Analar diqqət: 1 yaşı olmayan uşaqlara duz verməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 170
Səs ver:
(səs: 2)
Valideynlərin etdikləri ən böyük yanlışlardan biri heç düşünmədən körpələrə duzlu yemək yedirmələridir. Duz insan bədənində əzələlərin çalışmasında önəmli funkisiya yerinə yetirən bir mineraldır. Özəlliklə yodlu duz uşaqların zehni və beyin inkişafı, fiziki cəhətdən böyüməsində önəmli olan tiroit hormonunun ifrazı üçün gərəklidir.

Böyüklər kimi körpələrin də duz qəbul etməsi lazımdır, ancaq miqdarında!

Miqdarından artıq duz qəbulu körpələrdə daha erkən yaşlarda böyrək yükünü artırır və yüksək təzyiqə yol açır. Daha erkən yaşlarda ürək-damar və böyrək xəstəlikləri ilə qarşılaşırlar.
1 yaşından kiçik uşaqlara valideynlər özlərinin yediyi duzlu, ədviyyatlı, tomat və ya digər qidaları çəkinmədən yedirirlər. Ancaq mütəxəssislər körpənin 1 yaşına kimi duza ehtiyacı olmadığını və sağlamlığı üçün verilməməsini deyirlər. Bu yaşda çox sodium gələcəkdə yüksək təzyiq probleminə yol açır. Belə ki, 1 yaşından balaca uşaqlarda böyrək tam inkişaf etmədiyindən çox sodium elektrolit yükünü tənzimləyə bilmir. Nəticədə böyrəyə çox yük düşür.

Hətta uşaq yaşında yüksək təzyiq xəstəsi olurlar. Çox duz qəbulu nəticəsində yaranan yüksək təzyiq, uşaqların yetkin yaşlarda infarkt, iflic keçirmə riski, mədə qanaması, sümük əriməsinə səbəb olur və asma əlamətlərini də şiddətləndirir.

Uşaq yeməkdə problem yaşayırsa, duz qatmaqla onu yedirmək yanlışdır. Damaq dadı ilk iki ildə inkişaf etdiyindən yeməyi duzlu versəniz, sonrakı yaşlarda daha çox duz istifadə edəcək.

Uşaqlarda duz qəbulunu azaltmağın formulları:

1 yaşı olmayınca yeməklərinə duz səpməyin.

Körpənizə öz yeməyinizin suyundan yedirməyin. Kolbasa, sosiska, qarğıdalı qovurması, hazır şorba, zeytun, pendir, turşu kimi qidalardan uzaq durun.

Şəkərli biskvit, kraker, qatqı, qoruyucu tərkibli qidalar verməyin.

Hazır qidaların sodium dəyərini yoxlayın.

Ədviyyat, cəfəri, nanə, kəklikotu kimi dadlandırıcıları duz yerinə istifadə edin.

Meyvə, tərəvəzi təzə olaraq yedirin. Konserv edilmişlər duzlu olur.

Fındıq, qoz, badam, potasium və sinklə zəngin qidalar yedizdirməyə çalışın.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri