Hüzurum (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 4 970
Səs ver:
(səs: 1)
"Evlənəcəksən Hüzur, başqa bir seçimin yoxdur" deyə qışqıran Əhməd bəy qızının qorxuyla yerindən sıçrayışını izlədi.

Hüzur... Atası ilə yaşayan 19 yaşındakı gənc bir qız. Anası Lalə xanım Hüzuru dünyaya gətirdiyi zaman gözlərini sonsuzluğa yummuş və körpəsini atasıyla tək başına buraxmışdı. Allah'ın yazdığı idi bu, üsyan edib şirkə getmək olmazdı. Rəbbim hər kəsə bir müddət vermiş və o vaxt dolanda əldən heç bir şey gəlməz, Allah'ın hüzuruna gedərsən.

Lalə xanım qızı olacağını öyrəndikdən sonra çox sevinmiş ve həmişə şəfqətlə şişmiş qarnını oxşayıb 'Hüzurum' deyə sevərdi doğulmamış balasını. Bəzən qarnını oxşayaraq laylay oxuyar, göz yaşlarını tuta bilməzdi. Analar hiss edir deyirlər, Lalə xanım da öləcəyini hiss etmiş kimi, qızına həsrət, ağlayaraq, laylay oxuyub qarnını oxşarkən bapbalaca qızının saçlarını oxşadığını xəyal edərdi.

Hüzur... Gözü yaşlı gənc qız. Bu yaşına qədər atası heç vaxt ona anasının yoxluğunu hiss etdirməmiş, hər zaman yanında olub qızının düşüncələrinə hörmətlə yanaşmışdı. Bəs indiki bu rəftarı nə idi? Bu yaşına qədər atasının ilk dəfə ona belə yüksək səslə danışdığını, hətta qışqırdığını və ondan heç soruşmadan qərarlar aldığını görürdü.

Bu yaşına qədər ətrafındakılara adı kimi Hüzur verən gənc qız indi hüzursuz idi, canı yanırdı və ağlayırdı. Sadəcə analar günündə ağlayardı və indi o gündən ayrı, fərqli bir səbəbdən ötrü ağlayırdı. Qəhvəyi gözləri ağlamaqdan parıldayır, qızarırdı. Balaca burnunun ucu qızarmışdı.

Özünə gələrək atasının dizlərinə yapışdı diz çökərək. "Atam... Nə olar... Mən evl...evlənmək...ist...istəmirəm." deyərək hıçqırıqları və iç çəkişləri arasında cümləsini güclə tamamlama bilmişdi. Evlənə bilməzdi. Evlənmək istəmirdi Hüzur. Bir tək sevdiyi insanla evlənməyi qəbul edə bilərdi. Bir tək o aşiqi olduğu qəhvəyi gözlərin sahibiylə evlənə bilərdi. Adını bilmədiyi, sadəcə bir neçə dəfə gördüyü o qəhvəliklər... Universitetdə görmüşdü onu ilk dəfə. Özündən böyük olduğunu bilirdi. Çünki universitetdə oxumurdu. Arada bir gəlib dərslərinə girən Musa müəllim ilə görüşüb gülərək danışar və söhbətləri bitincə gedərdi.

İlk dəfə o vaxt gülüşünü də görmüşdü. Ağappaq dişləri qumral tənini aydınladırdı. Onun gülüşünü gördüyündə buludlu olan hava aydınlanırdı sanki. Onu hər gəldiyində gizli gizli izləyərdi. Bilirdi bunun haram olduğunu. Gözləri halalı olmayan birini izləməməliydi istəyərək. Amma qəlbi söz dinləmirdi.

"Hüzur" deyən atasının sərt səsiylə qızarmış gözlərini qaldırıb atasına baxdı. Bağışlamayacaqdı atasını. Atası onu qaranlığa məhkum edirdi.

"Ata, atam... Nə olar..."

"Get hazırlaş... Birazdan gələcəklər və kəbininizi kəsəcəklər, sabah da rəsmi nikah" deyərək qızının yalvaran baxışlarına son dəfə baxıb arxasını dönüb mətbəxə getdi.

Əhməd bəy mətbəxə çatan kimi gözü yaşlı bir şəkildə "bağışla məni qızım... Bağışla Hüzurum..." deyə mırıldandı. Qızı qədər, bəlkə də ondan daha artıq canı yanırdı amma məcbur idi.

Hüzur bir müddət hönkürərək ağladı, özünə biraz da olsa gəlincə ayağa qalxacaq gücü tapa bilmişdi özündə. Yavaş addımlarla otağına getdi. Hüzurum iç çəkişlərini eşidən Əhməd bəy də ağlayırdı. Sevdiyi qadın, həyat yoldaşı öldüyü gün həm xoşbəxt, həm acı günü idi. O gün də ağlamışdı hıçqıra hıçqıra, heç utanmadan. Nədən utanacaqdı ki? Həyat yoldaşı, ömrünü sonuna qədər birlikdə keçirmək istədiyi qadın möcüzələrini dünyaya gətirdiyi gün gözlərini əbədi yummuşdu.

O gün onu özünə gətirən balaca körpəsinin qucağına verilməsi idi. Övladının qoxusuyla sakitləşməyə çalışmışdı. Nə də gözəl qoxusu vardı. Qulağına əyildi və adını fısıldadı qulaqlarına. "Hüzur..." arxasıyca da "Bizim Hüzurumuz..." dedi arvadını anaraq.

İlk vaxtlar çox əziyyət çəkmişdi Əhməd bəy. Ətrafındakılar onu evləndirməyə çalışsalar da o istəməmişdi. Arvadını hələ də sevərkən başqasına yoldaşlıq edə bilməzdi. Bir ana şəfqətiylə böyütmüşdü qızını. 'Hüzurum' deyərdi hər zaman qızına və ilk dəfə bugün səsini yüksəltmişdi ona. Amma məcbur idi. Geriyə dönə bilməzdi qərarından.

Hüzur otağına girib yatağın üstünə oturub düşünməyə çalışdı amma olmurdu. Atasının niyə belə davrandığını, niyə onu buna məcbur etdiyini anlamırdı.

Aynalı qarderobunu açıb nə geyinəcəyini fikirləşdi. Bugün Hüzurun qaranlığa qərq olduğu gün idi. Ona görə də uzun qara paltarını və qara şarfını aldı. Geyinib, başını örtdü. Üzü anidən çökmüş kimi idi. Oysa elə bu səhər nə qədər sevincli idi. Universitetdə yenə görmüşdü bugün o qəlbinin varlığını hiss etdirən adamı. Yenə Musa müəllim ilə söhbət edirdi gülərək. Yanına ən yaxın rəfiqəsi Nuranə gəldiyində biraz onunla danışmışdı sevdiyi adam haqda. Bir birlərindən əsla heç nə gizlətməyəcəklərinə söz vermişdilər. Adını bilmədiyi bir adamı sevirdi və onun Hüzurdan xəbəri belə yox idi. Nə qədər də ironiya idi beləsi.

Onu düşününcə yeni quruyan göz yaşları yenidən axmağa başlamışdı. Sevgisinə xəyanət etmiş kimi hiss edirdi. Başqasının halalı olacaqdı və bu canını çox yandırırdı. Qapı səsiylə bütün acı düşüncələrindən sıyrılmışdı. Gəlmişdilər və Hüzurun həyatı adı kimi hüzurlu ikən bir anda göz yaşına, acıya dönüşmüşdü.

Əhməd bəy çalan qapı ilə tez göz yaşlarını silib cəld addımlarla mətbəxdən çıxıb qapını açmışdı. Qarşısında əsgərlik dostu Asif, onun yoldaşı və kürəkəni olacaq gənc vardı. Gülümsəməyə çalışaraq buyur etdi içəriyə. Kürəkəni olacaq gənc isə qaşqabaqlı şəkildə içəri girsə də ata anasının baxışlarından ötrü əl verib görüşmüşdü.

Qonaq otağında oturunca bir müddət səssizlik hakim olmuşdu otağa. Daha sonra səssizliyi Asif bəy pozdu.

"Birazdan axund gələcək. Qızımız hazırdır?"

"Mən gedim bir baxım onda." deyərək yerindən qalxmış və qızının otağına getmişdi.

Qapısının önünə gəlincə iç çəkmə səsləri eşitdi və qəlbi acıyla daha tez-tez atmağa başladı. "bağışla Hüzurum..." deyə mırıldandıqdan sonra qapını döyüb "Hüzur" deyə səsləndi. "Gəlirəm." dedi gənc qız quru bir səslə. Ata deməmişdi çünki atasından incimişdi və nə vaxt bağışlayar bilmirdi.

Əhməd bəy qonaq otağına keçəcəyi sırada qapı döyülmüşdü. Gələnlər axund və 2 şahid idi. Onları da içəri dəvət etdi.

Gənc qız aynaya baxmadan otağından çıxmışdı. Kim üçün bəzənəcəkdi ki? Üzünü belə görmədiyi biriylə evləndirilirdi. Qonaq otağına getdi, axundun gəldiyini bilirdi və əlindən heç bir şey gəlmirdi.

Gənc qızı qapıda görən Asif bəy ayağa qalxaraq Əhməd bəylə otaqdan çıxmışdılar.

Hüzur heç kimin üzünə baxmadan iki dənə yan-yana olan stullardan birinə oturdu. Geyindiyi paltar vücud xətlərini bəlli etmədiyi və rəngi də qara olduğu üçün rahat idi.

Gənc oğlan da gələn qızı görəndə öz özünə bir şeylər mırıldanmışdı. Atasının və anasının gücünə bura gəlmiş və evlənəcəkdi. Evlənmək istəmirdi heç vaxt amma məcbur evləndirilirdi. İlk öncə kəbin, səhəri də rəsmi nikah.

Baxışlarını qıza çevirdi. Başını əydiyi üçün görə bilmirdi üzünü və necə biriylə evləndirildiyini bilməmək lap çox əsəbləşdirirdi onu. Qolunda hiss etdiyi əllə qaşlarını çataraq anasına baxmış və yerindən qalxmışdı. Gənc qızın yanındakı stula oturmuşdu. Fəridə xanım isə yan yana oturan gəlininə və oğluna baxdı gülən gözlərlə. Oğlunu bu evliliyə məcbur etmişdilər və bu qızın da bu evliliyi istəmədiyini bilirdi. Onun çox ağladığını və bədəninin titrədiyini görə bilirdi.

Gəlininə baxarkən keçmişləri gəldi gözünün önünə. Lalə xanımla yoldaşlarının dostluqlarına görə tanış olmuş və qısa zamanda çox yaxın dost olmuşdular. Çox yaxşı yola gedirdilər. Hələ gənc idi Hüzura hamilə qaldığında. 25 yaşındaydı Hüzuru dünyaya gözlərini açanda və özü dünyaya gözlərini bağlayanda. 25 yaşında vəfat etmişdi gerisində gözü yaşlı bir həyat yoldaşı və yetim qalmış bir körpə buraxaraq.

Xəstəxanada Əhməd bəyin necə səsli ağladığını hələ də unuda bilmirdi. Çox sevmişdilər bir birlərini. Əhməd bəy də 31 yaşında dul qalmış və bir daha evlənməmişdi. Laləni o qədər çox sevirdi ki, başqa qadını onun yerinə qoya bilməmişdi. Tək başına böyütmüşdü qızını.

Fəridə xanım yanağına düşən yaşlarla ağladığını anlamışdı. Kim ağlamazdı ki olanlara? Əhməd və Lalənin eşqi deyə bir hekayə vardı ortada. Əlbət zamanı gəldiyində bu bildiyi hekayəni Hüzura, qızı yerimə qoyacağı gəlininə danışacaqdı.

Molla kəbini kəsdi və duasını oxudu. Sonra bir kağıza gəlin, bəy və şahidlər imzalarını atdılar. Kağızı dördə qatlayıb gəlin xanıma uzatdı və evdən ayrıldılar. 2 qəlb bir birini tanımadan, bir birlərinə Allah qatında halal olmuşdular.

Otaqda qalan üçlü səssiz idi və bu səssizliyi Fəridə xanım pozmuşdu. Oğlu və gəlininin qarşısına keçərək danışmağa başladı.

"Rəbbim bir ömür boyu daim eləsin nikahınızı." dedi və davam etdi oğluna baxaraq. "Oğlum, bundan sonra sən evli bir adamsan və ona görə hərəkət etməlisən. Artıq subay deyilsən. Bu evliliyi istəmədiyinizi bilirəm amma tanımağa çalışın, sevməyə çalışın bir birinizi." deyən Fəridə xanım baxışlarını hələ də başı əyik gəlininə çevirdi.

"Hüzur, gözəl qızım. Atandan incimə. Bu evliliyi ikiniz bir yerdə yaşayacaqsınız. Ona görə bir birinizdən sir saxlamayın. İlk olaraq dost olmağa çalışın və oğluma dediyim kimi hirsinizi bir birinizdən çıxarmayın." deyərək gəlininin əlini oxşamış və otaqdan çıxmışdı.

İndi otaqda yeni evli cütlük vardı. İkisi də hələ də stulda yanbayan oturmuşdular.

Əli bu səssizliyə daha çox dayana bilmədi. Cəld yerindən qalxmış və otağın içində gəzməyə başlamışdı. Bir əlini belinə qoymuşdu, digər əlini də əsəblə saçlarından keçirtdi. Evləndiyinə inana bilmirdi. 28 yaşında evli bir adam idi. Həm də kiminlə, heç tanımadığı bir qızla. Həm də özündən 9 yaş kiçik bir qızla. Əsəblə dərin bir nəfəs aldı və yenidən tam gənc qızın qarşısına keçib onun üzünə doğru əyildi. "Qaldır başını!" dedi dişlərinin arasından.

Hüzur birdən eşitdiyi səs ilə yaxınında hiss etdiyi bədənlə yerində dik durmağa çalışdı amma cəsarət edib də baxışlarını qaldıra bilmədi. Hələ də yanaqlarını islatmağa davam edirdi göz yaşları

Başını qaldırmayan və dediyini yerinə yetirməyən qıza lap əsəbləşmişdi gənc oğlan və əlini qaldırıb gənc qızın çənəsinə toxunub özünə baxmasına səbəb oldu.

Üzləri arasında çox az bir məsafə vardı və iki qəhvəyi gözlər bir birinə baxırdı. Gözlərdən biri əsəblə qızarmış ikən, digəri şaşqın idi.

"Bundan sonra sözlərimi ikilətmə. Uşaq kimi ağlamağını da kəs!" deyərək çənəsindəki əlini sərt bir şəkildə çəkən Əli o gözlərə son dəfə baxıb dik duruşuna geri dönmüşdü.

Hüzur şokda idi... Hüzurun qəlbi həyəcanla atırdı...
1-ci bölümün sonu...

Yazar: Məryəm
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri