Körpəni doğulan kimi sünnət etmək olarmı?

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 5 258
Səs ver:
(səs: 2)
Sünnət oğlan uşaqlarına edilən cərrahi müdaxilədir. Əvvəl sünnət üçün uşağın məktəb dövrünə çatması gözlənirdi. Son dövrlər isə yeni doğulan körpələrin sünnəti olduqca geniş yayılıb. Körpənin doğumundan 24-48 saat sonra, bəzən isə ilk bir aya qədər həyata keçirilən sünnət uşağı daha böyük yaşlarda yaşaya biləcəyi sünnət travmasından qorumaqla yanaşı, sidik sistemi infeksiyaları riskini də 10 qat  azaldır.

Sünnət prosesi 15-20 dəqiqə davam edir. Hər dəfə körpənin altını dəyişdirərkən həkimlərin məsləhət gördüyü məlhəmi sürtmək və körpəni tez-tez əmizdirmək lazımdır.
Körpə ilk günlər sünnət edilməzsə, ilk bir ay bəzən 40 günə qədər sünnət edilə bilər.

Sünnət körpəyə narkoz verilmədən həyata keçirildiyi üçün risk yoxdur. Qanamaya nəzarət çox asan olur. Yara çox tez sağalır. İki gün sonra rahatlıqla çimizdirilə bilər.  Sünnət sonrası anadan istənilən əsas şey uşağın bol-bol əmizdirilməsidir. Əmən körpənin gəvşəməsi, rahatlaması, doyması ağrı hissini azaldacaq.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri