Hamiləlik zamanı bir çox infeksiyalara rast gəlinir.Bunlar içərisində ən
çox yayılan və daha çox ağırlaşmalar verən infeksiya məxmərəkdir.Buna
görədə hamilə müraciət etdikdə ilkin olaraq məxmərək(rubella)infeksiyasi
müayinə olunur.Bu infeksiya hətta dölə terotogen təsir edir.Ona görə bu
infeksiyaya ciddi yanaşılmalıdır.
İnfeksiya dölə müxtəlif cür təsir edir:
-Dölün ölümü.
-Anadangəlmə ürək qüsurlari.
-Mikrosefaliya.
Müayinə zamanı qanda infeksiyanın anticimlərinin M və G formaları
müayinə edilir.İnfeksiyanın qanda miqdarından asılı olaraq xəstəyə
individual yanaşılır.
16 həftəyə kimi M və G formalar yoxlanılır,əgər M müsbət,amma G forması
mənfidirsə bu xəstənin ilkin yoluxduğunu göstərir və bu çox ağir
haldır.Bele halda anaya hamiləliyin pozulması təklif olunur.
Əgər əksinə G forması müsbət,M formasi mənfidirsə bu hamiləliyin
pozulmasına göstəriş deyil.Bu halda heç bir müalicəyə ehtiyac yoxdur,bu
sadəcə olaraq orqanizmdə bu infeksiyaya qarşi immunitetin olduğunu
göstərir.
Əgər heçbir formasi çixmasa,yəni seroneqativ olsa onda xəstəni iki-üç
həftədən bir təkrar müayinəyə alırıq ki,ilkin yoluxma olarsa xəbərimiz
olsun.
Rubellanın müalicəsi yoxdur,sadəcə olaraq ehtiyac olduqda simptomatik müalicə aparılır.