Cənnətin ətri (13-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 866
Səs ver:
(səs: 0)
Dəniz mövsümü qapanmaq üzrə ikən istirahət günləri bitmişdi artıq. Dalğalara dalıb gözdən itən üzgüçülər, qumsalda uzanıb özünü günə verən çıl- paqlar az-az gözə dəyirdi. Sonuna bir neçə gün qal- masına rəğmən yay fəsli son saatlarını odlu-alovlu yaşayaraq insanları qısaqol köynəkdə, nazik, yün- gül geyimdə belə tərləməyə məhkum edirdi. Sakitcə,təmkinlə yayın can verməsini gözləyən, həyatı sol- durmaq məqsədi ilə doğulmuş bədbin payız can üstə olan güclü yayla qarşılaşmaqdan çəkindiyi üçün or- taya çıxıb nə külək qopara bilirdi, nə də yağış yağdı- ra. Gecə ilə gündüzün bərabərliyinə bir həftə qalan, təbiətin qorxu içində olduğu bu vaxtlarda hər il ol- duğu kimi universitet qapıları tələbələrin üzünə açıl- mışdı. Nərmin şəhərə gəlib sonuncu kurs üzrə oxu- yur, universiteti bitirməyə, diplom almağa hazırla- şırdı. Mən də gecədən səhərədək pubda öz işlərimlə məşğul olaraq pul qazanmağa çalışırdım. Arada tele- fonla Nərminlə danışır, bəzən Raufla görüşür, bəzən də Nərmini görməyə tələbə yoldaşları ilə birgə yaşa- dığı kirayə evə gedirdim.
Aytən və Günəş adlı qızlarla birlikdə kirayələdikləri iki otaqlı mənzil universitetindən iki dayanacaq yuxa- rıda, çoxmərtəbəli binalardan birində idi. Qonaq kimi nişanlımı görməyə getdiyim bu mənzildəkilərin Nərmin də daxil üçünün də tələbə olduğundan hər dəfə onlara əli dolu gedir, meyvədən, şirniyyatdan alıb aparırdım. Tələbələrdən Günəş adlı qız susqun, sakit bir qız idi, danışıb deyib-gülən biri deyildi. Onunla danışanda sözü ağzından maqqaşla çəkib çıxarmaq lazım gəlirdi. Qaşları çatma, gözləri qıyıq, siması solğun olduğundan təbii olaraq həmişə qaşqa-baqlı görünürdü. Aytənsə iri gözləri, dümdüz qaşları, kiçik burnu və balaca dodaqları ilə sevimli görünüşü olan mehriban, istiqanlı bir qız idi. Onlara getdiyimdə gülər üzlə önümə çıxar, yeznə deyərək xitab edərdi. Həmişə də gülməli mövzu tapar, söhbət edər, üzümü güldürərdi. Onunla söhbət etmək mənim üçün çox xoş olurdu. Aytənlə səmimi dostluq münasibəti qur- duğum üçün bəzən nişanlım narahatlıq keçirərək onu mənə qısqanardı. Mənimsə heç zaman Aytənə qarşı ağlımın ucundan başqa fikir keçməzdi. Bəzən olurdu ki, bazar günləri şəhərə çıxdığımızda Aytən də bizlə birlikdə gələrdi. Gəlməmişdən öncə narahat edib- etməyəcəyini soruşar, sonra gələrdi. Sadəcə mehri- ban və səmimi olduğuna görə onun bizimlə birlikdə gəlməsini xoş qarşılayırdım. Bir dəfəsində Aytən mənə:
– Yeznə, daha toyu eləyin, gəlib yeyim, içim, dava salım, – deyərək zarafat etmişdi. Onun zarafatına ca- vab olaraq:
– Nərmin universiteti qurtarsın, toyu edəcəyik, onda gəlib dava salarsan, – deyib ürəkdən gülmüş- düm.
Bir dəfəsində ona görə mübahisəm düşmüşdü. Bu hadisə Nərminin ad gününə maraqlı hədiyyə seçmək məqsədi ilə Aytənlə birlikdə şəhərə çıxdığımız zaman baş vermişdi. Neftçilər metrosundan çıxıb dükanlara sarı gedərkən iki oğlan yanımızdan keçdiyində onlar- dan biri digərinə:
– Gör nə bomba qızla fırlanır, – dedi. Mən Aytənə:
– Sən get, indicə gəlirəm, – deyib geri dönərək həmin sözü deyən oğlanın önünü kəsdim. Yumru- ğumu sıxıb gözlərimi bərəldərək corabsız ayaqlarına zamşa tufli geyinmiş, başında qara kepka, əynində qara şalvar, qara köynək olan, arıq oğlana əsəblə:
– Nə danışırsan, çurban çaqqal, dilin ağzına çoxluq edir, ya düz yolunla gedə bilmirsən? – bağırdım.
Qurumuş öncə qorxudan söz deyə bilməyib udqu- naraq yazıq-yazıq üzümə baxdı. Yanındakı boynuna gümüşü zəncir, qoluna enli qızılı bilərzik taxmış bala- ca boy, gonbul oğlan aramıza girib:
– Yaxşı, qaqa, mən onun adından üzr istəyirəm, ba- ğışla, – dedikdən sonra isə qorxudan udqunan quru- muş vəhşi şirə döndü. Gonbulu kənara çəkirmiş kimi boynunu qaldırıb əlini uzadaraq mənə:
– Nə deyirsən e, sən? Yaxşı eləyirəm, sözün var? Hələ bunun köynəyindəki yazıya bax: “Mənim düşün- cəm, mənim baxışlarım, mənim dünyam”, sənin dün- yanı xaraba qoyaram düşüncən dəyişər, bildin, ə, – dedi.

Onun dediyindən utanmaq əvəzinə ikinci hərəkəti, abırsızlığı sanki mənə od vurdu. Özümü itirərək qey- ri-ixtiyari sol əlimin arxası ilə gonbula itələtmə vu- rub sağ əlimlə qurumuşun sol tərəfindən çənəsinə möhkəm bir yumruq ilişdirdim. Qurumuş zərbənin təsirindən sağ üstə birbaşa yerə sərəli qaldı. Toxtamaq bilməyib ani hərəkətlə gonbulun da burnunun üstə yumruq ilişdirib söyərək Aytənin arxasınca qaçdım. Ətrafda polislərin çox olduğunu bildiyimdən tələsik onu da götürüb taksiyə əyləşərək “Xalqlar”a getdim. Aytən həmin günü o minnətdarlıq, təşəkkür qalmadı ki, deməsin mənə. Həmin günü Aytən:
– Bezmişik belələrinin əlindən, şəhərə çıxa bilmi- rik, yaxşı payların verdin. Heç elə bil onların anaları- bacıları yoxdu, – dediyində Fəvvarələr bağında yaxın- laşdığım qızları düşünərək xəcalət çəkib:
– Mən yaxınlaşıb, narahat edib-etmədiyimi soruşu- ram, “narahat edirsən” deyəndə uzaqlaşıram, – fikri ilə özümə təskinlik verdim.
Nərminin yaş gününəsə sıradan bir hədiyyə alıb geri qayıtdıq. Yaş günü olduqca maraqlı keçmişdi. Onların yaşadığı kirayə evə bir sürü qız, iki nəfər də oğlan tələbə gəlmişdi. Oğlanlardan biri cilvəli Fi- ruz, digəri isə Əli adlı sakit oğlan idi. Demək olar ki, məndən savayı kişi yox idi. Tələbə qızlardan ikisi içki içib siqaret çəkirdi. Mən də məclisdə onlarla içki içir, siqaret çəkir, vaxtımı keçirirdim. İçki içdiyim qızlar- dan biri Əliyə:
– Bəs sən niyə içmirsən? Axı səni içən görmüşəm, – dediyində, Əli:
– Özümü yaxşı hiss etmirəm, siz kefinizə baxın, – demişdi.
Həmin günü özünü yaxşı hiss etməyən sakit oğ- landan savayı hamının kefi yaxşı idi. Özünü ən yaxşı hiss edənsə Nərmin idi. Çünki ona çoxlu hədiyyələr gəlmişdi. Kimi gül buketi, kimi oyuncaq ayı, pinqvin, kitab, saat, çərçivə, kimi də ayaqqabı alıb gətirmişdi. Ən çox gözümə dəyən kitab və saat olmuşdu. Tələbələr ya ucuza qurtulsunlar deyə həmin hədiyyələri almış- dılar, ya da kitab və saatın mənalı hədiyyə olduğu- nı düşündükləri üçün. Mənim aldığım hədiyyəyə gəldikdə isə maraqlı olmadığı üçün adını çəkmək belə istəmirəm.
Axşam üstü saat 8-də qonaqların hamısı getmiş, yalnızca mən və kirayəçilər Günəş, Aytən, Nərmin qalmışdıq. Saat doqquza qalmış Nərminin rəsmi əks olunmuş tortdan “Nərminin başını” kəsərək çayla ye- yib oradan ayrılmışdım. Evdən ayrıldığımda da əlavə olaraq öpüş hədiyyə edib çıxmışdım. Saat onda yenə pub, yenə iş, yenə içkili müştərilər. Səhərə yaxın özümü it kimi yorğun, olduqca halsız hiss edirdim. İşdən evə gəldiyimdə birbaşa yatağa girmiş, bir də axşa- müstü səkkizə qalmış oyanıb duş qəbul etmiş, yemək yeyib yenidən işə yollanmışdım. Sonrakı günlərim iş və ev olaraq taleyimə yazılmışdı...

***
Zaman öz axarında keçir və mən it kimi işləyirdim, yayda olacaq toyum üçün pul toplayırdım. Zaman keçdikcə çox şeyi dəyişdirirdi. Ən pisi də insanları dəyişdirməsi idi. Dəyişiklərdən biri də Nərminlə ara- mızda olan hava dəyişkənliyi, soyuq münasibətlərin yaranmış olması idi. Sanki əvvəlki kimi sevmirdik bir-birimizi, sanki əvvəlki hisslər yox olurdu ya- vaş-yavaş. Ona olan sevgim gözlərimdə adiləşmiş, qəlbimdə vərdiş halını almışdı. Onu əvvəli kimi se- vib qısqanmadığımı düşünməyə başlamışdım. Daha telefon zənglərimiz, mesajlarımız da azalmışdı. Keç- miş günlərdəki kimi gündəlik zənglər, mesajlaş- malar, “səni sevirəm” sözləri yoxa çıxmış, yerini üçgünlüklərə, həftəliklərə vermişdi. Nərminin də məndən soyuduğunu, onun da mən keçirdiyim hissləri keçirdiyini anlasam da ona bildirmirdim. Münasibətimiz saysız – kiçik və arabir böyük mü- bahisələrlə zar-zor addımlamağa çalışırdı.

Bir kərəsində o qədər əsəbiləşdim ki, ayrılma- ğa qərar verdim. Zəng edərək anama nişan simvolu olan üzüyü geri almağı, nişanı qaytarmağı, ayrılmaq istədiyimi söylədim. Anam məni dinlədikdən sonra hönkürərək ağlamağa, mənə nəsihət verməyə başladı. Elə ağlayıb fəryad qopardı ki, öz fikrimdən əl çəkmək qərarına gəldim. Hətta ayrılmaq fikri ağlıma gəldiyi üçün özümü pis hiss etdim. Bu söhbətdən sonra anam üç gün ardıcıl zəng edərək Nərminlə mehriban olma- ğımı, özümü sakit aparmağımı, qızın həyatını məhv etməməyimi söyləmişdi. Mən də tutduğum əməldən peşman olmuş, Nərminlə münasibətimi əvvəlki yerinə qoymuşdum. Amma hər şey o ilk günlərdəki kimi deyildi. Onu tanıdıqca yeni xasiyyətlərini kəşf edir- dim. Daha onun cilvələrinə, naz-qəmzələrinə nəvaziş göstərə, səbir edə bilmirdim. Günlər keçdikcə, arada- kı pərdələr qalxdıqca onun istəkləri çoxalırdı. Bəzən elə şeylər istəyirdi ki, almağa imkanım əl vermirdi. Pullarımı da onun istədikləri boş, mənasız yerlərə xərcləmək istəmir, toya saxlamaq istəyirdim. O hələ günlərin birində:
– Daha metro ilə, avtobusla gəzməkdən yorul- muşam, nə zaman maşın alacaqsan? Məni maşınla gəzdirsən nə olar ki? – demişdi.
Mən:

– Mənim o qədər pulum yoxdu axı maşın alım, evi düzəltdirmək istəyirəm, görmürsən də mənim evimin vəziyyətin, divarların rəngi gedib, divar ka- ğızları qopub, cırılıb. Mətbəx mebeli demək olar ki, çürümək üzrədi, hamam kafelinin rəngi saralıb, kran- lar ərp bağlayıb, saymaqda davam eləyim, ya bəsdi bu qədər? Saysam bitmək bilməyəcək, mən də sənin üçün çalışıram, – dedim.
Nərmin: – Belə de, onda divar kağızlarını, otaqla- rın rəngini mən seçəcəyəm, razısan? Hələlik maşın qalsın, evi düzəltdir, sonra alarsan. Evi nə vaxt təmir etdirməyi düşünürsən? – dedi.
Qulağımın arxasın qaşıyaraq:
– Gələn həftədən başlayacaqlar, usta danışmışam artıq. Materialın xərci bir az çoxdu, amma pulum kifayət edəcək, – dedim.
– Hə, əladır ki. Nə vaxt gedək divar kağızına bax- mağa? Mən deyən olacaq ha...
– Bu bazar baxarıq, – deyib onunla razılaşdım. Bazar günü Nərmini də götürüb divar kağızı satı-
lan dükanlara baxmağa getdik. Yol boyu Nərmin tele- fonunda cürbəcür divar kağızlarının rəsmini göstərir, hansılarını bəyəndiyini, hansı rəngləri xoşladığını de- yirdi. Nərmin gələcək yataq otağımız üçün ağ rəngli, üzərində qara yarpaqvarı naxışları olan mənim də xoşuma gələcək oboy seçdi. Qonaq otağı üçünsə açıq boz rəng üzərində tünd boz rəngdə gülləri olan başqa bir oboy. Uşaq otağı üçün açıq mavi rəngli üzərində delfin şəkli olan, mətbəx üçünsə sarı-qara rəngli kənardan baxdıqda kafelə bənzəyən divar kağızı. Sıra tualet və hamam üçün kafel, mətbəx üçünsə me- bel seçiminə gəlmişdi. Kafellərə, mətbəx mebellərinə baxıb sifarişimizi verərək evə qayıtmışdıq.
Üç gün sonra evimdə işlər başlanmışdı. Danışdı- ğım iki usta gəlib uşaq otağı olacaq otaqdan işə qo- yulmuşdular. Səhərlər onlarla birlikdə olub, axşam işə getməklə tamam əldən düşdüyümdən qonaq ota- ğındakı işlərin yekunlaşmağına yaxın onlara – daha, qardaş, məni bağışlayın, sizə yemək bişirə, çay verə bilməyəcəm, işdən evə gəlib bunları eləmək, sonra yenə işə getmək tamam əldən salıb məni. Dörd-beş saat yatsam da yuxumu ala bilmirəm, day məni ba- ğışlayın, yeməyi, çayı özünüz hazırlayın, mətbəxdən də istədiyiniz kimi istifadə edə bilərsiz, – demişdim.
Yaşda böyük, saçları bozarmış, orta boylu usta – problem yoxdu, qardaş, o nə deməkdi? Sənə necə ra- hatdı elə et, biz özümüz yeməyimizi də bişirərik, çayı- mızı da dəmləyərik, – demişdi. Yaşda kiçik olan arıq, uzun köməkçi də – hə, qardaş problem yoxdu, baş üstə, – deyərək ustasının sözünü təsdiqləmişdi. Məndə beləcə evin açarını onlara verib işdən döndükdə yatır, sadəcə günortalar oyandığımda onlarla birlikdə oturur, yeməyimi yeyir, yenidən yatır, onları yola salıb işə gedirdim. Azca çətinliyim yataq otağımın təmiri başlayanda olmuşdu. O zaman yatağımı yenicə təmirdən çıxmış uşaq otağı olacaq otağa daşıyıb “delfinlərlə” birlikdə yatırdım.
Evdə iş gedən günlərin birində hər gün olduğu kimi işdən evə qayıdıb yatağıma girərək yatıb günor- ta oyandığımda evdəki səssizliyin fərqinə vardım, us- taların səsi gəlmirdi. Yataqdan çıxıb otaqları gəzdim, nə mətbəxdə idilər, nə də mənim yataq otağımdakı işlərinin başında.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri