Ətrafların çıxığı

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 002
Səs ver:
(səs: 0)
Ətrafların (əl-ayaq) çıxığı o hallarda baş verir ki, zədə zamanı sümüklərdən biri oynaq çuxurunu dağıtmış olur və oynaq çuxurundan sürüşüb çıxır.

Sümük çıxığının ümumi əlamətlərinə aşağıdakılar aiddir :
Oynağın ümumi konturunun pozulması, yerindən çıxmış sümüyün təzə yerdə önə keçməsi, sümük çıxıntısı olan ətrafın qısalması yaxud uzanması, oynaqda ağrının artması, aktiv hərəkətlərin pozulması və passiv hərəkətlərin (xəstənin özü tərəfindən deyil, kənardan kömək edilməklə oynaq hərəkətləri) kəskin şəkildə məhdudlaşması. İstənilən hərəkət zamanı oynaqda bərk ağrı olur.

Yardım: heç bir halda özünüz çıxığı yerinə salmağa cəhd etməyin. Yuxarı ətrafların oynaqlarından biri yerindən çıxmışsa, zədəli qolu boyun nahiyəsinə bağlanmış ləçəkdən asırlar. Aşağı ətrafın oynağı yerindən çıxdıqda isə xəstə tam sakit olsun deyə zərər çəkəni uzandırmaq, ağrıyan ayağın dövrəsinə balış düzmək və zərər çəkəni dərhal travmatoloji məntəqəyə çatdırmaq lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri