malikdir ki, kompüter
arxasında oturmaq qadınlara daha maraqlıdır. Lakin istər evdə, istərsə
də işdə fasilə vermədən kompüter arxasında çalışmaq əzələlərdə
gərginlik, beyində və qan dövranında pozğunluğa gətirib çıxarar.
Bütün bunlar hamilə qadında narahatlıq yaradar.
Odur
ki, uyğun zamanlarda müəyyən fasilə vermək şərtdir, heç olmasa, 2
saatda bir 15 dəqiqə ara vermək olar. Ayağa qalxıb bir az gəzmək,
əlləri, qolları rahat buraxmaq lazımdır. Otağın havasını da tez-tez
dəyişmək məsləhətlidir. Bir şeyi də unutmaq lazım deyil ki, iş
şəraiti nə qədər müasirləşdirilsə də, diyirçəkli və yumşaq kreslo,
masa və s avadanlıqlar, həmçinin rahatlıqlar yaradılsa da,
kompüterlə bağlı problemlər tükənən deyil.
Saatlarla komputer
arxasında əyləşmək gözlərdə quruluq yaradır, çünki daim ekrana
baxdığıçmız üçün gözlərimizi az qapayırıq, nəticədə göz qağaqları
qapanmır və quru qalır. Monitorlar nə qədər qoruyucu linzalardan
düzəldilsə də şüalanma yenə qalır, odur ki, qoruyucu eynəkdən
istifadə etmək lazımdır. Əziz xanımlar, siz gələcəyin anasısız, şüa
hüceyrələri öldürür, sonra o hüceyrələr çətin ki bərpa olunsun.
Bu isə gələcəkdə ağ qan xəsləliyi yarada bilər, ona görə də, vacib
olmayan hallarda kompüterdən mümkün qədər uzaq durmağa çalışın.
Nəinki kompüterdən, həm də mobil telefonlardan.
Unutmayın
ki, ananın keçirdiyi stress birbaşa bətndəki dölə təsir edir. Həm
də o dərəcədə təsir edir ki, gələcəkdə övladınızın əsəbi,
narahat olmasına səbəb ola bilər. ola bilər ki, siz kompüterdə
elə bir şəkilə, xəbərə və ya filmə rast gələrsiniz ki, sizing
dincliyinizi, ümidinizi, cəsarətinizi əlinizdən ala bilər. Oİdur ki,
çalışın belə vaxtlarda kompüterdən maksimum uzaq olasınız, mobil
telefonunuzu üstünüzdə gəzdirməyin. Özünüzü qoruyun..Qoruyun ki,
dünyaya sağlam körpə gətirəsiniz.Çünki sağlam ana sağlam körpə
deməkdir.