Gənc analar üçün körpəyə qulluq təklifləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2170
Səs ver:
(səs: 0)
Körpənizi 2-3 saat aralıq ilə əmizdirin
Doğulmuş körpələrin tez-tez əmizdirilməsi həm ana südünün davamlılığı həm də körpədə inkişaf edə biləcək sarılığı- qan şəkəri aşağılığını qarşısını almaq baxımından çox əhəmiyyətlidir. Bu səbəblə körpələr doğulan dövründə mütləq 2-3 saat ara ilə əmizdirilməlidi.

İlk 4-6 ay körpənizi kürək üstü yatızdırın

Son illərdə edilən araşdırmalar, körpələrin üzüstə mövqedə yatışı ilə qəfil körpənin ölüm sindromu [SIDS] arasında əlaqə olduğunu göstərir. Bu səbəblə ilk 4-6 ay körpələrin arxa üstə mövqedə yatızdırılması təklif edilir. Yenə eyni səbəblərdən, ilk 1 il yastıq istifadəsi tövsiyə edilmir.

Yaş dəsmal istifadə etməyin
Körpənin alt təmizliyi 1-ci aya qədər pambıq və su ilə edilməlidi. Yaş dəsmal bu dövrdə qıcıq edici ola bilər. 1-ci aydan sonra qatqı maddəsi və ətir ehtiva etməyən yaş dəsmal istifadə edilə bilər.

Hər qidalanmadan sonra mütləq köpünü çıxarın
Körpə, əmizdirərkən doğru tutulmadığı, döşü tam tutmadığı zaman hava udduğundan köpü meydana gələr. Körpənin köp problemi meydana gəlməməsi üçün ananın da yediklərinə diqqət etməsi lazımdır. Körpənin köpü, hər qidalanmadan sonra çıxarılmalıdır. Qarnı doyan körpənin bir miqdar qusması normaldır. Ancaq fışqırar tərzdə, yaşıl rəngdə qusursa, qarın şişliyi və əmmə azalma varsa mütləq həkim görməlidir.

Qız körpələrdə alt təmizliyinə diqqət edin

Qız körpələrin cinsi orqanı, bədəninin digər yerlərinin silindiyi məhsullarla təmizlənə bilər. Ən əhəmiyyətli nöqtə təmizliyin daim öndən arxaya doğru və tək bir hərəkətlə edilməsidir. "LABİA" adı verilən böyük və kiçik dodaqlar yüngülcə açılaraq qıvrımları arası nəzakətlicə yuyulur. Daha dərindən bir təmizliyə ehtiyac yoxdur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri