Uşaqlarda ziyillər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 615
Səs ver:
(səs: 0)
Ziyillər – uşaqlarda ən geniş yayılmış dərinin virus xəstəliyidir. Xəstəliyə bilavasitə təmasla və ya ümumi əşyalar və oyuncaqlardan istifadə etməklə yoluxmaq olur. 

Dərinin uzunmüddətli nəmliyi fonunda mikrotravmaların olması (məsələn, rezin materialdan hazırlanmış ket və krasovkaların geyinilməsi nəticəsində ayaqların çox tərləməsi, hovuzlarda ayaqyalın gəzmək və s.) nəticəsində virusa yoluxma daha tez baş verir. 

Adətən, ziyillərə əllərdə, üzdə, ayaqlarda rast gəlinir. Bəzi hallarda ziyillər heç bir müalicə aparılmadan öz-özünə keçib gedir. Bəzi hallarda ziyillərin zəncirotu və dəmrov otu şirəsi ilə işlənməsi də yaxşı nəticə verir. 

Heç bir halda ev şəraitində ziyilləri kəsmək, yandırmaq və s. üsullarla ləğv etmək olmaz!Ziyillərin müalicəsi ilə həkim-dermatoloq məşğul olur. Onları maye azotla dondurmaqla, elektro və ya lazerokoaqulyasiya ilə aradan götürürlər. Bəzən təkcə "ana” ziyilin ləğv edilməsi digərlərinin öz-özünə keçib getməsinə səbəb olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri