Susqunluğum (12-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 3 488
Səs ver:
(səs: 0)
Günorta saatları olardı anam zəng vurub çatdıqlarını dediyində. Axşamdan bura bir saniyə belə keçməyən baş ağrısı, içdiyim ağrı kəsicilərin təsiri ilə biraz azalmışdı. Ruhdan fərqlənmirdim, son dərəcə əzgin və bitgin bir halda ayağa qalxıb otağı tərk etdim.
-Günay mən evə gedirəm. Görüşmələri ləğv et.
-Baş üstə... Siz yaxşısız? Solğun görünürsüz.
-Yaxşıyam.
Günayın qayğıkeşliyi qarşısında üzümə gülümsəmə yerləşdirib şirkətdən ayrıldım. Mahirlə danışdığım zaman səsimi gümrahlaşdırmağa çalışırdım, istəmirdim mənim zəif xarakterimə görə fikir çəksin. Evə çatdığım zaman anam məni gözləyirdi.
-Ana dayım necədi?
-Çox şükür yaxşıdı qızım, onsuz hərgün danışırdın daha da yaxşı olacaq inşAllah... Əsma, axşam Turalın ailəsi gələcək. Mətbəxə və təmizliyə nəzarət et qızım. Çox yorğunam biraz dincəlim.
-Ana mən... Mən danışmaq istəyirəm.
-Qızım inan heç halım yoxdu... Sonra.
-Çox vacibdi.
-Əsma, xaiş edirəm sonra.
Anam məni dinləmədən arxasını dönüb otağına tərəf addımladı. Mənə isə sadəcə arxasından baxmaq qalmışdı. Yox nə olur olsun danışmalı idim. Çətinliklə də olsa yerimdən tərpənib iti addımlarla anamın arxasınca getdim. Otağa yaxınlaşıb aralı olan qapıdan anamın eləcə də atamın yuxuya daldıqlarını görüb salona geri döndüm. Ləng addımlara divana yaxınlaşıb başımı əllərim ilə sıxaraq aşağı oturdum. Xadimələrin axşam üçün hazırlıqları, otaqda ora bura gəzinmələri mənim əsəblərimə toxunurdu. Elə ordaca uzanıb gözlərimi bərk bərk sıxaraq özümü yuxunun qollarına təslim etdim.
-Əsma, Əsma, qızım...
Neçə saat yatdığımdan xəbərsiz anamın məni səsləməsi ilə göz qapaqlarımı araladım. Hava tamam qaralmışdı.
-Niyə burda yatmısan? Qalx otağına üst başını düzəlt birazdan gələcəklər... Bilmirəm niyə bu qədər tələsirlər elə bil qaçhaqaçdı.
Anamın dodaqucu deyinmələrinə fikir vermədən otağıma qalxıb birbaşa hamama keçdim. Üzümə çırpdığım soyuq su ayıldırdı məni. Üstümü dəyişdikdən sonra yatağa oturub telefonu əlimə aldım. Mahirdən gələn 15 cavabsız zəngi görməyim bir növ şok keçirməyimə səbəb oldu.
-Mahir?
Qorxaraq geri yığıb səsini eşitmək üçün səbirsizcə dilləndim.
-Qıvırcıq, hardasan sən? Bayaqdan zəng vururam açmırsan, narahat oldum.
-Hə 15 cavabsız zəng. Məndə nəsə olub sandım.
-Qapınıza dayanmadığma şükür et.
-Mən yatmışdım.
-Sən yaxşısan? Səsin birtəhərdi.
-İndi oyandım ondandı yəqin.
-Atangil gəldi?
-Hə gəliblər.
-Bu axşam evlənmək istədiyimizi de onlara. İstəyirsən məndə gəlim?
-Yox mən özüm danışaram.
-Yaxşı canım. Gözəl xəbərlərini gözləyirəm.
-Hələlik.
Telefonu söndürdükdən sonra özümü ələ alıb aşağı endim. Bacımın gəldiyini görüb heç salam vermədən birbaşa Səmranın qolundan tutub mətbəxə tərəf çəkişdirməyə başladım.
-Bacı danışmalıyıq.
-Əsma, nə olub? Nə baş verir?
-Danışmalıyıq.
Mətbəxə keçdiyimizdə çalışanlara üzümü tutdum.
-Bizə biraz izin verin.
Hərkəs çıxarkən çalan qapını və dəhlizdəki qonaq qarşılama səslərini önəmsəmədən Səmranın əllərindən tutdum.
-Bacı mən başqasını sevirəm, evlənmək istəmirəm. Xaiş edirəm mənə kömək et.
Səmra yuvalarından çıxacaqmış kimi irilənən gözlərini üzümdə gəzdirdi.
-Əsma, sən nə dediynin fərqindəsən?
-Bacı nə olar kömək et.
Səmranın heç dinmədən baxdığını görüb davam etdim
-Mən onu çox sevirəm... O, olmadan yaşaya bilmərəm. Mən... Mən evlənmək istəmirəm.... Ölərəm.
Qısıq səslə sərf etdiyim son sözlə Səmra işarət barmağını dodağıma sıxdı.
-Ştt danışma belə sözlər.
-Kömək edəcəksən?
Ümid dolu gözlərimi üzünə zilləməyimlə Səmra məni bağrına basdı.
-Ah gözəlim, ah Əsmam.
Bir müddət elə durduqdan sonra məni özündən aralayıb göz yaşlarımı sildi.
-Başqa kiməsə demisən?
Başımı "yox" mənasında yellədim.
-İçəridədilər.... Nə edəcəyik indi?
Səmrada mənim ki çarəsizcə dilləndi.
-Atama hər şeyi açıqlayacam.
-Ən doğrusu budur.
-Bacı yanımdasan?
Səmra saçlarımı sığallayaraq gülümsədi.
-Əlbəttə yanındayam, qorxma.... Ürəyinə atəş düşübsə mübarizə aparmaq üçün cəsarətli olmalısan... Gedək.
Səmranın əlini bərk sıxaraq qonaq otağına doğru irəlilədik. Masada oturan Turala fikir vermədən valideyinləri ilə görüşüb anamın yanında əyləşdim.
-Əsma, canım tətilin necə keçdi?
-Sağolun, yaxşı keçdi.
Turalın anasının verdiyi sualı başımı qaldırmadan cavabladım. Mahirin xəyalını gözlərimin önünə gətirərk bədənimi əsir alan qorxunu dəf etməyə çalışırdım.
-Əsma, Tural və ailəsi toyun vaxtını təyin etmək üçün burdadırlar. Sən nə düşünürsən?
Atamın zəhimli səsindən sonra baxışlarımı evdəkilərin üzündə gəzdirməyə başladım. Hər kəs mənim cavabımı gözləyirdi, daha doğrusu eşitməyə alışqın olduqları "ata siz necə məsləhət bilirsizsə elə olsun" sözlərini söyləyəcəyimdən əmin bir şəkildə baxırdılar. Baxışlarımı Turala çevirdiyimdə üzündə sırtıq bir gülümsəmə ilə özündən razı baxışları məndə ikrah hissi yaradırdı. Başımı çevirib Səmraya baxdığımda isə onun gözlərini qırparaq məni cəsarətləndirməyə çalışdığını gördüm.
-Əsma.
Atamın səsləməsi ilə dillənməli olduğmu anladım və dilim ilə qurumuş dodaqlarımı yaşlayıb:
-Mən evlənmək istəmirəm. -Baxışlarımı atama yönəldərək səsim titrəmədən qəti fikrimi söylədim. Atam kəskin və iti baxışlarını üzümdə gəzdirərək:
-Nə dedin?-deyə sualını ünvanladı.
Ayağa qalxıb atama tərəf addımladım.
-Mən evlənmək istəmirəm.
Atam da ayağa qalxıb qarşımda dayanaraq çiyinlərimdən tutdu.
-Əsma, sən... Sən nə danışdığını bilirsən?
-Mən başqasını sevirəm ata, evlənmək istəmirəm.
-Etibar!!!
Turalın atası Osman bəyin yüksək səslə çığırması ilə atam tutduğu çiyinlərimi sıxaraq dişlərini qıcadı.
-Sən... Sən nələr danışırsan belə?
-Mən evlənməyəcəm, başqasını sevirəm... Mən evlənməyəcəm, başqasını sevirəm.
Dayanmadan eyni cümləni təkrar edirdim eynən danışmağı təzə öyrənən körpələr kimi.
-Evlənməyəcəm. Başqasını sevirəm. Evlənməyəcəm.
Yanağımda hiss etdiyim istilik ilə susmuş, əlimi yanağıma tutmuşdum. Atamın vurduğu sillə yanaqlarımı yandırıb gözlərimdən yaşların süzülməsinə səbəb oldu. Ancaq mən bütün bunlara baxmayaraq dayanmadan sözlərimi təkrar edirdim.
-Başqasını sevirəm, evlənməyəcəm. Evlənməyəcəm.
-Sus Əsma, əlimdə qalacaqsan sus.
Atamın qışqırması ilə bir iki addım gerilədim. Səmra tez yanıma gələrək qolumdan tutub məni divanda oturtdu. Tutmasaydı çoxdan yıxılmış olacaqdım çünki ayaqda zorla durudum. Çiynimdən tutub məni özünə tərəf çəkməsi ilə ona qısılmağıma şərait yaratdı.
-Bu nə hoqqadı Etibar?
-Osman, deyəsən Əsma həyəcandan belə danşır. Sakitləşməliyik əyləşin.
Atamın Osman bəy qarşısında bu cür qorxaq hallara düşməsini heyrətlə izləyirdim. Bu nə idi belə? Atam onlardan çəkinir?Evdəki hər kəs danışır hərə bir söz deyirdi amma mən dinləmir sadəcə atama baxaraq bunun nə demək olduğunu anlamağa çalışırdım.
-Əsma, 10 gün sonra toydur, əlavə söz eşitmək istəmirəm.
Özümü ələ alıb qəzəbli baxışlarımı atama tuşladım.
-Xeyr ata hər zaman susmuşam amma artıq susmayacam. Bu toy olmayacaq.
-Əsma, sənə sus dedim.
-Niyə? Yoxsa müqavilə şərtlərinə görə toydan imtina edən tərəf təzminatmı ödəyəcək? Ondanmı çəkinirsən ata? Desənə təzminat nə qədərdi? Qiymətimi bilməliyəm elə deyilmi? ATA!!!
Son sözümü vurğulayaraq deməklə içimdəki təəssüf hissini və əsəbi göstərmək istəyirdim.
-Nə müqaviləsi?
Anamın çaşğın ifadə ilə gah mənə gah atama baxması məni üzmüşdü. Onun doğruları bu şəkildə başqalarının yanında öyrənməsini istəməzdim.
-Nə müqaviləsi dedim?!!!
Anamı yüksək səslə bağırmasına diksinib baxışlarımı ona yönəltdim.
-Atam və Osman bəy müqavilə imzalıyıb və şərtlərə əsasən mən onların gəlini olmalıyam.
-Əsma, müqavilə filan məni maraqlandırmır, mən səni sevirəm.
Turalın dilindən tökülən hər kəlimə mədəmi bulandırırdı. Kəntdə olarkən zəng vurub "şirkət hərşeydən önəmlidir" deyən adam indi də eşq elan edirdi. Ayağa qalxıb qarşısında dayandım və gözlərimi qıyaraq dilləndim.
-Demək məni sevirsən amma mən səni sevmirəm. Sənin kimi pulu şöhrəti mənliyindən üstün tutanlarla işim olmaz.
-Hə sənin qatil oğulları ilə işin olur.
-Orası səni heç maraqlandırmaz.
-Kəsin səsinizi!!!
Anamın sərt səsi ilə susub ona tərəf yönəldim. Od püskürən gözlərini Turalın atasına zillədi.
-Osman bəy ailənizi də alın dərhal çıxın evimdən.... Mənim qızım sizin oyuncağınız deyil.
-Türkan!!!
Atamın bağırması ilə anam ona tərəf döndü.
-Sən heç danışma Etibar... Qızımızın gələcəyi ilə necə oynaya bilərsən?
-Bu iş burda bitmədi Etibar!
Osman bəyin işarət barmağını havada yelləyərək atama sərf etdiyi təhditkar cümlədən sonra, atam irəliyə doğru bir neçə addım atdı.
-Osman dinlə... Getməyin... Dayanın.
Lakin onlar dayanmayıb evi tərk etdilər. Mən isə yerimdə donmuş atamın hərəkətlərini izləyirdim. Bu yaşananlara inana bilmirdim... Atamın onlar qarşısında özünü bu dərəcə alçaltdığına inana bilmirdim. Mən bu qədərmi yük olurdum? Bu qədərmi bezmişdi atam məndən? Əlimi ağzıma tutub şok vəziyyətində izləyirdim sadəcə. Atam divana çöküb başını əlləri arasına aldı.
-Hərşey bitti... Məhv oldum...
Eşitdiklərimi tam dərk edə bilmirdim.
-Etibar sən danışırsan belə? Əsma bizim qızımızdı, sən onu iş həyatında mərtəbə kimi görürdün?
-Heç nə bildiyin kimi deyil Türkan... Əsma, qızım ağlını başına yığ.
Atamın sadəcə " Heç nə bildiyin kimi deyil" sözündə ilişib qalmışdım.
-Nə bildiyimiz kimi deyil?
Dayana bilməyib sualımı ünvanlamışdım.
-Bax qızım ağlını başına yığ.
-Ata nə bildiyimiz kimi deyil?!!!
-Səmra heç olmasa sən böyüksən Əsmaya kömək ol doğru qərarı verirsin.
Atam mənim sualımı eşitməməzlikdən gəlib Səmraya fikirlərini çatdırdı.
-Bu məsələdə mən Əsmanın yanındayam. Onu zorla sevmədiyi biri ilə evləndirməyinə dəstək olmağımı gözləmə.
Atam Səmranın sözlərindən sonra əlini saçlarına aparıb dişlərini qıcadı.
-Niyə heç kim məni başa düşmür.
Onun çırpınışlarını heç cürə anlaya bilmirdim.
-Etibar nə gizlədirsən?
Anam da çaşqınlığını gizlədə bilmirdi.
-Heç nə.
-Ata artıq həqiqətləri danışmağın vaxtı gəlmədimi?
Atam bir qədər düşünüb gözlərini döşəməyə zilləyərək dilləndi.
-Mən 2 il əvvəl bir səhv etdim və Osmanın əlində dəlillər var. Bununla mənə şantaj edir. Neçə dəfə onu iflasdan qurtardım amma yetmir!!! Bu evlilik olsa kömək əlimin daima üstündə olacağını bildiyi üçün müqavilə imzalatdı.... Mən razılaşdım çünki Əsma ilə Turalın bir birini sevdiyini düşünürdüm... Əgər o dəlillər ortaya çıxsa mən məhv olaram. İş dünyasında bir heç olaram.
-Nə etdin?
Vermək istədiyimiz sualı anam vermişdi.
-Mən.... Gənc qızla...
Atam cümləsini tamamlaya bilməyib susmuşdu və evə dərin bir səssizlik çökmüşdü. Deyəsən fırtına öncəsi səssizlik idi ya da fırtına elə bu idi...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri