Anonim yaşıl (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 5 006
Səs ver:
(səs: 0)
Fəridin dilindən
Onu ilk dəfə universetede tedbirlerin birində akt zalında gördüm. Oturmağa yer axtarırdı. Gözlərində eynək vardı. Əyninə isə mavi rəngli midi yupka, üstünə isə ağ rengli sadə köynək geyinmisdi. Saclari isə zil qara rəngdə, belinə qədər dalğalı buruq idi. Bu günə kimi nə geyindiyin xatırlayırdım onun. Mən 1 ildən çoxdu Sunayı tanıyıram. O isə 3 günə qədər mənim varlığımdan bir xəbər idi. Sunay yer tapıb oturduqdan sonra eynəyin çıxartdı. Bir anda gözlərimiz onunla toqquşdu. Gözləri Yaşıl idi .. Ona görə ona Yaşıl deyirəm. İç səsim bu qızın arxasıyca get dedi. Və məndə iç səsimi dinlədim. Neçə həftədən sonra onu tapdım. Adının Sunay olduğunu öyrəndim. Artıq onu harda tapmaq lazım olduğunu bilirdim. Hər gün gözlərinə baxırdım. O isə məni görmürdü. Yanında hemişə 1 qız olardı. Deyəsən ən yaxın padruqası O idi. 1 ay keçmişdi artıq. Ona bağlanmışdım. Yaxınlaşmaq istəyirdim ona. Amma necə yaxınlaşım bilmirdim. Ya mənə “yox” desəydi. Nəticədə tanımırdı.Həmdə mən seviliəsi bir tip deyildim. Yaraşıq cəhətdən deyil. Bağımlısı olduğum bəzi seyler üzündən. Yəni, içki, siqaret, bar, həb.. nə istəsən məndə vardı. Mənim kimi yaraşıqlı üçün qızlar bir günlük əyləncə. Əyləniləsi qızlar məni severdi. Üzümdə olan azacıq saqqal, şabalıdı rəngli saclarım və acıq qəhvəyi rəngli gözlərim.. hər qızın ürəyini fəth edə biləsi bir üz quruluşuna sahib biri olan” Fərid Anar Quliyev”. Bəli,2 adım var. Anar sənədlərdə yazılan adımdı. Anarı yalnız univerisetet bilir. Fəridi isə yaxınlarım deyir. Mən uşaq olanda anam Fərid adını isteyirmiş babam isə Anar. Babamın dediyi olub Anar adın yazdırıb. Amma anam mənə heç vaxt Anar demeyib Fərid deyib o vaxtdanda Anar yaddan çıxıb hamı mənə Fərid deyib. Məsələmizdən çox uzaqlaşıdım deyəsən) mətələbə qayıdım) Sunay haqqında məlumat əldə etmeyə başladım. Nişanlı olub ayrıldığın bilmirdim. Amma bilməyimdə heç nəyi deyişdirmədi. Geri düşüncəli biri deyildim. Və ürəyimdə nə yaxşıki xəyanət edib dedim. Etməsəydi ayırlmazdı və mənim şansım heç olmazdı. Amma işim çətin idi. Çünki daha sevgiyə inanmırdı. Hələ üstəlik mən kimi, ata puluna fırlanan oğlanı heç sevməzdi. Ona görə bu müddət ərzində həm özümü düzəltməliydim həmdəki Yaşılı izləməliydim. Uzun müddət keçmişdi aradan. Mən artıq düzəlmişdim. Yaşıla isə günü gündən daha çox bağlanırdım. Daim ətrafında idim. Nələri sevir, neleri sevmir artıq hər şeyin yaxşı bilirdim. Bir qalmışdı onun məni tanımağı. Qarşısına çıxmağa tam hazır deyildim amma. Nəsə bir şey fikirləşməli idim. Ahaa tapdım. Aytən... Yaşılın ən yaxın padruqası. Mənə kömək etməli idi. Ona hər şeyi danışmalı idim. Dostunun xoşbəxtliyi üçün mənə kömək edəcəkdi. Günlərin bir günü ona yaxınlaşdım. Əvvəl duruxub qaldı. Sonra ona hər şeyi danışmağı başladım. İlk əvvəl “yox olmaz” dedi. Təbiki şokda idi. Amma mən ona daha çox şey danışmağı qərara aldım. Məsələn Yaşılla Onun gəzintilərindən. Ağzı açıq qalmışdı artıq. Sonra “Özün hər şeyi bilirsən.O sənədə şans verməyəcək” dedi. Mənim ağlımda olan planı ona danışdım. Ağlımda olan plan isə ANONİM olmaq idi. Yaşıl məni elə sevəcəkdi. Yada bir ehtimal idi bilmirdim amma Yaşıla başqa cür yanaşa bilməzdim. Ona görə bu yola əl atdım. Və sağolsun Aytən mənə bu yolda dəstəy çıxdı. İndi bəzileriniz Aytəni qınaya bilərki dostunun arxasından iş çevirib amma elə deyil. Aytən Sunayın xoşbəxtliyi üçün razı oldu hər şeyə. Çünki o hadisədən artıq 2 il keçmişdi amma Sunay helədə sanki keçmişə tutulub qalmışdı. Gələcəyini fikirləşmirdi. Mənsə Yaşılımı günü gündən daha çox sevməyə başlayırdım.

Bölümün Sonu ..

Müəllif: İ.Qönçə (Lusi)[/i]
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri