Uşaqların aylıq inkişafı (10 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 33 687
Səs ver:
(səs: 5)
Bu dövrdə körpəniz üçün ətrafındakı dünya yalnız oyunlardan ibarətdir və istədiyi hər oyunu oynaya biləcəyinə inan;r. Bu dövr valideynlərdən çox diqqət tələb edir. Əşyaları ortadan yığışdırıb, qapıları bağlasanız da, sizin də evdə bəzi ehtiyaclarınız olacağı üçün evi ancaq müəyyən bir müddətlik etibarlı hala gətirə bilərsiniz. Buna görə də körpə evdə bəzi bölgələrə girmə icazəsi olmadığını bilməlidir.
Masa örtüyünün üzərində qab olmaması daha məsləhətlidir. Hamam və mətbəx qapılarını bağlı saxlayın.
Dolab qədər əyləncəli başqa oyuncaq yoxdur. Körpəniz artıq "yox" sözünü başa düşür və hətta bunu təkrar edib başını tərpədə də bilər. Ancaq bu ona maneə törətməz. Mütəmadi olaraq "yox, olmaz" desəniz belə o heç yorulmadan bir qadağan yerdən digərinə keçməkdən imtina etməyəcək. ( Körpənin başını yelləyib istəklərinizə "bəli" deməsi üçün daha bir neçə ay var ).
Səbirli və sakit olmaq sizə çətin görünsə də, körpənin özünə nəzarət etməyi öyrənməsinin başqa yolu yoxdur.
Körpənizin kömək olunmadan oturmağı bacarmalıdır, ancaq unutmayın ki, hər 10 aylıq körpənin fiziki inkişafı fərqli olur. Oturma və bununla əlaqəli hər hərəkəti körpəniz artıq çox rahat edə bilir. Dönə bilər, əyilə bilər, mövqeyini dəyişdirə və oturarkən qarınının üzərinə yatıb təkrar dönə bilər. Demək olar ki, bütün körpələr bu dövrdə iməkləyər, bəziləri isə bir az kömək edildikdə ayaqda özü dayana bilər. Bəziləri mebellərin ətrafında gəzər, çox az körpə bir neçə addım atar , yenə çox az körpə yeriməyə başlayar.
İməkləmək və ya yeriməyi, vaxtında etməyən körpələrin ana-ataları, onların ətraf mühitə qarşı laqeyd olmalarından şikayətlənir. Çox hərəkətli bir körpə gün ərzində bir saat və gecə 11 saat yata bilər.
Körpəniz, artıq tam oyaqkən yuxuya getməkdə çətinlik çəkə bilər. Əgər belədirsə, rahatlamaq üçün sizə ehtiyac duyar. Tam yatmazdan əvvəl, onu qucağınıza yatırdıb nağıl oxuya və ya laylay deyə bilərsiniz. Əhəmiyyətli olan yuxuya keçərkən onu yatağına qoymanızdır . Bəzən dərhal özünü göstərər, bəzən isə gizlənməsi bir neçə saniyə çəkər . " Bax , burdasan " dediyiniz an çox xoşuna gələr və bu oyundan heç yorulmaz. Onun məntiqinə görə o sizi görə bilmirsə, siz də onu görə bilməzsiniz!
Körpənizin xüsusilə, maraqlandığı sahələrdə daha çox şey öyrənə bilmək üçün necə həvəsli olduğunu hiss edəcəksiniz - məsələn öz-özünə qaşıq tutmağa cəhd edə bilər. Ancaq eyni həvəsi bezi dəyişdirmək kimi prosesdə hiss etməyə bilərsiniz. Bir dəqiqəlik olsa belə, xoşlanmadığı bir işi etmək onu özündən çxaracaq və bunu sizə qışqıraraq göstərəcək.
Körpənin araşdırma impulsu onu davamlı qadağan bölgələrə getməyə vadar edir , bunun üçün ona əsəbiləşdikdə, o da kədərlənir. Ancaq unutmayın ki, qadağan etdiyimiz sahələr həmişə qadağan olaraq qalmalıdır, qadağanı ləğv etsəniz, hər qadağanın ləğv ediləcəyini düşünər.

Bu dövrdə uşaqlar nəyi edir:
• Su ilə oynamaqdan xoşu gəlir.
• Özü haqqında şüuru inkişaf və ictimai rəğbət gözləyir.
• kiminsə onunla oynanmasını gözləyir.
• Kədər, sevinc, əsəb kimi hisslərini müəyyən edir.
• Fərqli məkanlardan qorxur.
• Üz mimikalarını və əl hərəkətlərini təqlid edir.
• Müxtəlif oyunları oynamaqdan zövq alır.
• Öz-özünə ayağa qalxa bilər.
• İki əlindən tutularaq gedə bilər.
• Kürsüyə çıxıb- enə bilər.
• Ayaq üstə dayanarkən özü otura bilər .
• Yellənərək musiqini zümzümə edir.
• Tək əli ilə iki kiçik obyekti tuta bilər.
• İstəmədyi əşyanı əlindən buraxa bilər.
• Bir əli və bədənin yalnız bir tərəfini hiss etməyi bacarır.
• Getdikcə daha diqqətə çəkəcək bir şəkildə yaxınlarını təqlid edir.
• Bəzi sözlərə və göstərişlərə reaksiya verir.
• Öz bədənini görməyə çalışır.
• Obyektləri birlikdə yerləşdirməyə cəhd edir.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 33 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri