Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər.
Əgər
körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt
qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə
çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın,
bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa
otağa keçirin. Bu
şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz.
Körpəni sakitləşdirmək üçün nə etməlisiniz?
* Körpə ağlayırsa, ona əmzik, ya da diş qaşıyıcısı verin.
* Onu hərəkət etdirin, masaj edin, qarnını ovxalayın.
* Körpəni qarnıüstə yatıraraq kürəyini sığallayın, əgər qaz sancısı varsa, bu masaj ona rahatlıq gətirəcək.
* Körpənizə yaxın olun. Körpələr bəzi məqamlarda bu yaxınlığa ehtiyac duyur.
* Ağlayarkən onu qucağınıza alaraq qaranlıq bir otağa keçin və layla çalaraq sakitləşdirin.
* Əgər bütün bu deyilənlər işinizə kömək etmirsə, onda körpəniz səs-küydən, qələbəlikdən və ya işıqdan narahat ola bilər.