Körpələrdə qulaq ağrısı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 630
Səs ver:
(səs: 3)
Körpələri ən çox narahat edən problemlərdən biri də qulaq ağrısıdır. Xüsusilə də uşaq hələ danışmırsa, dərdini ifadə edə bilmirsə, bu, onunla yanaşı, valideynlər üçün də böyük narahatlığa çevrilir. Körpələrin qulağı niyə tez-tez ağrıyır?     
Qulaq ağrısı qulaq xəstəlikləri və ya ona qonşu olan nahiyələrin ağrısının təsirindən ortaya çıxır. Bir sözlə, qulaq ağrısının çox səbəbi var.
Tam danışa bilən uşaqlar qulaq ağrılarını asanlıqla dil ilə ifadə etsələr də, balacalar bunu bildirməyi bacarmır. Əgər uşağın qarnı tox, altı təmiz, geyimi rahatdırsa, heç bir səbəb olmadan narahatdır və fasiləsiz ağlayırsa, bu zaman onun qulaq ağrsından şübhələnmək olar.

Aşağıdakı hallarda uşaqlarda qulaq ağrısına rast gəlinə bilər:
Süd və qalıcı dişlər çıxarkən;
Dişlərdə çürüklər varsa;
Qulaqarxası linfa vəzinin iltihabı;
Farengit;
Genik ət və ya badamcıqların iltihabı;
Qırtlaqda infeksiya;
Genik ət və badamcıq əməliyyatlarından sonra və s.
Bu səbəblər əsasən böyük yaşlı uşaqlarda qulaq ağrılarına səbəb olur. Yenidoğulanlarda və bir neçə aylıq körpələrdə isə çox vaxt qulaq ağrısı elə qulağın özündən qaynaqlanır.

Qulaq ağrısının əlamətləri nələrdir?
- Körpənin əlini qulağına doğru aparması;
- Yuxudan qışqıraraq oyanması;
- Gecə narahatlıqları;
- Qulaqdan axıntı gəlməsi;
- Axıntının pis qoxusu;
- İştah azalması;
- Qulaq tıxanıqlığı;
- Eşitmə azlığı;
- Ayaqlarıyla sağa-sola doğru təpik atmaları;
- Bəzi hallarda qusma.

Qulaq ağrısının müalicəsi
Adətən körpələrdə rast gəlinən qulaq ağrısını ev şəraitində, xalq təbabəti ilə sağaltmağa üstünlük verən valideynlər bir məqama da diqqət etməlidirlər ki, qulaq ağrısı olduqca narahatedici ağrıdır. Ona böyüklərin dözməsi çətindir, o ki qaldı körpələrin.
Bu səbəbdən də qulaq ağrısından şübhələnən valideyn dərhal həkimlə əlaqə saxlamalı, onun təyin etdiyi antibiotik qəbulu ilə balacasını bu ağrıdan tez bir zamanda xilas etməlidir.
Həmçinin, həkimlər bu ağrılar zamanı kamfor yağı, çobanyastığı və cökə suyunu məsləhət görürlər. Ağrını azaltmaq üçün xüsusi qulaq damcılarından istifadə edilir ki, bu da qulağında iltihab olmayan uşaqlara aiddir. Əgər körpənin papağında, balışında iltihab görürsünüzsə, oo halda heç bir dərman və damcılardan istifadə etmək olmaz. Mültəq həkimə müraciət etmək lazımdır.

Aygün Quliyeva
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri