Uşaqlarda göz problemi necə müəyyənləşdirilə bilər

Müəllif: aliceWOnDer
Şərhlər: 5
Baxılıb: 5 343
Səs ver:
(səs: 2)
Dərsə konsentrasiya ola bilməmək, sətir atlamaq, baş ağrısı, televizoru yaxından izləmək, gözdə qaşıntı, sulanma və kirpikdə kəpəklənmə uşaqlarda göz narahatlığı əlaməti ola bilər.

Məktəb yaşına gəlmiş və ya təhsilə davam edən uşaqların göz müayinəsinə laqeydliklə yanaşmaq olmaz. Gecikmədən göz problemini  aşkar etmək, uşaqlarda göz probleminə bağlı öyrənmə güçünü artırmaq  axımından böyük əhəmiyyət daşımaqdadır.

Bir çox göz problemi erkən yaşlarda başladığından, müəyyən zamanlarda uşaqların gözləri mütləq yoxlamadan keçirilməlidir. Mütəxəssislərə görə, uşaqlarda problem görülməsə belə 2 ildə bir göz müayinəsi edilməsi lazımlıdır.

Uşağın sağlam görə bilməsi, məktəb müvəffəqiyyəti baxımından da çox əhəmiyyətlidir. Şagird, dərsinə yaxşı konsentrasiya ola bilmir, tapşırıqlarını anlayaraq edə bilmirsə gözlə əlaqədar bir problem yaşaya bilər. Göz qüsurları, uşaqlarda ciddi göz və baş ağrısına da yol aça bilər. Uşaqlarda ən çox görülən göz pozuqluqları düzəldilməmiş qüsurlar və çəplikdir. Müəyyən bir nömrənin üstündəki qüsurlar və iki göz arasındakı nömrə fərqi, gözdə tənbəlliyə yol aça bilər. Göz tənbəlliyi müalicəsi ancaq 8-9 yaşına qədər mümkün olan əhəmiyyətli bir göz problemidir.
Məktəb yaşına gəlmiş və ya təhsilinə davam edən uşaqların göz yoxlamaları zamanında etdirilməlidir. Uşaq televiziya seyr edərkən ekrana çox yaxınlaşırsa, bir gözünü davamlı qaşıyır, qırpırsa və ya gözündə sulanma və kirpikdə kəpəklənmə meydana gəlirsə diqqətli olunması lazımdır. Xüsusilə, təhsil çağındakı bir uşaq, taxtadaki yazını görə bilmir və ya görmək üçün ayağa qalxırsa, oxuyarkən sətir ötürürsə və tez-tez yanındakı yoldaşı nə yazır deyə baxırsa mütləq göz yoxlatdırmalıdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri