Hamiləliyin aybaay gedişatı (3-cü ay)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 106
Səs ver:
(səs: 2)
Üç aylıq hamiləlik 
(9 -12 həftələr arası)
Körpədə dəyişikliklər 9 həftəlik hamiləlik: Bu həftədə körpənin bədəni şəkil almağa başlayır. Körpənin baş qisimi ultrasəsdə bədənin qalan hissəsinə görə daha böyük olub əl, ayaq barmaq və dırnaqları, həzm sistemi və daxili orqanları inkişafa başlayır. Xarici orqanlar hələ inkişaf etməmişdir. Körpə bəzi kiçik hərəkətləri etməyə başlasa da ana namizədi bunları hiss edə bilməz. 10 həftəlik hamiləlik: Bu həftədə körpənin vacib orqanları inkişaf edər. Skelet inkişafı ilə birlikdə dişlər inkişafa başlayar. Göz çuxurları meydana gələr lakin gözləri hələ bağlı olar. Bu periodda beyin inkişafı sürətlə davam etməkdədir. Körpə oğlan isə bu həftədə testosteron əmələ gəlməyə başlayar, bu da xarici cinsi orqan inkişafını təmin edir. 11 həftəlik hamiləlik: Bu həftənin sonu ilə birlikdə körpə son halını alar. Orqanların böyüməsi çox sürətli olub 20-ci həftəyə qədər 3 qat böyüklüyə çatar. Başın hər iki yanında qulaqlar inkişaf edər və xarici cinsiyyət orqanlarda penis, clitoris fərqləndirmə olar. 12 həftəlik hamiləlik: Körpənin üzündə çənə və burun inkişafına bağlı dəyişiklik olar. Əl və ayaq dırnaqları inkişafı tamamlanır və 12-ci həftə sonu ilə 1-ci üç aylıq dövr bitər. Anada dəyişiklik Hamiləliyin 3-cü ayı 1-ci üçayın (trimestr) son ayıdır. Anada hamiləlikdə artan hormonlara görə ürək bulanma, qusma, sinə sıxışması, başağrısı, yorğunluq, sidik artımı, yuxusuzluq və kabus görmə kimi fərqliliklər olur. Ürəkbulanma və qusma olar ki, ümumiyyətlə 3-cü ayın sonunda keçər. Anada qan yaranmasının və ürəyin nasos gücünün artmasına bağlı olaraq baş gicəllənməsi, başağrısı ola bilər. Qan həcminin artmasıyla gözdə buynuz qişada tipik olaraq 10-cu həftədə genişlənmə olar və körpənin doğumundan sonrakı 6-cı həftəyə qədər davam edər. Göz təzyiqi azalar. Bütün bunlara bağlı olaraq gözdə kiçik əhəmiyyətsiz ləkələnmə olar. Doğumdan sonra normala dönər. Hormonların artımı ilə bağlı süd vəzilərində böyümə başlayır və döş ucu rəngində tündləşmə olur. Hətta ağrı da ola bilər.  Uşaqlıq 12-ci həftədən sonra ölçüsü böyüdüyünə görə sidik torbasına təzyiq edər, tez-tez sidiyə çıxmağa səbəb olar. 3-cü ayın sonunda uşaqlığın çanaq xaricinə çıxmasıyla bu basqı azalır və sidik sıxlığı normallaşır.

Alt qarın bölgəsində spazm və səyirmələr hiss edilməyə başlayar. Uşaqlığın bağlarının gərilməsinə görə, xüsusilə ani hərəkətlərdə kəskin ağrı ola bilər. Bu ağrılar narahatedici olmaqla birlikdə, ümumiyyətlə zərərsizdir. 12-ci həftəyə qədər ana təxminən 1 kq alır. Əsl çəki artımı hamiləliyin 2-ci yarısında olur. Ananın fiziki dəyişməsiylə yanaşı, ruhi dəyişiklikləri də olar. Duyğusallaşma, təklik hiss etmə, özünü yoldaşına qarşı qeyri-kafi hiss etmə kimi duyğular olur. Bu mərhələdə yoldaşının anaya dəstək olması lazımdır. Bir çox ana bu hisslərin davamlı olacağını düşünsə də qısa zamanda azalar.

Hamiləliyin izlənməsi 3-cü ayda hamiləliyin 2-ci izlənməsi aparılar. Hamilə qadının çəkisi və təzyiqi ölçülür. 1-ci izləmədə edilməmişsə, çanaq müayinəsi aparılır. Əgər xəstənin ilk gəlişi isə ümumi qan analizi, sidik, qan qrupu , hepatit (sarılıq), tiroid funksiya testləri , biokimya ( qanda şəkər, qaraciyər və böyrək funksiyaları ), USM tələb olunmalıdır. İlk dəfə 12-ci həftədə Doppler USM -də körpənin ürək döyüntüsü eşidilə bilər. Təkliflər: - Ana qanama, parça salma və ya ağrı, temperatur, həddindən artıq ürək bulanma, qusma kimi vəziyyətlər olsa dərhal həkimə müraciət etməlidir. - Xüsusilə baş gicəllənməsi, ürək bulanma və qusma və ya görmə bulanıqlığı ilə müşahidə edilən şiddətli və davamlı baş ağrısında, şiddətli qasıq ağrısında, atəşin yoldaşlıq etdiyi ağrıda, dərman qəbul etməyə baxmayaraq keçməyən orta şiddətli baş ağrısında dərhal həkimə müraciət etməlidir. - Ağrılı sidiyə çıxma, sidiyə çıxa bilməmə, şiddtəli qəbizlik zamanı da ana həkimə müraciət etməlidir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 14 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri