Uşaqlar üçün geyim seçməyin qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 961
Səs ver:
(səs: 0)
Valideynlər övladlarının zövqlü və gözəl görünməsini istəsələr də, təəssüf ki, gözəllik altında gizlənən təhlükədən xəbərsiz olurlar. Körpə dərisinin həssaslığını nəzərə alsaq, narahatlığın əbəs yaranmadığı üzə çıxar.

Qadınla.com bildirir ki, uşaqların dərisi güclü sorma qabiliyyətinə malik olduğundan keyfiyyətsiz geyimlərdən istifadə olunan zaman parçadakı kimyəvi maddələr bədənə daha asan ötürülür. Nəticədə uşağın dərisində səpgilər və digər allergik reaksiyalar əmələ gəlir.

Azərbaycan Tibb Universitetinin əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva uşaqlar üçün yalnız təbii liflərdən hazırlanmış paltarların alınmasını məsləhət görür: "Pambıq, ipək, kətan və yundan hazırlanmış paltarların uşaqlar üçün alınması daha məqsədəuyğundur. Yay mövsümü üçün övladlarına paltar almağa hazırlaşan valideynlər geyimlərin istilikkeçirmə və buxarlanma qabiliyyətinin olmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusilə alt paltarların təmiz lifdən olması vacibdir. Üst geyimlər dəri ilə təmasda daha az olduğundan süni liflərdən ola bilər.

Uşaqlar üçün geyim aldıqda gigiyenik sertifikat da tələb edilməlidir. Həmin sertifikat geyimin təbii liflərdən hazırlandığının göstəricisidir. Uşaqda səpgilər və ya bu kimi digər qeyri-spesifik hallar müşahidə olunduqda, pediatra müraciət etmək mütləqdir. Həkim-pediatr məsləhət bildiyi halda allerqoloq müayinəsi də aparılmalıdır".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri