Hamiləlikdə mədə bulantısının qarşısı necə alınmalı?

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 4 777
Səs ver:
(səs: 0)
Bulantı, qusma və mədə şikayətləri qadınların hamiləliyinin ilk dövrlərində daha çox şikayət etdiyi problemlərin başında gəlir. Bu zaman hər cür yemək, qoxu mədə bulantısına səbəb olur, yediklərini qaytarmaqla nəticələnir. Ancaq hamiləliyin bu halı ilə başa çıxmaq üçün bəzi şeylər etmək kifayətdir.
 
Yüngül səhər bulantıları normaldır
Bulantı və qusma menstruasiya gecikmələrində görünən ən birinci əlamətdir və hamilələrin 60-80 %-də rastlanır. Səhərlər yüngül bulantı hiss etmək bütün hamilələrə xasdır. Bulantılar adətən 5-6-cı həftədən başlar, 8- ci həftədə zirvəyə qalxar, 14-cü həftəyə kimi azala bilər, bəzən isə doğuşa kimi davam edə bilər.
Çəki itkisi və orqan çatışmazlığına kimi problemlər yaşana bilər
 
Hamiləlikdə "Hiperemezis gravidarum” olaraq adlanan 0.5 -1 nisbətində görünən bulantı və qusmaların daha ağır yaşandığı hallar da olur. Çəki itkisinə səbəb olacaq bulantı– qusma çox maye itkisi, bəzən də qaraciyər və böyrək çatışmazlığına qədər gedən bir problemdir. Xəstəxanada yataraq müalicə almaq lazımdır.
Siqaret, qızartma və ağır ətir qoxusundan uzaq durun
 
Hamiləlik hormonları (esterogen, progesteron), tiroid vəzinin çox işləməsi, "gastrointestinal” sistem rahatsızlıqları (xora , özofajit), psixolojik və fizioloji səbəblər qusmaya səbəb olan səbəblər sırasındadır. Siqaret, ətir, qəhvə, neft məhsulları və qızartma kimi qoxular da qusmaya səbəb olur. Siqaret çəkilən yerlərdən uzaq durmaq lazımdır.
 
Mədə şikayətlərindən xilas olmaq üçün həyat tərzini dəyişin
 
Mədə yanması hamillik zamanı 30- 50 % rastlanır.  Doğuşa qədər davam edə bilər. Hormonal və fizioloji dəyişiliklərdən qaynaqlanır. Hamiləlikdən əvvəl mədə şikayəti olan qadınlarda daha sıx olur. Hormonlarla bağlı mədə boşalması yavaşlar, həm də cift böyüdükcə mədəni yuxarıya doğru itələyər.
 
Hamiləlikdə mədə bulantısı və qusmanın qarşısını almaq üçün:
 
Mətbəxdən uzaq durmaq lazımdır.
 
Quru, yağsız, duzlu qidalar yeyilməlidir. Səhərlər duzlu krakerlər yeyilə bilər.
 
Gündə 6 dəfə tez- tez, ancaq az yemək lazımdır.
 
Limonlu su, ya da soda yaxşı təsir edir.
 
Ədviyyatlı yeməklərdən uzaq durun.
 
Spirtli içki, siqaret, hazır meyvə suları və digər asitli içkilərdən qaçın.
 
Yatmadan ən az 2 saat əvvəl yeməyi dayandırın.
 
Zəncəfil çayı için.
 
Dəmir və vitamin tərkibli dərmanlar mədəyə ağırlıq edə bilər. Məcbur deyilsizsə, qəbul etməyin.
 
Çox bulantı zamanı bulatının qarşısını alan və B vitamin dərmanları qəbul edin.
 
Mədə yanmasını əngəlləmək üçün:
 
Çox kökəlməyin.
 
Yatarkən başınızın altını hündür edin.
 
Yeməkdən dərhal sonra uzanmayın və ani olaraq önə əyilməyin.
 
Çox isti qidalar yeməyin.
 
Yemək arası bol su için.
 
Dar geyimlər geyinməyi
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri