İftira (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 6 193
Səs ver:
(səs: 1)
Ps: Dostluqmu yoxsa "dost" kəlməsi altında gizlənən sirli kimsə... Ürəyinə yaxın bildiyin ən doğma dostlar tərəfindən yıxılmadıqmı?! Azmı oldu, gözlərimizə baxıb "dostunam" deyən, gözlərimizdən uzaqda könlümüzü yaxan biriləri...

I bölüm:

Ceyla və Ayla həm uşaqlıq dostu, həmdə ən yaxın qonşu idilər. Bütün sevinclərini, dərdlərini həmişə bir bölərdilər. Onlar üçün bu dostluq hər şeydən mühüm idi. Əsasda Ceyla üçün, Ayla bacıdan belə artıq idi. O, Aylanı özünə kiçik bacısı bilər, özündən belə onu çox sevərdi.
Ceylanın süd kimi ağ siması, iri-qara gözləri vardı. Çəkici gözəlliyi, sərvi boyu olan, məsum və sakit təbiətli, xanımxatın bir qızdi. Evin tək övladı, rəhmətə gedən şəhid qardaşı Cəmildən sonra, anası və atasının bircəciyi idi.
Ayla isə Ceylanın təm əksi idi sanki. Qarabəniz, bəstə boylu, çılğın, məzəli və şıltaq olmağı ilə Ceyladan seçilərdi. Xeyr, Ayla kifir deyildi, sadəcə Ceylanın fərqli gözəlliyi onu kölgədə qoyardı. Ceyla imkanlı ailənin qızı olsada, heç vaxt özünü Ayladan yüksək sanmazdı. Amma gəl ki, Ayla böyüdükcə Ceylanı qısqanmağa başlayar, xoşbəxtliyini gözü götürməzdi. Günü gündən ən yaxın rəfiqəsi Ceylaya sanki nifrət etməyə başlayardı. Bu nifrətin səbəbi Ceylanın daha çox diqqət mərkəzində olması, sevilməsi idi. Ürəyində alışan paxıllıq, qibtə, həsəd hissiylə heç cürə bacara bilmirdi. O, özüylə bacara bilmirdi. Ayla yeganə qardaşı Nurlandan sonra, evin həm sonbeşiyi həmdə yeganə qiz övladı sayılardı. Atasını qəzada itirəndən sonra, bu bacı qardaşlar 10 yaşından anası və nənəsinin himayəsi altinda böyümüşdülər.
Aylanın qardaşı Nurlan isə, elə uşaqlıqdan Ceylanın gizli aşiqi idi. Bir sözlə...O, gözlərini açandan Ceylaya məftun olmuşdu. Ceyla bundan bixəbər olsada, onu ən yaxın rəfiqəsi Aylanın qardaşı kimi, həmdə bir qonşu oğlu kimi xətrini çox istəyərdi.
Xeyr, Ceylanın ürəyi boş deyildi. O, yenicə həyatına daxil olan Akif adlı bir oğlanla gizli sevgi yaşayırdı. İlk dəfə idi ki, həyatında kimisə bu cür sevirdi. Onu xoşbəxt edən yaganə sevgi idi bu sevgi. Həyatının ilk və saf sevgisi Akif...
Akif, olduqca ciddi və karizmatiq bir oğlandı. Ceylaya ilk baxışdan aşiq olmuş və öz xoş rəftarıyla Ceylanı da, özünə aşiq etməyi bacarırdı.

Akif: Ceyla, bir azda qal. Sənsiz çox darıxıram
Ceyla: Yox, getməliyəm Akif, bu düzgün deyil. Anam, atam elə bilir ki, mən dərsdəyəm. Amma, bilsələr ki...
Akif: Hə, qoy bilsinlər, qoy hamı bilsin Ceyla, mən daha sənsiz yaşaya bilmirəm. Get ananla danış, məndə danışım. Bu işi bir dəfəlik yoluna qoyaq!
Ceyla: Necə ki?
Akif: Evlənək! Evlən mənimlə Ceyla! Evlərsən mənimlə?
Ceylanın dodaqlarına qonan ani təbəssüm ona hər şeyi deyirdi. Onu necə sevdiyini, onun olmaq istəyini, onsuz yaşaya bilmədiyini...
Ceyla, bi ixtiyar Akifin boynuna sarılır. Eşq ilə çırpınan ürəyi dünyanı belə titrədə bilərdi. Sevinc göz yaşları damla-damla yanaqlarını isladardı.
Ceyla: Evlənərəm! Evlənərəm! Yetər ki, sən həmişə mənimlə ol, mənim nəfəsim!
Akif: Axx...Mənim gözəl Ceylam! Həyatımın qadını olmağa razılıq verdiyin üçün çox sağol. Söz verirəm, səni daim xoşbəxt edəcəm. Heç vaxt, heç vaxt səni üzməyəcəm. Yetər ki, menim ol!
Akif, Ceylanın alnından öpüb, bir daha gözlərinə baxır: Get hazırlaş. İnşallah, sabah sizdəyik.

Ceylanın xoşbəxtliyi yerə-göyə sığmırdı. Bu sevincini həmişəki kimi ən birinci rəfiqəsi Ayla ilə bölüşməliydi. O qədər xoşbəxt idi ki, sözlə ifadə edilə bilməyəcək qədər...
Ceyla, qapılarına çatar-çatmaz, arxadan gələn səsə boylanır:
- Necəsən qonşu qızı?
- Nurlan sənsən?
- Başqa kim olmalıdır ki?
- Heç...
Nurlan addım-addım ona yaxınlaşaraq, sözünə davam edir: Necəsən gözəl Ceyla?
- Çox sağol Nurlan, mən yaxşıyam. Sən necəsən?
- Səni gördüm daha yaxşı oldum Ceyla...
- He...lap yaxşı. Ayla evdədi?
- Mənlə danışmaq istəmirsən bəyəm?
- Yox...elə demək istəmədim...
- Amma, sözündən elə çıxdı
- Off! Nurlan! Yaxşıda... Ayla lazımdı, ona de ki, gəlsin bizə. Vacib sözüm var!
- O niyə gəlir, elə sən gəldə... Evdə heç kim yoxdu, Aylada təkdi...
- Doğrudan?
- Doğrudan!
Ceyla sevincək: He, bu yaxşı oldu. Gedim bacıma dəyim, bu gündə dərsə gəlməyib dəli qız...
Nurlan, Ceylanın əllərinə toxunmaq istəyirdi ki, Ceyla təəcüblə dönüb Nurlana tərs-tərs baxır: Nə olub sənə Nurlan? Sən neyləmək istəyirsən?
Nurlan, yerindəcə keyiyib qalmışdı. Elə bil birdən-birə dilini udur və bir kəlmə belə deməyib, Ceyladan aralanıb, çıxıb gedir.
Sadəlöfh qız, hələdə heçnə başa düşmürdü. Nurlanın onu necə sevdiyini, onun üçün dəli-divanə olduğunu. Etdiyi jestlərdən belə heçnə anlamırdı, belkə də, anlamaq istəmirdi...
Ceyla, qapını döyüb Aylanı səsləyir. Ayla dərhal pəncərədən boylanır, rəfiqəsini görcək "Ceyla!" deyərək, sevincək qışqırır.
- Ceyla! Ceyla! Ayy...nə yaxşı gəldin. Gəl, gəl içəri. Təklikdən dəli olmuşam burda...
- Ay dəli, gəl qapını açda. Belə necə gəlim? Qapı bağlıdı axı...
- Aydaa... Heç gör ağlıma gəlir ))
Ayla, tez aşağı enərək qapını açır. Bir-birlərinə sarılaraq, öpüşüb qucaqlaşırlar. Ceyla, Aylanın uşaq xasiyyətinə görə elə uşaqlıqdan Aylaya "dəli qız" deyə xitab eyləyərdi.
Ceyla- Deli qız, haralardasan? Niyə dərsə gəlmirsən? Bir həftədi məktəbdə görmürəm səni...
Ayla- Həə, oxuyub alim olacam axi. Neynirəm ay qiz məktəbi? Bir ilim qalıb, bunuda oxuyum, canımı qurtarım məktəbdən, kitablardan...
Ceyla- Deyirəm, qəribə adasan Ayla. Qız olasan, amma bir qram oxumağa həvəsin olmaya. De görüm neynirsən bəs bütün günü bu dörd divar arasında?
Ayla Ceylaya yaxınlaşaraq, astaca qulağına pıçıldayır - Sən heç bildin ki, Nermin öldü? Bir həftədi gözümün suyu qurumur. Yazıq Mehmet ...
Ceyla, sual və həyəcan dolu baxışlarını Aylaya zilləyərək, təəcüblə dillənir: Kim öldü?! Nermin kimdi?! Mehmet kimdi Ayla?!
Ayla- Az...bu türk seryalını deyirəmdə...Acı heyat... Baxmırsan bəs seriyallara?
Ceyla gülərək, başını yelləyir: Heç dəyişmədində sən Ayla. Üreyim düşdüşdü az qala, dedim gören kim ölüb )) Heç seriyal hayındayam?
Ayla- Hmm? Bəs sən nə hayındasan? Olmaya yenə gizli aşiqin peyda olub?
Ceyla- Ayla, sənə şad xəbərim var. Yadına gəlir, sənə Akif adında bir oglanı göstərmişdim haa, tez-tez məktəbimizin qabağına gələrdi e...
- Hə... Yaşıl nivası olan oğlan, o yaraşıqlı?...
- He...Hə... Sonradan bildim ki, onunda məndən xoşu gəlirmiş. Mənə sevgisini etiraf etdi. Biz bir-birimizi bu az vaxtda çox sevdik...
Aylanın, gülər üzü bir anda dəyişir, olduqca ciddi bir sima alır: Amma mən bunu indi bilirəm, hə?! Bir rəfiqən kimi, sevgili olduğunuzu məndən gizlədin...
Ceyla: Yox, gizləmədim. Nə vaxtsa sənə danışmaq istəyirdim, sadəcə imkan tapmadım danışmağa. Ay dəli qız, nə fərqi var axı? Gecdə olsa danışıramda, qulaq as...
Ayla ağzını büzərək, gözlərini süzüb, kinayə ilə dillənir: Danış...danış...
Ceyla, yenidən sözünə davam edərək- Çox xoşbəxtəm Ayla, o, sabah bizə elçi gəlir- deyib, sevinc içində Aylanın boynuna sarılır. Ayla: Nə?! Elçi gəlir?!...
Ceyla: Hə! Hə! İnanmazsan necə xoşbəxtəm Ayla... Kaş biləydin necə bir hisdir, sevdiyin insana qovuşmaq. Buyur, indi məni təbrik edə bilərsən...
Ayla halbahal olmuşdu. Udqunaraq, Ceylaya baxıb susurdu...
Ceyla: Nə oldu sənə ay dəli, özünə gəl. Bilirəm ki, səndə sevincindən mən kimi birtəhər olmusan...
Ayla: Hə... Sevincimdən heç bilmədim nə deyim. Təbrik edirəm səni Ceyla, xoşbəxt ol!
Ceyla: Çox sağol bacı. Gəl sağ əlimi qoyum sənin başına, səndə sevdiyin insana qovuşasan inşallah!
Ceyla sağ əlini Aylanın başına qoymaq istəyəndə, Ayla Ceylanın əlini tutub saxlayır: Lazım deyil Ceyla! Mən onsuzda heç vaxt sevdiyim insana qovuşmayacam!
Ceyla: Bu nə sözdür ay dəli?! Niyə qovuşmursanki? Nə olub ki, məgər sənə?
Ayla Ceylaya baxaraq, dərin bir köks ötürüb deyir: Mən sənin kimi gözəl deyiləm Ceyla. Heç vaxtda səni sevən kimi, məni sevməyəcəklər. Boşuna ümüd etmək gərəksizdi.
Ceyla- Məgər gözəllər sevilir ki, ancaq? Səhv düşüncən var Ayla, hər kişi qadını gözəlliyinə görə sevmir. Kimisi qadının ağlına vurulur, kimisi sənin kimi uşaq xasiyyətli qadınlara vurulur, kimisidə sadəliyinə, namusuna... Sadəcə surət gözəlliyinə aşiq olmurlar ki... İçin gözəl olsun yetər. Bələ ki, sən məndəndə gözəlsən Ayla. Heç vaxt özünü kimdənsə eybəcər bilmə...
Ayla gülümsəyərək yenidən Ceylaya sarılır: Bağışla məni Ceyla. Dəliyəmdə neynim, məndən ağıllı sözlər gözləyirsən hələdə...
Hər iki rəfiqə bir-birinə sarılaraq qəhqəhəylə gülüşürlər. Beləcə danışıb-dərdləşib, gülə-gülə bir-birindən ayrılırlar.
Ceyla, evlərinə gələrək, bu şad xəbəri anasına da deyir. Beləliklə, Ceylanın valideynləri sevincək sabahkı elçiliyə hazırlaşırdılar.

Ayla isə, heç cürə özünü toparlaya bilmirdi. İçində baş qaldıran o paxıllıq hissini heç cürə məhv edə bilmirdi. "Yox! Yox! O, məndən tez ərə getməyəcək, həmdə elə bir imkanlı, qəşəng oğlana heç vaxt gedə bilməz! Mən nəsə etməliyəm..." deyib, ala qaranlıqda qalxıb, Ceyla gilə gəlir, Ceylanı səsləyir. Ceyla Aylanı görcək, tez qapıya yaxınlaşır, təlaş və qorxu içində soruşur: Nəsə olub Ayla?! Gecə vaxtı burda neynirsən?
Ayla: Hə olub...Anam çox narahatdı Ceyla, qardaşım hələdə evə gəlməyib. Mənimdə konturum yoxdu ki, qardaşıma zəng edim. Beş dəqiqəlik telefonunu ver, qardaşımla danışım, qaytarıram, olarmı?
Ceyla: Əlbətdə olar... Gözlə gətirirəm...
Ceyla, cəld yuxarı qalxaraq telefonunu gətirib Aylaya uzadır. Ayla, telefonu alaraq dərhal bir kənara çəkilib, gizlicə Akifin telefon nömrəsini oradan götürür və yenidən Ceylaya yaxınlaşaraq:
- Çox sağol Ceyla. Nurlanla danışdım, ürəyim sakitləşdi. Çox sağol...
- Dəyməz ay dəlim. Şükür Allaha, əsas odur ki, salamatçılıqdı. İndi get evə, yoxsa anan yenə narahat olar...
- Hə, düz deyirsən. Anam nigaran qalacaq. Mən gedim daha. Sağol Ceyla
- Sağol Ayla...Sağol...

Beləliklə, Ayla öz çirkin niyyətini həyata keçirməkdə davam edirdi. Gizli nömrəylə Akifə zəng edərək deyir: Ceyla haqqında sizə elə sözlərim var ki, danışsam tükləriniz biz-biz durar. Əgər Ceyla haqqında nəsə bilmək istəyirsizsə, səhər dediyim ünvana gəlin.
Akif: Kimsiz ay xanım bilmirəm. Ceylanı mənə tanıtmağa ehtiyac yoxdur. Mən onu özüm kimi tanıyıram!
- Bəs bilirsiz ki, onun sizdən öncə tanıdığı kimsə olub?
- Xeyr, olmayıb! Ceylanın həyatında məndən başqa heç kim olmayıb və olmayacaqda!
Akif, əsəbləşərək qəzəblə telefonu Aylanın üzünə söndürür. Amma ki, nə fayda, şübhə toxumları səpilmişdı artıq Akifin ürəyinə. "Yox! Bu ola bilməz! Mənim Ceylam heç vaxt məni aldada bilməz!" deyib, yerindən qalxır. Narahat halda o baş bu başa gedib gəlirdi. Qısqanclıq içini yeyib dağıdırdı. Ayla yenidən Akifə zəng edir. Akif telefonu açmaq istəməsədə belə, içini yeyən bu qorxulu şübhələrdən necəsə qurtulmalıydı. Dözməyib yenidən telefona cavab verir:
- Eşidirəm!
- Mənə cavab verin. Ceyla haqqında her şeyi bilmək istəyirsiz ya yox?!
- Sizə inanmıram. Mənim Ceylam təmizdi, heç kim onu ləkələyə bilməz!
- Bəs, sübut etsəm necə?!
- Necə sübut edəcəksiz?!
- Səhər saat 8 də sizi gözləyəcəm, Nerimanov parkında görüşərik. Mən sizə sübut edəcəm ki, sənin Ceylan sənin düşündüyün qədər saf deyil!

Yazar: Şəms Hacızadə
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri