Uşağa boşanma xəbəri necə verilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 039
Səs ver:
(səs: 1)
Boşanmış ailələrdə UŞAQ....Yanaşma necə olmalıdır?...Ana və ata boşandığında uşaq bununla necə başa çıxar ?.... Uşağa yanaşma necə olmalıdır?
Uşaqların davalarda valideynlərdən birinin tərəfini tutması təşviq edilməməlidir. Əgər uşağın tərəf tutması istənsə, uşaq ilə digər valideynlər arasında yaşanacaq soyuqluq uşağın günahkarlıq duymasına gətirib çıxararaq onu mənfi təsir edər.

Uşağın boşanma səbəbini anlaya bilməsi üçün...
Boşanma əvvəlində ana və ata arasında uşaqlar tərəfindən yaşanmış ya da yaşanmamış  "qarşıdurma" müşahidə oluna bilər. Bəzi valideynlər heç dava etmədiklərini, bu şəkildə uşaqlarını qoruduqlarını düşünürlər. Halbuki, uşaqlar mütləq səbəb-nəticə əlaqəsini qurarlar. Əgər boşanma əvvəlində heç bir qarşıdurmaya şahid olmadılarsa, ana və atasının ayrılıq səbəbini anlaya bilməzlər. Hətta məktəbəqədər yaşdakılar gözlə görülər bir problem yoxdursa, problemi özlərinin yaratdığını zənn edə bilər. Bunun tam əksinə olan ana və ata arasında təhdid, fiziki şiddət, söyüş və s. Olan böyük davalar da uşaqların şahid olmaması lazımdir. Çünki uşağın ən etibarda hiss etdiyi yuvası dağılmaqdadır və bu vəziyyət uşağı qorxudur. Başına nələr gələcəyini bilməmək uşağın dincliyini tamamilə qaçırar. Bu səbəbdən nə çox münaqişəli , nə də sakit görünən evliliklər boşanmayla nəticələndiyindən uşaqlar üçün nəticə müsbət olar. Uşaqlar ana və ata arasında bir problem olduğunu bildikləri zaman, ayrılma xəbərini daha anlayışla qarşılaya bilər.

Boşanma xəbəri uşağa nə vaxt verilməlidir?
Ana və ata, boşanmaya qətiliklə qərar vermədən uşaqla bu mövzunu danışmamalıdır .

Boşanma xəbəri uşağa necə verilməlidir?
Ana və ataları ən çox çətinliyə salan bu pis xəbərin uşağa verilmə anıdır. Birlikdə mi, yoxsa ana ya da ata tək başına mı bunu uşağa söyləməlidir ? Bu pis xəbərin yaxşı deyilmə şəkli təəssüf ki, yoxdur. Bu səbəblə uşağı incitmədən bunu deməyin bir düsturunu axtarmaq faydasızdır. Etməyiniz lazım olan şey günahın onda olmadığını anlamasını təmin etmək, bundan sonra nələr olacağını izah edərək onu hazırlamaqdır. Ana və ata birlikdə, xırdalığa getmədən boşanmanın səbəbini  (cinsəlliklə əlaqədar məlumatlardan, birini pisləyən sözlərdən aradan qaldırılması), bundan sonra kimin harada yaşayacağı, nə sıxlıqla görüşüləcəyi izah edilməlidir. Uşağın sual soruşmasına icazə verməli, suallar onun anlayacağı şəkildə cavablandırılmalıdır. Uşağın gücü çatmayacaq şeyləri o gün və o an söyləmək gərəksizdir. Üzərində dayanılması lazım olan ən əhəmiyyətli şey, ana və ata boşansa belə, hələ onun anası və atası olmağa davam etdiklərini, ayrı evlərdə də yaşasalar bunun heç nəyi dəyişməyəcəyini söyləməkdir.

Uşaq nə yaşar...
Ana və atası boşanan uşağın yaşayacağı ən böyük ruhi problem, tərk edilmə qorxusudur. Evdən gedən valideynlərin onu unudacağını, artıq sevməyəcəyini düşünərlər. Bu da özünə inamı zədələyər. Bəziləri ana və atasını bu işi bacara bilməmiş olmaqla günahlandırar, onları necə barışdıra biləcəklərini fikirləşməyə başlayarlar. Pis bir hadisəni qəbullanmama , "yas" prossesinin ən təbii hissəsidir. Bir günahkar axtarırlar. Əksəriyyətlə evdən gedəni ya da davalarda kim daha aqressiv idisə onu günahlandirarlar. Xüsusilə, məktəbəqədər yaşdakılar günahkarlıq, 6-8 yaşdakılar kədər, 8-9 yaşın üzərindəkilər qəzəb hiss edərlər. Yetkinliyə yaxınlaşmış uşaqların boşanmanı qəbul etməsi çox daha asan olar, çünki nəyin səbəb olduğunu daha yaxşı bilirlər .

Boşanma Sonrası 
Hər yaşda uşaqlar bir müddət uşaq davranışlar göstərə, hirsli ola bilərlər, ya da xəstəymış kimi davrana bilərlər. Belə zamanlarda cəzaya deyil artıqdan dəstəyə ehtiyac duyarlar.

Həyatınızda bir çox şey dəyişəcək ( daha az pul, daha az maraq, daha çox məsuliyyət, yeni məktəb, yeni ev, yeni dostlar, və s.). Bunları anlamaq və qəbul etmələri üçün onlara şəfqətlə amma qərarlı bir şəkildə yaxınlaşmalısınız.

Ayrıldığınız yoldaşınızdan qisas almaq üçün uşağınızı görməyi, ya da ona dəstək verməyi rədd etmeyin .

Yoldaşınıza nə qədər əsəsbi olursuz olun, onu uşağınıza pisləməməyə çalışın. Dünyanın ən pis anası/atası da olsa, onun sahib olduğu tək ana / atadır. Bu da onu sevməsi üçün kifayətdir. Onu tənqid etdiyinizdə uşağınız sevdiyi birini sevməmək məcburiyyətində qalacaq, bu da onu ziddiyyətə salıb, günahkarlıq hiss etməsinə səbəb olacaq.

Daimi bir ziyarət proqramının hazırlanması çox əhəmiyyətlidir. Uşağın özünü tərk edilmiş , sevilməyə layiq olmayan biri kimi hiss etməməsi üçün ayrı yaşadığı valideyinlərin onu nə zamanlar görəcəyini bilməsi lazımdır. Ancaq o zaman özünü qiymətli hiss edər.

Ayrı yaşayan valideyn, görüş zamanlarında uşağıyla birlikdə zaman keçirməlidir. Bu görüşün müddətindən çox keyfiyyəti əhəmiyyətlidir. Nadir hallarda görüşülsə belə, uşaq " mən anam/atam üçün çox dəyərliyəm " duyğusunu yaşayırsa problem yoxdur.  Ancaq uşağını aldığında onu bir yük kimi görüb, ata tərəfdən nənənin yanına qoyub, öz həyatını yaşayan bir valideyn uşağa bu duyğunu verə bilməz.

Onunla hər görüşdüyünüz xüsusi şeylər etməyə ehtiyac yoxdur. Adi vaxt da keçirsəniz, əhəmiyyətli olan birlikdə olmaqdır.  Davamlı hədiyyələr alaraq özünüzü bağışlatmağa çalışmayın. Bu şəkildə onu yalnız doyumsuz edərsiniz. Uşaq hər iki evdə də normal, qayda-qanunlu bir həyat yaşamalıdır.

Özünüzü pis hiss edirsinizsə, uşaqla duyğunuzu paylaşın. Amma bunu edərkən dozasını yaxşı qurmalısınız. "Çox pisəm, məhv oldum" kimi mənfi şeylər yerinə " bu günlərdə özümü pis hiss edirəm, amma öhdəsindən gələcəyəm " kimi gələcəyə istiqamətli ümidli sözlər istifadə edin.

Uşaqların bir-birindən ayrılması onlar üçün ikinci bir sarsıntı olacaqdır. Onsuz da ailə dağılmış uşağa, bir də qardaşından/ bacısından ayrılmaq uşaq üçün daha  çətindir. Bu səbəblə qardaşların/başıların ayrılmaması məsləhətdir .

Boşanma sonrası uşaqlarda görülə biləcək psixoloji problemlər
Uşaqlar bəzən içində olduqları vəziyyətə içə qapanma ya da əsəb ilə qarşılıq verər. Utandığı üçün yoldaşlarıyla görüşməyən, evdən çıxmayan uşağınız üçün mütləq kömək alın. Bəzən də duyğularını nəzarət edə bilməyən uşaq sadə şeylərə əsəbiləşər, vurar, qırar, özünə və ya ətrafına zərər verər. Belə zamanlarda hirsə hirslə cavab verilsə gərginlik artar, əsəb anaya / ataya yönələr. Halbuki, uşağın hirsini boşaltması gözlənilər, ondan sonra danışılarsa, sakit bir mühitdə problemlər daha rahat həll edilər. Uşağı susdurmaq üçün veriləcək cəza isə onu daha çox içə qapanıq edəcək. Sonunda hirs özünə dönər və "mən pis biriyəm" duyğusu inkişaf edər.  Uşağın vəziyyətə reaksiyası normal sərhədləri aşarsa depressiya,  yuxu problemləri, məktəb problemləri, davranış problemləri kimi ruhi çətinliklər ortaya çıxar. Bu vəziyyətdə mütləq bir uşaq psixoloqlarıdan kömək almaq lazımdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri