Uşaqlara din öyrədilməlidirmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 813
Səs ver:
(səs: 0)
Yaxınlarda internetdə belə bir sorğu ilə qarşılaşdım: “Sizcə uşaqlara din öyrədilməlidirmi, yoxsa onlar yetkinlik yaşına çatdığında özləri seçim etməlidirlər?” Şübhəsiz ki, kommentlərdə bəzi ağıllılar: “Əlbəttə özləri seçim etməlidirlər, o nə əskilərdir bağlayırsız uşaqlara”, “Uşağa dini inancı sırımaq olmaz, qoy böyüsün o zaman istəyərsə Papua nyu-qvineyanın dinini seçsin” və ya buna oxşar kommentlər yazırlar.

Belə insanlara çox sadə bir cavab vermək olar: “Sən ümumiyyətlə uşağına #tərbiyə verirsən? Nəyin doğru nəyin pis olduğunu başa salırsan? Misal üçün aldatmağın, xəyanətin, insanların haqlarının tapdalamağın, insan öldürməyin, biraz böyüyəndə isə homoseksuallığın və evlilikdən öncəki cinsi münasibətlərin pis bir şey olduğunu (təəssüflər olsun ki, son iki misal axır zamanlar vətənimizdə belə normallaşmağa başlayıb) deyirsən? Doğruluğun, insanlara yardımın və mərhəmətin yaxşı bir şey olduğunu #öyrədirsən? və ya uşağını #boş_buraxırsan, bəlkə böyüyəndə əslində insanları qətl etməyin yaxşı bir şey olduğu #qənaətinə gəlsin və öz seçiminə görə əməl etsin?”

Şübhəsiz ki, ağıl sahibi bu məsələyə müsbət cavab verməz, əksinə uşağına nəyin doğru, nəyin isə yanlış olduğunu öyrətdiyini deyər. Əgər “nəyə görə öyrədirsən” sualını versək iki cavab ehtimalı var: ya bu əməllərin özü özlüyündə doğru və ya yanlış olduğuna görə belə edir, və ya gələcəkdə bu əməlləri icra etdikdə cəza görə biləcəyindən dolayı uşağını qorumaq üçün belə edir (məsələn adam öldürərsə həyatının qalan hissəsini həbsxanada keçirə bilər).
Bu cavabı aldıqdan sonra biz deyəcəyik ki, biz də uşaqlarımıza İslam dinini sırf bu səbəblərdən dolayı öyrədirik. İlk növbədə biz inanırıq ki, Allah ibadətə layiq olan yeganə həqiqi ilahdır, bütün təzimlər və ibadət növləri sadəcə Ona aid olmalıdır. Necə ki, siz adam öldürməyi doğru bir şey saymırsız, biz də Allahdan başqasına ibadət etməyi doğru saymırıq, hətta deyirik ki, adam öldürmək bir insanın haqqına girməkdir, Allahdan qeyrisinə ibadət etmək isə o insanın #Yaradanın haqqına girməsidir və Yaradanın haqqı insan haqqından daha böyükdür. Sırf buna görə də biz uşaqlarımıza doğru olanı (Allaha ibadət) öyrədir, doğru olmayandan isə (digər ilahlara ibadət) çəkindiririk. Burda qəribə nə var ki?

Dİgər baxış nöqtəsindən baxdığımızda isə, biz inanırıq ki, İslam dinində olmayan kafirlərin cəzası əbədi cəhənnəmdir. Siz uşağınız türmələrdə çürüməsin deyə ona insan qətlinin pis olduğunu öyrətdiyiniz kimi, biz də uşaqlarımız #əbədi cəhənnəm sakinləri olmamaları üçün onlara #dinlərini öyrədirik.
Əslində cavab bu qədər #bəsitdir. Lakin bir çox insan bunu anlamır. Səbəbi isə bizə sırıdılan inanclardır. Homoseksualların hüquqlarını bizə danılmaz insan haqları kimi sırıyırlar, lakin Yaradıcının haqqının o qədər hörməti yoxdur. Din seçmək, dindən dinə keçmək sadəcə maşın dəyişdirmək kimi bir zövq məsələsinə çevrilib. Demək istəyirlər ki, siz uşağınıza almanı deyil də armudu sevməyi öyrətmədiyiniz kimi, bu dini deyil digər dini seçməlisən deməməlisiniz. Əslində isə bu, sadəcə qərbin bizi inandırmaq istədiyi bir yalandır: din önəmli deyil, ikinci dərəcəli bir şeydir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri