Aypara (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 937
Səs ver:
(səs: 0)
Eşq etirafından sonra Eşqin ilə Aypara əl ələ tutub, kursdan çıxıb yaxınlıqdaki kafelərdən birinə gedirlər. İkisidə indi çox xoşbəxt idi. Çünki hisslər qarşılıqlı idi. Amma Ayparaya görə arada bir mane vardı oda xəstəliyi idi. Aypara səssizliyini pozub "Nə deyəcəyimi bilmirəm... Yuxuma belə girməzdiki sən məni sevəsən. Həm də bu halımla..." dedi. Eşqin Ayparanın bu sözünə gülümsəyərək cavab verib "Birdə belə bir şey danışmağını eşitməyim yaxşı? İndi düşünürsənki, xəstəliyin bizim aramızda mane olacaq amma yanılırsan. Mən yaxşı bir həkim tapmışam sabah saat 10 da onun yanında olmalıyıq. Hər şey yaxşı olacaq"dedi. Aypara "Mənim inamım yoxdu sağalacağıma qarşı... Çünki müalicələrim müsbət təsir göstərmir.." dedi üzügün bir şəkildə. Eşqin Ayparnın bir əlin iki əllərinin arasına alıb "İnanamaq ən böyük məlhəmdi. İnana səndə.. Məni tək qoyma.. Məni yeni tapmışkən itirmə.. Əgər sən özün inansan bu xəstəliyə qarşı qalib gələ bilərsən"dedi. Ayparanın gözləri dolmuşdu artıq. İnana bilmirdiki Eşqin onu bu qədər çox sevir. Qurduğu xəyallar gərçəkləşmişdi, içində indi rahat bir hüzur vardı. Bu hüzurunda adı Eşqin idi..

Axşam düşmüşdü artıq. Ayparanın əmisigil Şahdağdan gəlmişdilər. Aypara əmisinə həkimini dəyişəcəyini söyləmişdi. Əmisi cavabında kimin yanına gedirsən ged,pulunu verəcəm demişdi. Aypara üzgün bir halda otağına çıxmışdı. Hec vaxt əmisindən sevgi və qayğı görməmişdi. Çox soyuq adam idi. Onun üçün ən vacib işi, birdə öz uşaqları idi. Əvvələr məni dayım gil saxlamaq istəsədə razı olmamışdım. Çünki onların imkanı yox idi, müalicələrimi qarşılamağa. Dayıma yük olmamaq üçün də əmimin yanında sevgisiz böyüməyə razı olmuşdum. Mən deyəsən həyatı çoxdan uduzmuşdum. Ya da hələ oyun yeni başlayırdı.

Saat 10 nun yarsı idi artıq. Eşqinlə Aypara xəstəxanaya gəlmişdi. İkisidə çox həyəcanlı idi. Qapını döyüb içəri keçdilər. Həkim gözü ilə əyləşmələrini bildirib "Kazım bəy gələcəyiniz haqqda məlumat vermişdi"dedi. Sonra Aypara daha əvvəl olan müalicə kağızların həkimə uzatdı. Həkim kağızları incəliyib "Nəticələr o qədərdə ürəy açan deyil.."dedi gözlüyün çıxardıb masanın üstünə qoyaraq. Aypara hec gözləmədən sözə özü başlayıb "Mənimlə açıq danışa bilərsiz.."dedi. Həkim "Yenidən analizlər verilə, amma ən əsası sənin xəstəxanada yatmağını... Əvvəlki həkimində yəqin deyər sənə.. Bu xəstəliklə ayaqda qalmamalısan.." deyib Ayparaya baxdı. Eşqin "Nə lazmıdısa, onuda edin "dedi. Həkimlə danışdıqdan sonra xəstəxanadan çıxdılar. Aypara gözlərin yerə dikib "İndi necə olacaq...?"dedi. Eşqin Ayparanın çənəsindən tutub başın yuxarı qaldırıb "Həkimin dediyi kimi .. Yaxşı olamağın üçün. Tək qalmayacaqsan, məndə yanında olacam .. Amma səndə deyilənlərə əməl et. Məsələn ağız maskan hanı? Niyə taxmamısan?" dedi sual dolu gözlər ilə Ayparaya baxıb. Aypara gözlərin qacırdıb "Yadımdan çıxdı.."dedi. Eşqin inanamış kimi etsədə, Ayparanın dediyinə inanmamışıdı. Ayparanı daha çox üzməmək üçün hec nə dememişdi. Axşam düşmüşdü artıq. Rüstəm Eşqinə zən etmişdi.

Eşidirəm Rüstəm
- Səndən xəbərim yoxdu hec, bu gündə kursa gəlməmişdin
Başım Ayparaya qarışmışdı ona görə gələ bilmədim. Daha doğrusu bundan sonrada gələcəyimi sanmıram
- Niyə? nəsə problem var
Telefon danışığı deyil Rüstəm. Üz üzə gələndə danışarıq
- İndi niyə gəlmirsən clubdayıq gəl danışaq
İndi olmaz gecdi saat
- Eşqin yaxşısan sən? Saat 11 in yarısıdı gecdi nədi?
Yaxşı deyiləm .. Hec yaxşı deyiləm Rüstəm ..
- Evdəsənsə gəlim?
Gələ bilsən yaxşı olar

Deyib telefonu söndürüb Ayparaya mesaj yazmağa başladı.

Eşqin: mənim sevgilim, necə hiss edir özünü?
Aypara'm: Bir az yorğun ..
Eşqin: Yatıb dincəlmisən evə gələndən?
Aypara'm: yuxu tutmur nəsə(
Eşqin: əminlə danışdın bu məsələ haqqında?
Aypara'm: ged nə edirsən et dedi. Pulun verecəkmiş həmişəki kimi... Atamın haqqı olmasaydı hec o puluda almazdım amma məcburam..
Eşqin: Özün bilirsənki bizim imkanımız yaxşıdı. Yəni xərclərini qarşılaya bilərəm. İnan pis niyyətlə yazmıram. Sadece o əminin sənin üstündə bir əməyinin olmağını istəmirəm. Sənə sədəqə verirmiş kimi etməsini həzm edə bilmərəm mən!
Aypara'm: Bilirəm sevgili...
Aypara'm: Sənin icinin gözəlliyini bilirəm..
Aypara'm: Bəlkədə nə vaxtsa zamanı gələndə..
Aypara'm: Amma indi olmaz..
Aypara'm: Bu mövzu haqqında üstümə gəlmə ..
Eşqin: Yaxşı sən deyən olsun. Əlimdən razılaşmaqdan başqa hec nə gəlmir..
Eşqin: sabag hazır ol onda
Eşqin: lazımlı olan eşyalarını götür.
Aypara'm: yaxşıki sən varmısan, sən olmasaydın mən necə olacaqdım bilmirəm(
Eşqin: Neqativliyə qapılma
Eşqin: sən hec mənə dememisenki məni necə sevmisən?)
Aypara'm: utandırdın məni)
Eşqin: şərəfsiz dediyinə görə?)
Aypara'm: Eşqinnnnn
Eşqin: hec ağlıma belə gəlməzdiki? mənə şərəfsiz deyən qızı sevərəm )
Aypara'm: Deməyəcəm necə sevdiyimi hec
Eşqin: De Ay işığım)
Aypara'm: Üz üzə deyerəm yaxşı?
Eşqin: yaxşı
Eşqin: yatmaq vaxtıdı bilirsən yəqin
Aypara'm: həə məcbur yatmalıyam
Aypara'm: sən ne edəcəksən, cluba falan gedərdin həmişə bu vaxtlar..(
Eşqin: evdəyəm məndə yatacam
Eşqin: club falanda səndən əvvəl idi. İçin rahat olsun
Eşqin: Mən sevdiyim qızın, gözün yolda qoymaram
Eşqin: yuxun şirin

Eşqin telefonu yenicə masanın üstünə qoymuşduki qapı döyüldü.. Deyəsən Rüstəm idi. Eşqin qapını açıb Rüstəmi içəri dəvət etdi. Rüstəm divanda əyləşib bir başa sözə başladı.

Rüstəm: Danış görüm yaxşı olmamağının səbəbi nədi
Eşqin: Ayparadı... Necə davranacağımı bilmirəm.. Onu elə görmək icimi parca - parca edir Rüstəm ... Ya ona nəsə olsa..?
Rüstəm: İncimə bu sözümə görə amma səndə ətrafında nə qədər qız qala - qala gedib o qızı sevdin
Eşqin: nə danışdığını bilirsən hec? Sevgi elə seye baxmır
Rüstəm: elə seye baxmırsa niyə indi peşman olmuş kimisən
Eşqin: sən məni sehv başa düşdün.. Mən onu sevdiyimə görə peşman deyiləm.. Mən sadece onu o qeder cox sevdiyimi gec anladığım üçün, onu daha evveldən sevmədiyim üçün peşmanam ..
Rüstəm: bəs kurs işi nəydi elə?
Eşqin: Aypara xəstəxanaya yatacaq məndə onun yanında olmalıyam
Rüstəm: Nə dediyini hec özün bildin? Univerisitetin qalacaq bu defedə
Eşqin: Cəhənnəmə qalsın! Mən Ayparanı o xəstəxanada tək qoyan deyiləm
Rüstəm: Atan bilir bu haqqda?
Eşqin: Az çox qulağına xəbər çatıb, özüm danışacam sabah onunla
Rüstəm: bəxtin onda gətiribki atan insan adamdı
Eşqin: bilirəm.. yaxşiki gəldin ...
Rüstəm: qardasıq biz gəlməli idik. Daha club falanda yoxdu?
Eşqin: Yoxdu sənədə məsləhət əl çək elə yerlərdən)
Rüstəm: başın bağalandı qardaş)
Eşqin: darıxma sənində başını bağlayan biri çıxacaq)Onda sənə bu gülməyini xatırladacam)

Bölümün Sonu ..

Müəllif: İ.Goncha

Ps. Növbeti bölüm Finaldı..
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri