Körpələrin işarət dili

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 146
Səs ver:
(səs: 1)
Körpələr bizim sandığımızdan da daha ağıllıdırlar. Hələ tam danışmağa başlamamışdan onlarda işarət dili inkişaf edir. Təbii ki, bu prosesdə valideynlərin rolu danılmazdır. Ən sadə işarət dili kimi öpücük yollamağı misal gətirə bilərik.

İşarət dili nədir?
Körpələrin işarət dili nitqlərinin açılmasına qədər özlərini ifadə etmək üçün ən yaxşı vasitədir. Hətta iməkləmək, yerimək kimi təbii prosesdir. Bu dil vasitəsilə körpə nəyisə ağlayaraq istəmir, işarətlərlə anasına anlada bilir. Əslində siz fərqinə varmasanız da, 10-12 aylıq körpələrdə bu dil inkişaf edər, məsələn, su istərkən fincan götürər, süd istərkən anasının sinəsinə sığınar və s. kimi...

Bəs körpəyə işarər dilini necə öyrətməli?
Əslində günümüz olduqca məşğul keçir və bu işləri arasında ana-atanın körpəsinə zaman ayırıb, söhbət etməsi ilk yerlərdə olmalıdır. Gündə 2, 3 işarət dili öyrədə bilsəniz, bu yetərli hesab olunar.

Körpənizin 4-6 aylıqdırsa, artıq ona işarət dilini öyrətməyin tam zamanıdır. Bu işdə əllər mühüm rol oynayır. Düzdür, siz ona işarət dilini anladaraq dərhal effektini görməyəcəksiniz. Amma 2-3 ay sonra südünü istəyərkən, nədənsə qorxarkən işarət dilindən istifadə etməsi sizi çox sevindirəcək, lap təəccübləndirəcək də. Sadəcə valideyn olaraq siz mütəmadi şəkildə bu dildən istifadə etməli, hətta yanındakı insanlardan, bacı-qardaşı varsa, onlardan da bu dildə "danışmağı” xahiş etməyiniz işinizə fayda verə bilər. Bu, hər biriniz üçün çox əyləncəli olacaq.

Əvvəlcə ən sadə 3 sözdən başlamaq olar  - "acıdım”, "susadım”, "yuxum gəlir”... Sonra isə it, pişik, top və s. kimi sözləri tələffüz edə-edə ona işarətlə anlada bilərsiz. Bununla da körpə həm şüuraltı olaraq yeni söz öyrənəcək, həm də işarət dilini.

İşarət dilinin körpəyə nə kimi faydası var?
25 illik araşdırmanın nəticəsinə görə işarət dilindən istifadə edən körpələr etməyənlərlə müqayisədə:

Daha az ağlayır;

Daha tez danışır;

Daha yüksək İQ-yə sahib olur;

Daha çox söz bazası olur;

Kitabları asanlıqla qavrayır, məktəbdə seçilən şagird olur;

Sosial həyatda daha aktiv olur;

Valideynləri ilə bağı möhkəm olur;

Özünə güvəni daha yüksək olur;

Anası işləyərkən, ondan ayrılanda daha az stress keçirir və s.

Hətta körpə böyüdükdən sonra da bəzi davranışlarında bu dildən istifadə edəcək, öz bacarıqları ilə sizi heyrətləndirəcək. Körpələrin beyinlərinin sürətli inkişaf etdiyi 0-3 yaş dövründə bu dili bilib, istifadə etmələri onlara çox faydalı olacaq, onu digər körpələrdən fərləndirəcək.

Bir sözlə, körpənizə fürsət yaradın ki, ağıllı olduğunu bir daha sübut etsin və istəklərini ağlayaraq yox, işarələrin köməyi ilə başa sala bilsin!

P.S Körpəyə işarət dilini başa salmaq üçün xüsusi video-dərslərə baxa bilərsiniz.

Aygün Quliyeva
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri