Subay gənclər niyə ailəsindən ayrı yaşamaq istəyir?
• Bu, yetkinlik dövrünə çatan hər bir gəncin sərbəstlik axtarışından irəli gəlir.
• O, ailədə başa düşülmədiyini fikirləşir.
• Ayrı yaşamağı sərbəstliyə atılan birinci addım hesab edir.
Onları tənha həyata çəkən nə ola bilər?
• Sərbəstlik;
• Yüngül həyat tərzinə meyllilik;
• Ailədaxili münasibətlərin düzgün qurulmaması;
• Valideyn müdaxiləsindən uzaq olmaq istəyi;
• Həyatda təkbaşına nəyəsə nail olacağına inam.
Valideynlər bunu necə qarşılamalıdır?
• Bu halı normal qarşılamalı;
• Gəncin tək yaşamaq arzusunu faciə kimi qiymətləndirməməli;
• Həyatda təkbaşına nəyəsə nail olmaq fikrinə dəstək verməli;
• Tək yaşamağın çətinliklərini başa salmalı.
Valideynlərə psixoloqun qızıl məsləhətləri
• Artıq yetkinlik yaşında olan bir övladı danlamayın, artıq o, şəxsiyyətdir.
• Problemi öyüd-nəsihətlə həll etməyi üstün tutmayın.
• Həyat təcrübənizdən istifadə edərək sadəcə yol göstərin, ən doğrusunu övladınız seçəcək.
• Hər hansı bir məsələnin həllində israr etməyin.
• Ev və ailə məsələlərində onunla məsləhətləşin, söz haqqı olduğunu hiss etdirin.
• Ailə qurmaq məsələlərində onun seçiminə hörmətlə yanaşın.