Uşaqları ağlatmadan peyvənd və analizləri necə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 997
Səs ver:
(səs: 0)
Hər bir uşaq iki ayından etibarən peyvənd almalıdır. Buraya iynə peyvəndləri də daxildir. Övladınızın peyvənd zamanı ağlamaması üçün kiçik hiyləgərliyə ehtiyac var. İlk növbədə övladınızla evdə peyvənd haqqında söhbət edin. Ona bunun nə qədər faydalı olduğunu, onunsayəsində heç vaxt xəstələnməyəcəyini, çox güclü olacağına inandırın. Bunun üçün oyunlara belə müraciət edə bilərsiniz.  Ona iynəsi olmayan şpris verin və oyuncaqlarına peyvənd vurmasını istəyin. Sonra onların necə sağlam olduğunu söyləyin. Bu onun üçün ilkin hazırlıq olacaq.  
Növbəti hiylələr poliklinikada olarkən köməyimizə çatacaq. Tibb bacısı iynəni hazırlayana qədər ona bu iynənin onu ağcaqanad sancması kimi olacağına,tez də keçəcəyinə inandırın. İynə vurulduğu anda isə onun başını nə ilə qatmağa çalışın. Əksərəə uşaq poliklinikalarında divarda müxtəlif şəkillər asılmış olur. Onun diqqətini şəkillə yayındırın. O cümlədən , hər hansı oyuncaq və ya pəncərədən bayıra baxmaqla da fikrini yayındırmaq mümkündür. 
Uşağın ağlaması əsla onunnpeyvənd almasına maneə olmamalıdır. Unutmayın ki, peyvənd övladınızı bir çox ağır fəsadlı xəstəliklərdən qoruyur.
 
Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri