Susqunluğum (17-ci bölüm FİNAL)

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 5 444
Səs ver:
(səs: 1)
Göy üzündə ulduz ulduzu çağırırdı və hər ulduz çox parlaq idi. Uşaqlığımda yüksək bir yerə çıxarsam tuta biləcəyimi düşünürdüm.
-Qıvırcıq, üzümə baxmayacaqsan?
Qonaqlar içəri keçdikdən sonra biz Mahirin danışmaq istəməsi ilə həyət enmişdik. Baxışlarımı göy üzündən ayırıb ona zillədim. Arıqladığı üçün almacıq sümükləri qabarmış, göz altları qaralmışdı amma yenə də çox yaraşıqlı idi. Gülümsəməyim qarşısında o, da təbəssümünü üzünə yerləşdirdi. Başımı çiyninə yasladım....
-Səncə insanın ən çox nəyə ehtyacı olur?
-İnsanları bilmirəm amma mənim sənə ehtyacım var.
-Sevgimi, eşqmi?
-Hər ikisi.
-Qarpız meyvədi yoxsa tərəvəz?
Qollarını ilə məni özün daha da sıxıb gülüşünü ətrafa yaydı.
-Qıvırcığım, bir bilsən necə çətin idi sənsizlik.
-Elə sənsizlikdə.
-Bağışla məni Əsma, bunları sənə yaşatmaq istəməzdim bağışla.
Qısıq səslə dediyi söz başı çıynindən ayırıb işarət barmağımı dodağına sıxmağıma səbəb oldu.
-Əsas sən məni bağışla Mahir. Niyə belə etdiyini indi başa düşürəm, sadəcə məni düşünmüş olmanı indi görürəm. Sən bağışla ki, sənə qarşı anlayışsız oldum. Bunları niyə etdiyini görə bilmədim.
Mahir dodaqlarını alnıma sıxarkən dayana bilməyib qucaqladım.
-Səni sevirəm Əsma.
-Səni sevirəm Mahir.
İçəri keçib Məlahət xalanın yanında oturdum.
-Xala sizi gördüyümə o qədər sevindim ki.
-Məndə çox sevindim Əsma. Sən kəndə gəldiyin andan sənə çox qanım qaynamışdı. Sizin aranızda bir şeylər olduğunu biləndə inan mənə çox sevindim hələ Mahir bu sabah kəndə gəlib elçilik üçün mənidə gətirdiyində inan sevincimdən uçmaq istədim.
-Nə kəndi?
Atamla anamın çaşğın ifadələrini görüncə yalanımı xatırlayıb dodağımı dişlədim.
-Mən sizə yalan dedim.
-Nə yalanı?
-Mən xaricə getmədim. Quba rayonunda bir kəntdə idim.
-Yəni sən bizə yalanlar danışıb arxamızdan iş çevirdin?
Anamın sözlərinə çox utanmışdım.
-Türkan xanım,- Mahirin bacısı Mahirə xanım asta səslə dilləndi -Əsmanın o kəndə getmiş olması inanın mənə Allahın möcüzəsidi. Mən uzun illər çox çətinliklər yaşamışam bütün bunları aşmağıma səbəb Əsma olub. O kəndə getməmiş olsa bəlkə də uzun illər görmədiyim qardaşıma qovuşmuş olmayacaqdım. Qızınızla nə qədər qürur duysanız azdı.
Atam duruşunu dikləşdirib fəxrlə məni süzdü. Onun bu baxışı məni inanılmaz çox sevindirmişdi. O axşam mən çox xoşbəxt idim. Sevdiyimə qovuşurdum.... Daha ötəsi varmı....
Mahirin ana qohumları məni Allahın əmri ilə atamdan istəmişdi. Atamın "hə" cavabını verərkən ki, üz ifadəsini, anamın sevincini görərkən Mahirin niyyətini bir daha anlamışdım. Mən ona aşiq idim indi isə heyran olmuşdum. Onun düşüncəsinə heyran olmuşdum. O gün üzüklərimiz taxılmış və biz nişanlı cütlük elan olunmuşduq. Mahirin üzündən təbəssüm əksik olmurdu elə mənimdə. Səmra mənə yaxınlaşıb qulağıma əyilərək pçıltıyla dilləndi.
-Əsma, haqlı imişsən. Yeznəmiz çox yaraşıqlı imiş, gülərkən daha yaraşıqlı olur. Bağışla gözəlim, onun pərişan halını görüncə səni qınadım. Sənə elə sözlər deyib incitdim.
-Bacı.... Səndən incimək olar?
Bacıma sarılıb üzündən öpdüm.
-İcazənizlə, nişanlımı ala bilərəm?
Mahirin Səmraya müraciəti hər ikimizi güldürmüşdü.
-Artıq o, sənindir yeznə..... Bu arada unutmadan rəsmiyyəti qaldıraq.
Bacım mənə göz vurub bizdən uzaqlaşdı.
-Bir yolunu tap çıxaq burdan.
Onun sözlərinə az qalırdı gözlərim yuvalarından çıxsın.
-Dəli olmusan? Necə çıxaq?
-Səni qucaqlamaq öpmək istəyirəm, burda edə bilmirəm. Ya bir yol tap çıxaq ya da burda öpəcəm.
Bu adam dəqiq dəli olmuşdu. Qaşlarımı düyünlədiyimdə gülümsədi.
-Qıvırcıq, 3 saniyən var.
-Sənə boşuna kəndin dəlisi demirdim. İndi də şəhərin dəlisi.
-2...
İti addımlara anamın yanına qaçıb sakit səslə pıçıldadım.
-Ana olar Mahirlə həyətə çıxım? Danışmalı olduğumuz məsələlər var.
-Qonaqlardan ayıbdır Əsma. Həm bayaq danışdız.
-Vaxibdir 5 dəqiqə.
-Yaxşı.
Arxaya dönüb Mahirə göz vurduqdan sonra həyətə çıxdım. Arxam evə donük olsada ətrindən mənə yaxınlaşdığını bildim. Qollarını belimə doladığı zaman başımı sinəsinə yaslayıb gözlərimi yumdum.
-Bir bilsən nə çox darıxdım?
Mahir səssizliyi pozub özləmini dilə gətirdi.
-Deməli çox darıxdınız Mahir bəy?
Biranda məni özünə tərəf döndürüb dodaqlarıma yapışdı....
Gecənin sonunda atam iş otağında telefonla danışırdı, biz isə gecəni müzakirə edirdik. Elə bu an atam üz gözünü turşutmuş halda salona daxil oldu.
-Ata nə olub?
-Osman tutulub.
Hər kəs şok vəziyyətində bir birinə baxırdı.
-Osman bir çox iş adamlarına şantaj edirdi. Rüşvət, şantaj hərcür günahı vardı və sonunda yaxayı ələ verib. Nəticə etbarı ilə artıq çıxmağı mümkün deyil....
1 il sonra.
İstefa vərəqini atamın masasına qoydum.
-Demək qərarlısan?
-Bəli.
Atam imzaladıqdan sonra diqqətlə məni süzdü.
-Xoşbəxt olduğunu gördükcə, bunu əlindən almağa çalışdığım günlər ağlıma gəlir. Bu utancımı və peşmanlığımı qat qat artırır.
-Ata....
-İzin ver davam edim.... Bəzən, daha doğrusu Mahirə baxınca düşünürəm ki, nə yaxşı məni yola gətirdi. Mən dinləməsəmdə tam 1 ay arxamca gəlib mənimlə danışmağa, sənə olan sevgisini mənə bildirməyə çalışdı. Bunu bacardı da həm sözləri ilə həm hərəkətləri ilə səni həqiqətən sevdiyini mənə başa saldı yoxsa səni bu qədər xoşbəxt görməyəcəkdim. Mahir çox mərd oğlandı, bunu hər gün daha yaxşı başa düşürəm.
Heçnə demədən atama sarıldım.
1 il ötmüşdü.... Toyumuz olmuşdu və mənim qısqanc ərim işləməyimi istəmirdi. İstefamı verib evimin xanımı olacaqdım. Şirkətdən çıxdığım zaman Mahir binanın hasarına söykənib məni gözləyirdi. Yenə çox yaraşıqlı idi.... Kastyum ona çox yaraşırdı. Məni gördüyündə məşhur təbəssümünü üzünə yerləşdirdi. Bu an dayana bilməyib ayağımı qaldıraraq xüsusi poz verməyim hər ikimizin qəh qəhə ilə gülməsinə səbəb oldu. Yaxınlaşıb qollarımı boynuna doladım.
-Qıvırcıq, sənə sürprizim var.
-Nə sürprizi?
-1 həftəlik səyahət.
-Hara?
-Səbr et.... İndi bacımgilə getməliyik amma əvvəlcə Qəmzə xanımın istədiklərin almalıyıq gedək.
Deyə gülə maşına minib alış veriş mərkəzinə doğru yol aldıq. Mağazaları gəzərkən gördüyümüz tanış üzlə hər ikimiz dayandıq. Tural və Leyli.... Leylinin günahkar baxışlarını üzərimdə hiss etdikcə Mahirin əlini sıxırdım.
-Əsma, məni bağışla. Mahir sən də bağışla.
Tural aradakı səssizliyi pozub sözə başladı.
-Atamın ona etdiklərinə rəğmən Etibar əmi əlini mənim üzərimdən çəkmədi, onun sayəsində yenidən iş dünyasındayam..... Sizə yaşaddıqlarım üçün çox peşmanam. İkinizdə məni bağışlayın çünki mən səhvimi anladım və sevdyim qadınla evlənirəm.
Buna çox sevinmişdim.... Sevinmişdik. Bu gözəl xəbərdən sonra xəfifcə gülümsədim.
-Doğru yolu tapdığına inan ki çox sevindim. Səni həqiqətən sevən insan Leylidi. Xoşbəxt olun.
-Çox sağol Əsma.... Sənə dediklərim üçün bağışla...
Leylinin üzgün halda dediklərindən sonra xəfifcə çiyninə toxunub gülümsədim.
-Başa düşürəm səni.
-Xoşbəxt olun.
Mahir də xoşbəxlik dilədikdən sonra mağazadan ayrıldıq.
Mahirin sürprizi bilirsiz nə idi? O kəntdən ev almışdı.... Sevgimizin başladığı kəntdən.... Havalar soyuq olsada 1 həftə orda qaldıq və hər gün "Baba ağacın" yanına gedirdik çünki orda ƏSMAHİR yazısı vardı. Bu gün qayıdırdıq və mən yenə ağacın altındaydım. Tək oturub yaşadıqlarımızı düşünürdüm.
-Qıvırcıq.
Mahirin səsinə başımı qaldırdım.
-Eşidirəm kəndin dəlisi.
-Nə düşünürsən belə?
Mahir yanıma oturub qolunu boynuma doladı.
-Nə çox şey yaşadıq amma sevgimiz qalib gəldi.
-Əlbəttə qıvırcığım çünki mən səni çox sevirəm və sevgim hər gün daha da artır.
-Məndə səni çox sevirəm.
-Yaxşı.... Qalx gedək, gecikirik qıvırcıq xanım.
-Gedək kəndin dəlisi....
Sizə, bir daha dünyaya gəlsəniz eyni həyatı təkrar yaşayacağınızı desələr, qəbul edərdiniz? Mən edərdim çünki bu həyatda mən Mahiri qazandım. Sevdim sevildim. Həmdə sonsuz......
SON.

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri