Uşaqlar niyə barmaqlarını əmir?

Müəllif: Fi-Ra
Şərhlər: 3
Baxılıb: 3 033
Səs ver:
(səs: 1)
Bir yaşa qədər uşaqların demək olar ki, yarısının barmağını sorduğunu bildirən mütəxəssislər, həyatın ilk illərində görülən barmaq əmmənin valideynlər tərəfindən bir problem olaraq qəbul etməməsi lazım olduğunu, güclü əmmə hissi ilə doğulan körpələrin əmərək psixoloji qane yaşadıqlarını bildirirlər. Barmaq əmmə uşaq üçün nə vaxt bir problemi işarə edir sualına Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Dəstə Matben cavab verir.
 
Barmaq əmmə uşaqlarda psixoloji amil olmadan 3-4 yaşına qədər görülən və normal qəbul olunan bir haldır. Barmaq əmmə çox zaman qidalanmaqla bağlı olmaz və aclıqdan irəli gəlmir. Ağızdan həzz da alındığı üçün barmaq əmmə, əmmə körpəyə psixoloji doymaq da təmin edir. Bu səbəblə 1 yaşa qədər uşaqların təxminən yarısı barmaqlarını əmər. 18-ci ayda barmaq əmmə sız bir hal alır və 3-4 yaşına normal qəbul edilir. Uşağınız 4-5 yaşlarına gəlmiş və hələ də barmaq əmmə vərdişi davam edirsə ona bu davranışının uşaqsı olduğunu anlayacağı bir dillə izah etməyiniz lazımdır.
 
Uşaqlar bu yaşlarda böyükləri təqlid etməyə meyllidir. Ancaq əgər 5-6 yaş sonra hələ də barmaq əmir və ya heç əmməyən barmaq əmməyə başlayırsa, uşağınızın həyatında nə kimi qayğı amilləri olduğunu yaxşı araşdırmalısınız və lazım gələrsə bir mütəxəssisdən kömək almalısınız. Bağlı ekspertə müraciət edilməz və altda yatan amil müəyyən edilməzsə sonrakı dövrlərdə uşaqda daha ciddi psixoloji problemlər ortaya çıxa bilər.
 
Vərdiş ana bətnində başlayır!
Uşaqlar ən çox baş barmaq olmaq üzrə, digər barmaqlarını, hətta ayaq barmaqlarını da sora bilir. Bu vərdiş əsasən ana bətnində başlayır. Bəzi körpələrin anadan olanda barmaq və ya əl qollarında görünən qabarcıqlar da barmaq əmmə vərdişindən irəli gəlir. Körpələrin doğuşdan sahib olduqları ən güclü refliksin, əmmə refleksi olduğunu bildirən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Dəstə Matben, "Uşaq yaşamaq üçün sormaq məcburiyyətində qalır. Anadan olandan sonra 4-5 aylıq olana qədər yalnız əmərək qidalanır. Əmmə eyni zamanda körpə üçün həzz verən bir fəaliyyət və psixoloji doyumu təmin edir. Beləliklə, zərərli bir davranış olaraq görülmür." deyir.
 
Qidalanmaya bağlı barmaq əmmə 1-ci ilin sonunda kəsilir və 2-ci ildən sonra bu davranış dayanır. İlk 3 ildə uşaq barmaq əmmanın fərqində belə olmaz. Çox nadir olaraq da 5-6 yaşına qədər davam edə bilər. Normal davranış və münasibətlər yoluyla da 1 yaşın sonunda bu vərdişini tərk etmək olur. Ancaq əgər yeriməyə başladıqdan və 1 yaşından sonra da barmağını əmirsə, bu onun çox yorğun, narahat, üzgün və sıxıntılı olduğuna işarə edə bilər. Ancaq bu ciddi bir problem kimi görülməz, onu rahatlaşdıran davranışlardan biri kimi ifadə edilir.
 
Cəza verərək barmaq əmməyə əngəl ola bilməzsiniz.
Barmaq sormaq uşaqlıqda uyğunluğa təsir edən bir davranış deyil. Ata-analar barmaq əmmənin bir xəstəlik olmadığını və diş deformasiyasına yol açmadığını bilməlidir. Çünki buna inanan ata-ana və ailə böyükləri, uşaqlarını pis bir vərdiş kimi düşündükləri barmaq əmməkdən xilas etmək üçün çox şiddətli tədbirlərə əl ata bilir. Hətta barmaqlarına acı istiot sürtərək, əllərini qollarını bağlayaraq və ya döyərək onlara unuda bilməyəcəkləri ağrı verəcək cəzalar tətbiq edirlər. Halbuki bu vərdişi tərk etmək üçün alınan uyğunsuz tədbir və cəzalar, uşaqda uyğunlaşma problemi yaradır.
 
Uşaqlar nə üçün barmaq əmirlər?
 - 1 yaş arasındakı uşaqlar yatmaq istəyərkən,
 - Diş çıxarma dövründə diş minaları qaşındığı üçün,
 - Ətrafında barmaq soran birilərini örnək aldıqları zaman,
 - Valideynlər arası gərginliklərdə,
 - Yeni qardaşın və ya bacının dünyaya gəlməsi vəziyyətində,
 - Çətinliklə qarşılaşanda, utanma, darıxma, yorğunluq əlaməti olaraq,
 - Sevgi və inam çatışmazlığı varsa,
 - Döşdən erkən ayrılıbsa,
 - Əlavə qidalara zorla keçirilibsə barmaqlarını sora bilər.

Barmaq əmməsinin qarşısını almaq üçün tədbirlər.
 - Uşağınızı uyğun mövqedə bəsləyin. Uşağınızı əmizdirərkən və ya butulkadan bəsləyərkən döşünüzün hərarətini duyacaq şəkildə özünüzə yaxınlaşdırın. Beləliklə uşağınız özünü güvəndə hiss edəcəkdir. Həmçinin yemək verərkən pis rəftar etməkdən və danlamaqdan da çəkinin.
 - Döşdən erkən kəsməməyə çalışın.
 - Ona uyğun müxtəlif fəaliyyət imkanları və oyun şəraiti yaratmaqla məşğul olmasını təmin edin.
 - Uşağınızın psixologiyasına mənfi istiqamətdə təsir edəcək əməllərinizi düzəldin. Şiddət tətbiq etməyin və onu batil fikirlərlə qorxutmayın.
 - Barmaq əmməyi tərk etmə arzusunu hərəkətə keçirmək üçün onu mükafatlandırın.
 - Barmağını ağzına apardığı zaman zərərsiz acı mayi sürtə və ya əllərinə əlcək taxa bilərsiniz.
 - Ona öz-özünü nəzarət edə bilməsi üçün istəsə bu vərdişi tərk edəcəyi inamını qazandırın.
 
Ağız və diş sağlamlığına zərər verər mi?
Barmaq əmmə hələ inkişaf etməkdə olan əzələ və sümük strukturları üzərində təzyiq tətbiq edərək dişlərin yer dəyişdirməsinə yol aça bilər. Bu halda üst ön dişlər irəli, alt ön dişlər geriyə doğru əyilir və tərsinə ön dişlər arasında açıqlıq əmələ gəlir. Uşaq bu vərdişini 3 yaşına qədər buraxdığı təqdirdə dişlər arasındakı açıqlıq bağlanır. Ancaq 3,5 yaşından sonra daimilik artır. Barmaq əmmə vərdişi gecə yatarkən də davam edirsə, diş pozulmalarına daha təsirli olur və bunun nəticəsində üst çənədə darlıq, yəni V şəklində çənə forması yaranır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri