Tez-bazar yeyərsə beyni işləməz

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2102
Səs ver:
(səs: 0)
Araşdırmalar uşağınızın 6 ay ilə 2 yaş arasında nə yediyinin 8 yaşındakı zəkasında ciddi olaraq təyin edici olduğunu ortaya qoydu. Ana südü, pendir, meyvə və tərəvəz qəbul edən uşaqlar çox daha ağıllılar.

‘'Uşaq şəkərsiz şokoladsız böyüyərmi, bir hamburgerdən nə olacaq'' deyənlərdənsinizsə, bu araşdırmaya bir nəzər salın. Avstraliyadakı Adeleide Universitetində edilən araşdırma 7 min uşaq üzərində icra edildi.

Araşdırmada, iki yaşından əvvəl şəkər- şokolad qəbul etməyə başlayan uşaqların 8 yaşına gəldiklərində, zəkalarının sağlam qidalanan yaşıdlarından daha aşağı olduğu müşahidə edildi. Araşdırma nəticəsinə görə, ana südü qəbul edən uşaqların məktəb müvəffəqiyyəti də daha yüksək. Qazlı içki qəbul edən uşaqların, məktəb müvəffəqiyyəti isə düşür.

Həyatın ilk iki ilində beyin inkişafı çox sürətli və beyin hüceyrələri inkişaf etmək üçün faydalı qidalardan gələcək qatqıya böyük ölçüdə ehtiyac hiss edir. Ancaq uşaqlarda sağlam qidalanması yalnız ilk iki il əhəmiyyətli deyil. Araşdırmanı icra edən mütəxəssislər; bu araşdırmadan çıxan ən əhəmiyyətli nəticənin yeməklərin uşaqlarımızın üzərindəki uzun vədəli təsirlərinin ortaya çıxması olduğunu söyləyir.

Araşdırma, nə yediklərinin uşaqların yetkin həyatında daha bir çox faktoru təsir etdiyinə işarə edir. Boşuna deməmişlər ‘'Nə yeyərsənsə osan''.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri