Uşağınızın Çəkdiyi Şəkil Sizə Nə İzah edir? Ailəsi tərəfindən çox tənqid olunan uşaq böyük qulaq, danlanılan uşaq böyük və dişləri görünən bir ağız, günaha meyli olan uşaq isə buğumlu və detallı barmaqlar çəkir. Qısacası uşağınızın ruh halı çəkdiyi şəkildə gizlidir... Uşaqlarınızın şəkilləri çox şey izah edir. Uşağın ana, ata və ya qardaşlarını çəkmə tərzi onun bu kəslər ilə arasındakı ünsiyyəti göstərir. Bir orqanın normaldan kiçik və ya böyük çəkilməsi ya da heç çəkilməməsi, uşağın ailə fərdlərinə baxış tərzindən, ana atanın ona olan yanaşma şəklinə qədər xeyli çox problemə işıq tutur. Araşdırmalar, ailənin uşağın şəkillərini izləyərək, xüsusilə daha çox çəkilən şəkillərin diqqətə alınıb bir psixoloqla məsləhətləşilməsi lazım olduğunu söyləyir. Çiyin: Bucaqlı çiyinlər və sərt bədən xəttləri təcavüzkarlığa işarə edir. Bu xəttlərdə çəkilən bir valideynlər uşağa qarşı sərt davranır deməkdir. Yumşaq xəttlər isə tam tərsini ifadə edir. Müqayisə edilən uşaq böyük baş çəkir.
Redakte etdi: PRETTY GIRL |