Uşağımın istifadə etmədiyi əşyaları nə edə bilərəm?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 355
Səs ver:
(səs: 0)
Yeni analar xüsusilə ilk körpələrini dünyaya gətirəcəkləri zaman böyük həyəcan yaşayarlar. Körpələri daha doğulmadan ehtiyacı olan bütün əşyaları hazırlamaqdan zövq alar, hətta çox vaxt bu vəziyyəti bir az şişirdərlər. Həyəcanlı ana namizədləri həm doğum əvvəlində həm də doğumdan sonra körpəsi üçün hər şeydən çox  alar. Üstünə bir də gələn doğum hədiyyələri əlavə olununca ehtiyaclarından çox daha çoxu körpədən əvvəl hazır olmuşdur belə.

Hamımızın bildiyi kimi körpələr inanılmaz bir sürətlə böyüyər. 2 ay əvvəl geydirilən paltarlar ya da ayaqqabılar bir baxmısınız artıq ona kiçik gəlir. O qədər pul xərcləyib alınan körpə avtomobilini,yatağını bir müddət sonra istifadə etməyə gərək qalmaz.Tam da bu nöqtədə artıq ehtiyacımız olmayan və çox yer alan əşyaları saxlayacaq yer axtarışına girərik.

Yaxşı, istifadə etmədiyiniz bu əşyaları necə qiymətləndirə bilərik?

1- Ətrafımızda ehtiyacı olan və maddi vəziyyəti yaxşı olmayan insanlara verə bilərik.

2- Olduqca xərcli bu məhsulları internet saytlarında sataraq ailə büdcəmizə kömək edə bilərik.

ARTIQ EHTİYACINIZ OLMAYAN MƏHSULLARI ÖZ TƏYİN EDƏCƏYİNİZ QİYMƏTLƏRLƏ SATMAQ İSTƏRSİNİZMİ? 

3-  Doğum edəcək qohumlarımız və ya yaxınlarımızdan ehtiyacı olanlara evimizdə çoxluq olan əşyaları verə bilərik.

4- 2. uşağımız üçün bütün bu əşyaları uyğun yerimiz varsa saxlaya bilərik.

5- Müxtəlif yerlərə kömək məqsədli göndərə bilərik.
 
/Mənbə.Qadınlar.Biz/


(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri