Hıçqıran körpəyə köməklik yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 542
Səs ver:
(səs: 0)

 


Körpəm hıçqırır, hıçqıran körpəyə necə kömək edilər?
Bəzən körpələr uzun çəkən hıçqırıq problemi yaşayır. Dəfələrlə üst üstə hıçqıran körpələrin hıçqırıqdan xilas olması üçün nə etməliyik. Hıçqıran körpəyə necə köməklik edildiyini bilimirsinızsə bu yazımızı yaxşıca oxuyun.
Körpələrdə hıçqırıq tez-tez görülə bilən və təhlükəsi olmayan fizyoloji bir vəziyyətdir. Xüsusilə 0-6 ay arası körpələrdə daha sıx ortaya çıxan bu vəziyyətdən xilas olmaq üçün bir neçə sadə təklif mövcuddur.Budur hıçqırıqdan xilas olmanın yolları…
Körpələrdə hıçqırıq sinə boşluğu ilə qarın boşluğu arasındakı ani sıxılma olaraq təyin olunmuşdur. Bu sıxılma nəticəsində səs telləri bir anda bir-birinə yaxınlaşar və çıxan səsə hıçqırıq deyilir.
Yetkinlərdə hıçqırıq xeyli çox fərqli səbəbdən qaynaqlanar. Uzun çəkən hıçqırıq ürək narahatlıqları kimi böyük xəstəliklərin də xəbərçisi ola bilər. Ancaq körpələrdə hıçqırıq 1 yaşına qədər normal bir vəziyyətdir. Ümumiyyətlə birdən həyəcanlanma, hava udma və hətta havadakı ani soyuma belə körpələrdə hıçqırığa səbəb ola bilər. Hıçqırıq qısa müddətdə keçməzsə yavaş yavaş əmizdirə bilər və ya çay qaşığıyla bir miqdar su verə bilərsiniz. Körpənizi tik tutmaq da işə yarayacaq.

Hıçqırığı uzansa nə etməlisiniz?

Hıçqırıq yetkinlərdə xeyli çox xəstəliyin xəbərçisi olaraq görülür. Hıçqırıq dayanmırsa dhəkimə getmək lazımlıdır. Ancaq 1 yaşına qədər olan uşaqlarda, hıçqırıq səbəbiylə həkimə aparmanıza ehtiyac yoxdur. Körpələrdə hıçqırıq müddətinin 1 dəqiqə ilə 1 saata qədər uzanmasını normal bir vəziyyət olaraq qəbul edin. Hıçqırıq bir saatı keçirsə, həkiminizə telefonla məsləhətləşə bilərsiniz.

Analar əmizdirərkən yediklərinizə diqqət edin!

Hıçqırıq yeməklərdən meydana gələ bildiyi kimi, ana südü ilə qidalanan körpələrdə, anaların yediyi yeməklər də hıçqırığı qaynaqlandıra bilər. Əgər körpənizin inək südü və ya başqa qidanlara qarşı allergiyası varsa, sizin yediyiniz yeməklər bu vəziyyətə səbəb ola bilər.


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri