Nə üçün mənim bədənim qızımın əmizdirmə cədvəlinə uyğunlaşmır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 519
Səs ver:
(səs: 0)
Mənim 4 həftəlik qızım ana südü ilə qidalanaraq lazımi çəkini yığır. Lakin o, 3-4 saatdan bir və adətən ancaq bir döşdən süd əmir. Deyəsən məndə "həddən artıq süd ifrazı” adlandırılan vəziyyət yaranıb, çünki süd çox sürətlə və həddən artıq əmələ gəlir. Nə üçün mənim bədənim qızımın qidalanma cədvəlinə uyğunlaşmır? Bir də, mən əmizdirmək üçün qızımı daha tez oyatmalıyammı? Belə etdiyim zaman o, əmmək istəmir.
Bəzən süd ifrazı ilə körpənizin iştahının uyğunlaşması bir neçə gün və ya həftə çəkir. Ola bilər ki, körpəniz qəfil inkişaf mərhələsini bitirib və indi sizdə süd ifrazı həddən artıqdır. Bu keçid dövründə süd vəzilərinin dolub-şişməsi və ya axıntı olması müəyyən narahatlıqlar verə bilər. Siz əmizdirmək ehtiyacı hiss edə bilərsiniz, lakin körpəniz tox və xoşbəxt ola bilər və ancaq yatmaq istəyə bilər. Süd vəziləriniz şişərsə və körpəniz tox olduqda narahatlıq verərsə, narahatlığı aradan qaldırmaq üçün az miqdar südü əllə boşalda bilərsiniz. Artıq südün hamısını boşaltsanız, bədəniniz bunu əkiz uşaqlar əmizdirmiş kimi qəbul edəcək və süd ifrazı daha da artacaqdır! Bu təbii halı səbrlə qarşılayın və bədəniniz körpənizin iştahına uyğunlaşacaqdır. Bundan əlavə, süd ifrazı yaxşı olduqca, körpəniz bir döşdən süd əmməklə çəkisini artırmağa davam etməlidir. Hər dəfə əmizdirməyə fərqli döşlə başlayın ki, hər iki süd vəzisi bərabər səviyyədə stimullaşdırılsın. Büzqalterinizin üzərinə sancaq keçirmək, hansı döşlə əmizdirməyə başlayacağınızı xatırlamaqda sizə kömək edəcəkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri