Uşağı dodaqdan öpmək düzgündür?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 735
Səs ver:
(səs: 0)
Kimi ailələr uşaqlarını dodaqlarından öpmənin sevgi və şəfqət göstəricisi olduğunu düşünərkən, kimiləri isə bu öpüşlərin qəribə və itələyici olduqlarını düşünür, belə davranan anaları tənqid edirlər. Yaxşı, elm adamları bu mövzuda nə söyləyir?

Uşağı dodaqdan öpmək doğrumu?
Kiçik öpüşlər, birinə qarşı olan sevgi və mərhəmətin ən gözəl ifadəsidir. Alına, yanaqlara ya da qollara qoyulan öpüşlərin uşaq üçün tamamilə qəbul edilə bilər olmalarına baxmayaraq, valideynlərin bir çoxu, uşaqlarını əsla dodaqlarından öpmürlər və bu vərdişi, qəribə və itələyici olaraq görürlər.

Aktrisa Jessica Alba, bir reportajında uşaqları dodaqlarından öpmənin niyə təəccüblü olduğunu anlamadığını, evcil heyvanların sahiblərinin üzlərini yalamalarının çox qəbul edilə bilər olduğunu söylədi. Bu reportajdan sonra, dünya ümumisindəki bir çox ana, Albanın fikirlərini sərt bir şəkildə tənqid etdi.

Elmi görüş gigiyenaya diqqət çəkir
Ana ilə uşaq arasındakı öpüşlərin üzərinə elmin də söyləyəcəyi şeylər var. Amerikan Periodontoloji Akademiyası, anaları, körpələrini dodaqlarından öpməmələri mövzusunda xəbərdar edir, çünki yeni doğan körpələrin ağızlarında, diş çürümələrinə ya da periodontal xəstəliklərə səbəb olan bakteriyalar yoxdur və bu bakteriyalar, dodaqlara qondurulan sadə bir öpüşlə transfer edilə bilərlər. Və bakteriyalar uşağın ağızına girdiklərində, yemək və içkilərdən alınan şəkəri diş çürüdən turşulara çevirməyə başlarlar.

Akademiya, ailədə tək bir adam belə periodontal bir xəstəliyə sahib olduğunda, bütün ailə fərdlərinin bundan təsirlənə biləcəyini ifadə edir, çünki öpüşmək, yemə içmə əşyalarını paylaşmaq, öskürmək, asqırmaq vs tüpürcəyin bulaşmasına səbəb olur.

Akademiyadan diş həkimlərinə görə, öpüşmək, diş əti çəkilməsinə səbəb olanlar da daxil olmaq üzrə 500 fərqli mikrob növünün yayılmasına gətirib çıxarır. Valideynlər ilə uşaq arasındakı bir öpüş belə diş əti çəkilməsinə səbəb ola bilir.

Bir-birlərini dodaqlarından öpən yetkinlər mikrob daşısalar da uşaqlar, immunitet sistemləri tam olaraq inkişaf etmədiyindən daha həssaslar.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri