Bu günün aktuallığı - Autizm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 088
Səs ver:
(səs: 0)
Autizm 3 yaşından əvvəl başlayan və ömrüboyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, stereotip (təkarlanan) davranışlar müşahidə olunan, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi sevgi və diqqət azlığından, ünsiyyət əksikliyindən ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin səbəbi sinir sisteminin inkişaf pozuntusudur.

Autizmin əlamətləri:
Bu əlamətlər yüngül və ağır formada təzahür edir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilir, bundan başqa bu tip davranışlar bir çox fərqli səbəblərlə ortaya çıxaraq inkişafına uyğun olmayan şəkildə insanları aldada bilir.
1. Göz kontaktı zəifdir ya da yoxdur.
2. Ətrafda baş verənlərə qarşı laqeydir.
3. Həddindən artıq hərəkətli ya da hərəkətsiz olur.
4. Adıyla çağıranda reaksiya vermir.
5. Ətrafdakıların ona toxunmasını xoşlamır. (öpmə, qucaqlama və s)
6. Yumor bacarığı yoxdur.
7. Çeynəmə və üfləmə hərəkətləri hədsiz zəifdir.
8. Səbəbsiz olaraq ağlayır, gülür, özünə hər hansı bir xəsarət yetirir.
9. Əsasən autiklərdə nitq çox zəifdir. Bəzən heç olmur, olsa da məqsədyönlü istifadə edilmir.
10. Təkrara çox yer verir. Davamlı olaraq eyni oyunları oynayır və s.

Autizm uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəzilərin də isə geriliyə bilir. Məsələn, Bəzi autik uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin öhdəsindən gələ bilməməklə, əmr və tapşırıqlarıyerinə yetirməkdə böyük çətinlik çəkirlər. Hətta bəziləri isə özlərini maraqlandıran sahələr üzrə ensiklopedik biliklərə belə malik olurlar.
Yenə də bu metodikalar o prinsipə əsaslanır ki, bilik və bacarıqlar yalnız bilavasitə ünsiyyət olduğu zaman aşkara çıxa bilər.
Ünsiyyət bacarığı pozulmuş bu uşaqlar sadəcə olaraq bilik və bacarıqlarını nümayış etdirə bilmirlər. Bu uşaqlardan bəhs ediriksə nəzərə almaq lazımdır ki onların hamısı inkişafın və xarakterinin özünəməxsusluğuna malikdirlər.
Autist uşaqların digər uşaqlardan da çox ünsiyyətə ehtiyacı var.

Əziz valideynlər heç bir zaman ümidinizi itirməyin, özümüzə və çox şey edə biləcəyinizin mümkünlüyünə inanın. Bunun üçün doğru zamanda doğru addım ataraq ailənin, cəmiyyətin, psixoloq, pedaqoq və loqopedlərin köməyi ilə əl- ələ verərək bu problemə sinə gəlin.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin inkişaf geriliyi üzrə mütəxəssisi, pedaqoq Eminə Əsədova
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri