Hər bir valideyn dünyaya gələcək övladının sağlam və ağilli olmasını
istəyir. Ağıllı yəni intellekti yüksək, istedadlı uşağın həyatda uğurlu
olma, çox şeyə nail olma şansı əlbəttə ki daha yüksəkdir.
Bəs uşağın intellekt (İQ) göstəriciləri nədən asılıdır?
Əlbəttə ilk növbədə irsi faktor mühüm rol oynayır. Valideynlər—ata, ana
ağıllıdılarsa, övladları da ağıllı olacaq. Maraqlıdır ki, uşağa
intellektual qabiliyyət daha çox anadan keçir. Lakin ata genləri də az
rol oynamır.
Dünyaya gələcək körpənin intellekti 80% genlərdən asılıdırsa, 20 % -i başqa faktorlarla bağlıdır.
Bu faktorları bir-bir gözdən keçirək:
1. Qadın sağlam olmalıdır—hamiləlik zamanı xroniki xəstəliklər, diabet,
maddələr mübadiləsinin pozulması və s. inkişafda olan uşağın beyninə
mənfi təsir göstərir.
2. Yaş faktoru—qadın üçün optimal doğuş yaşı 18-28 yaş intervalıdır. Bu
yaşda olan qadınların dünyaya sağlam və ağıllı övlad gətirmək şansları
daha böyükdür
3. Qidalanma—hamilə qadınlar Omeqa -3, Xolin, B4 və digər vitaminlər və
mikroelementlər ilə zəngin qidalar (balıq,yumurta, mal əti,süd
məhsulları, meyvə və tərəvəzlər ) qəbul etdikdə övladlarının intellekti
daha yüksək olur
4. Zərərli vərdişlər – hamiləlik dövründə spitli içki qəbulu, siqaret
çəkmə kimi amillər doğulacaq uşağın intellektinə danılmaz ziyan vurur
5. Həmçinin hamiləlik dövründə ananın keçirdiyi streslər, ruh düşgünlüyü uşağın İQ göstəricilərinə mənfi təsir göstərir
6. Təbii doğuş qeysəriyyə əməliyyatına nisbətən uşağın fiziki və
psixoloji sağlamlığı baxımından daha məsləhətlidir (əgər göstəriş
yoxdursa)
7. Doğuş prosesi –doğuş zamanı körpənin başı ananın çanağından keçərkən
onun beyin toxuması az və ya çox dərəcədə travmalar ala bilər. Bəzən
çüzi—mikrotravmalar özünü heçnə ilə biruzə vermir, sadəcə uşaq ola
biləcəyindən daha az ağıllı, daha az istedadlı olacaq. Buna görə də
doğuşun aztravmatik, rahat keçməsi üçün hamilə doğuşa fiziki və
psixoloğı hazırlanmalıdır. Doğuşda iştirak edən əzələlər üçün xüsusi
idman hərəkətlərini yerinə yetirməkidir.