Hamiləlik dövründə diş çəkmək olar?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 6 801
Səs ver:
(səs: 0)
Hamiləlik bütün bədənin fiziki və psixoloji istiqamətdən bir çox dəyişikliklərə uğradığı bir dövrdür. Ağzımız isə bədənin bu cür dəyişikliklərinə qarşı çox həssas olan bir bölgədir.

Ana namizədi hamiləlik müddətində istər istəməz körpəsini düşündüyü üçün öz fərdi baxımına laqeydlik göstərə bilər. Ürək bulanmaları və qusmalar ağız içində zərərli təsirlərə səbəb olur. Bəzi yemək və içkiləri həddindən artıq istifadə və ya qidadan həddindən artıq iyrənmə nəticəsində ağız boşluğu da buna müəyyən dərəcədə cavab reaksiyası verir .

Hormonal təsirlər nəticəsində ağız içində əsaslı dəyişikliklər olur. Məsələn, qandakı və ağız suyundakı turşu miqdarı artdığı üçün dişlərin çürüməsi sürətlənir. Çünki, ən sadə dillə desək, dişin çürüməsi bakteriyaların ifraz etdiyi turşularla yumşalması-zəifləməsi deməkdir. Diş əti narahatlıqları da əvvəlkindən daha asan və tez-tez özünü göstərəcək.

Hamilə olmağı düşünən və ya hamilə olan hər qadın mütləq bir diş həkimi müayinəsindən keçməlidir, ağız sağlamlığı üçün nələr etməsi və ya etməməsi lazım olduğunu öyrənməli və lazım olan müalicəni etməlidir. Bu həm ananın, həm də uşağının sağlamlığı üçün çox əhəmiyyətlidir.

Hamiləlik əsasən üç dövrdə araşdırılır:

İlk üç aylıq dövr: Bu dövr körpənin çox həssas olduğu bir dövrdür. Gərəksiz müdaxilələr ağrıya səbəb ola bilər. Lakin ağrıya səbəb olmuş və ya müdaxilə edilmədiyi təqdirdə daha çox zərərə səbəb ola biləcək dişlərin çəkilməsi, kanal müalicəsi kimi təcili müalicəsi lazım olan vəziyyətlərdə, çəkinmədən diş həkiminə gedilməlidir. Diş həkimi, körpəyə zərər verməyən dərmanlarla müalicəni təmin edəcək.

İkinci üç aylıq dövr: Bu dövr, hamiləlik sonuna qədər təxirə salınması məsləhət görülməyən diş çəkilməsi, plomblar, kanal müalicələri və s. bir çox müalicənin edilməsi üçün ən uyğun olan dövrdür.

Üçüncü üç aylıq dövr: Bu dövrdə körpə ana bətnində olduqca böyüyür və doğuma yaxınlaşır. Eynilə

ilk üç aylıq dövrdə olduğu kimi, təcili müalicələr xaricində diş həkimi müdaxiləsi məsləhət görülmür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri