Uşağın anadangəlmə qüsurlu doğulması bir neçə amillərlə bağlı ola bilər. Onlardan ən önəmli səbəblər isə aşağıdakılardır.
Ata
və ya anada hər hansı bir genetik xəstəliyin mövcud olamsının
mümkünlüyü. Bu xəstəlik xromosomlar vasitəsi ilə uşağa keçir və nəticədə
uşaq qüsurlu doğula bilər. Bu hallara əsasən qohumlar arasında olan
evliliklərdə daha çox rast gəlinir. Bu səbəbdən qohum evliliyindən
mümkün qədər uzaq durmaq məsləhət görülür.
Digər bir səbəb isə
hamilə zamanı ananın körpənin sağlığına zərər verə biləcək dərmanlardan
və bununla yanaşı kafeinli, spirtli və narkotik maddələrdən istifadə
etməsidir.
Hamiləliyin ilk 3 ayında ananın rentgen şüalarına
məruz qalması və ya su çiçəyi, qrip, qulaqdibi kimi xəstəliklər zamanı
genlərdə yaranan problemlər də uşağın anadangəlmə qüsurlu doğulmasına
səbəb ola bilər.