Uşağı ilk dəfə çimdirəndə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 032
Səs ver:
(səs: 2)
İlk dəfə baş verən bütün şeylər kimi çimmək də xüsusi mərasimdir. Odur ki, kameranı hazır qoyun. Amma hazırlanmalı olan tək kamera deyil, balanızı ilk dəfə çimdirdiyiniz üçün həyəcanlana bilərsiniz, hər şey əl altında olmalıdır.
 
Əvvəl vanna otağını hazırlayaq.
Vanna otağının temperaturu 22-24 dərəcə, suyun temperaturu 36 dərəcə olmalıdır (termometr olmasa, suyu biləyinizin üstündən axıdıb, yoxlaya bilərsiz).
Vannanı çox doldurmayın, suyun dərinliyi bir qarış olsa, kifayətdir.
Uşağı geyindirəcəyiniz yeri müəyyən edin. Onu bir dəsmalla silib, ikincisi ilə büküb başqa otaqda geyindirmək olar. Hamamda geyindirəcəksinizsə, kiçik stolun üstünə qalın, yumşaq örtük, üstündən təmiz, ütülənmiş dəsmal salın.
Dağ olmuş günəbaxan yağı (apteklərdə satılır), ya uşaq kremi, şampun, şampunu yaymaq üçün sürtgəc, uşaq sabunu (amma sabundan hər gün istifadə etməyə ehtiyac yoxdur, uşağı həftədə bir dəfə, 6 aydan sonra həftədə 2-3 dəfə sabunla yumaq olar), ütülənmiş təmiz paltarlar, uşaq bezi, yumşaq dəsmal, daraq hazır olmalıdır.
Uşaq vannasının (uşağı başqa şeylər üçün istifadə olunan vannada çimdirmək olmaz) içinə körpəni yarıoturaq vəziyyətdə saxlayan xüsusi vasitə qoymaq olar. Bu, uşağı çox rahat çimdirməyə imkan verir. İstənilən halda uşağı tək çimdirmək təhlükəlidir. Mərasimdə anayla yanaşı atanın, ya da, məsələn, nənənin iştirakı ailəni bir az da xoşbəxt edər.
Əvvəl uşağın bədənini, axırda başını yumaq lazımdır, axı baş tez soyuyur. Çiməndə körpənin başını dik tutmağa çalışın. Suyu axıdanda biriniz uşağı ya üzü, ya da arxası üstə tutun, suyu başından elə tökün ki, gözünə, qulağına, ağzına düşməsin.
Çimmək mərasimi üçün 10 dəqiqə bəsdir.
 
Çiməndən sonra
Uşağı ehtiyatla qurulayın. Dəsmal nə qədər yumşaq olsa da, onu körpənin bədəninə sürtməyin, toxundurun.
Qurulayandan sonra balacanın dərisini yağlamaq lazımdır. Yağı, ya kremi ehtiyatla balanızın dərisinə, bütün büküşlərə çəkin.
Uşağı yağlamaq, ilk günlərdə vacibdir. Uşağın dərisi normaldırsa, həkim məsləhət görməyibsə, sonrakı günlərdə onu yağlamasanız da olar. Bunun üçün uşaq kremindən də istifadə etmək mümkündür, ancaq bəzən kremlər allergiyaya səbəb olur.
Körpənin dırnaqlarını kəsmək üçün xırda, spirtlə silinmiş qayçıdan istifadə edin.
Uşağı vannada tək qoymayın! Telefon çağırırsa, cavab verməsəniz yaxşıdır. Çox vacibdirsə, məsələn, sobanı söndürməlisinizsə, uşağı büküb özünüzlə götürün!
Vananın suyunu, uşağı çarpayısına qoyandan sonra boşaldın. Tıxacı çıxarandan sonra su sürətlə çəkilməyə başlayır, guruldayır. Bu, körpəni qorxudar.
Uşağı çimdirəndən əvvəlki və sonrakı yarım saat ərzində yedirtmək olmaz. Bu onu narahat edər, ürəkbulanmasına səbəb olar.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri