Oyuncaq (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 12
Baxılıb: 9 115
Səs ver:
(səs: 0)


Tanıtım

Diqqət! Bu hekayə məsum qızın hekayəsi deyil. Məsum görünən, amma içi pisliklərlə dolu olan bir qızın hekayəsidir...
Qıraqdan belə idi...
Bəs bu qızın içi?
Nə yaşadıqları?
Ruhsal problemi desəniz, yox idi...
Amma bəzən qıraqdan elə görsənirdi. Nə yaxşıların dostu idi, nə də pislərin... Sevirdi
İnsanlar ilə oynamağı çox sevirdi. Həyatda bacardığı ən yaxşı şey bu idi. Çünki, insanlar onun üçün sadəcə bir "OYUNCAQ" idi.

" Bu yol məni ucuruma aparırdı.
Amma, mən ucurumdan qorxmurdum.
Çünki mən ucurumun özü idim
İrəli bir addım atsaydım, nə olacaqdı?
Öləcəkdinmi?
Ah, mən onsuzda ölü idim!"

Bölüm 1 (Alisa möcüzələr diyarında)

Mən hekayələrin necə başladığını bilmirəm. Biri var idi, biri yox idi başlanğıcları uşaqlığımda qaldı. Sizə nəyi hardan və necə izah edim? Mənim hekayəmi oxuduqca, özünüzdən bir parça görəcəksiniz... Olmaq istədiyiniz, amma ola biləmədiyiniz bir həyat hekayəsini göstərəcəm sizə. Yenə, mənim üçün hər zamanki kimi sıradan bir gün idi. Sıradan dediyimə baxmayın, günümün yarısı olmamış, həyatımdaki kicik aksiyonlar baş qaldırırdı.
"Mən də varam" deyirmiş kimi, mənə çətinliklər yaradırdılar. Amma mən çətinlikdən qaçacaq bir insan deyildim. Mən sizin əksiniz olaraq, bunu sevmirdim... İşim çətinə düşən kimi, otağın bir küncünə qısılıb ağlamırdım. Əslində, bəlkədə həmin gün, daha çox ağlamağımdam irəli gəlirdi. 2 il əvvəl... Amma 2 il əvvəli ağlımdan siləcək, qədər böyümüş və qəddarlaşmışdım. Mən Alisayam... Adımı sevirəm... Adım qədər, sahib olduğum xarakterimidə sevirəm. Sizə ailəmdən bir az bəhs edim? Çox bəhs etsəm, sıxılacağınızı bilirəm... Çünki,mənim ailəm ailə deyil, tam bir problemdi... 15 yaşımda anam ilə atam ayrıldıqda mən anamla qaldım, məndən 3 yaş böyük olan qardaşım isə atamla. Arada atamın yanına qalmağa gedirəm. Həmçinin, qardaşımda ara - sıra bizə gəlir. Anamla hec cürə yola gedə bilmirəm. Məni çox sevdiyini deyir, amma bunu görə bilmirəm. Mənə vaxt ayırmır... Hər zaman ən başda, işi gəlir... Atasının miras qoyub getdiyi, geyim markasının başında mənim anam durur. Yaşayış təbəqəmiz bunun üçün üst səviyyədədi. Amma bu mənə maraqlı deyil. Çünki, mən normalda öz pulumu qazanıb, özüm çalışıram. Yaşın necədir desəniz "Deyəsən 19 - un yarısıdı"deyərəm. Məktəb bitib, uniyədə qəbul olub olacağımı bilmirəm. Düzün desəm, qəbul olub olmamağımda maraqlı deyil. Qəbul olsam nə qazanacam? Qəbul olmasam nə itirəcəm? Mən, onsuzda mənəm...
Nə də ətraf mühit ilə təmasda çox olmuram. Bildiyiniz, nə dostum var nə də tanışım. Yəni, mənim üçün belədi. Amma bəziləri məni özünə dost bilir. Lakin, onlar bilmirki, onların mənim gözümdə bir 'oyuncaq' dan fərqləri yoxdu. Bəli, mən insanlara oyuncaq gözündə baxıram. Təbii hamıya şamil etmirəm... Amma bəziləri ilə oynamağa dəyirdi. Tanımadığım insanlara sosial şəbəkələrdə yazıb, onları özümə aşiq etdirib, sonra onları tərk etmək kimi bir xüsusiyyətə sahib idim. Səbəbsizcə, bunu sevirdim və təkrarlayırdım. Bu mənə zövq verirdi... Arada dəli olduğumu hesab edirdim... Amma sonra, daha ağıllı olduğumu düşünürdüm. Sacımı cürbəcür rənglərə boyatdırıb, sonda tünd qəhvəyi rəngdə qalmışdım. Bu sacımla özümü, saf və məsum qız sanırdım. Elə idim... Amma keçmişdə... Nəysə, bunları bir kənara atıram. İndi sizə nə etdiyimi deyirəm... Çünki, məni zamanla tanımağınızı istəyirəm. İndi bahalı evlərdə, ucuz yaşayan insanların küçələrinə daxil olurdum. Bahalı evlərin,ucuz insanları...
Buralıqda nə işim vardı? Anam bina evimizdən sıxıldığı üçün 2 mərtəbli kicik bir villa almışdı. Hec sevmirdim göstərişi... Amma anam sevirdi... Dostları, evinə gəlib "Sənin nə gözəl evin var" demələri üçün belə bir ev almışdı. Mənim ruhum bura deyildi... Mənim ruhum nə idi bəs? Nə yerə sığırdı, nə də göyə... Tanrı var idisə, niyə edilən pisliklər olduğu kimi qalırdı? Düşünə - düşünə anidən addımı saxlayıb, gözümü yumdum... Ara sıra belə edərdim. Sonra dərin bir nəfəs alıb, havanı içimə çəkdim... Yayı hec sevmirdim... Bəlkədə, günəşi sevmədiyimə görə idi. İndi durduğum yerdə, günəş düz başıma vururdu. Filimlərdəki kimi, üzümə gözəl bir günəş işığı düşüdüyünü deməyəcəkdim,hər halda... Çünki, mən romantik bir insan deyildim. Bu günəş ancaq və ancaq mənim başıma vura bilərdi. Gözlərimi ağlıma gələn bu fikirlə açdım. İrəlli addım atmağa başladıqda, böyük bir ağacın altında bir necə gəncin olduğunu gördüm. Bu gənclərdən 3 - ü qız, 2 - si oğlan idi. Üzülərində gülüş vardı... Necədə məsumcasına gülürdülər... Bəlkədə, içlərindən biri digərini sevirdi... İçi qan ağlayırdı... Amma gülürdü... Ah yenə arabesca bağladım. Deyəsən, bu məhlənin başcıları bunlar idi. Yanlarına çatdıqda, onlara baxmadan keçdim.

Tam bu sırada arxamdan bir oğlan "Heyy gözəl qız, sən yenisən burda?"dedi.

Gördüyünüz kimi, düşüncələrimdə yanılmamışdım. Üzümə kinayəli bir gülüşü qatıb,onlar tərəfə çevrildim. Oğlanların ikisidə əsmər, orta boylu yaşları məni qədər olardı ya yox. Ya da məndən daha böyük...

"Mənimlə hansınız idi?"dedim onları çaşdıraraq. Əminəm məndən belə cavab gözləmirdilər. Qıraqdan o qədər saf görsənirdimki... Bəzən saf nömrəsi oynamaq işimə çox gəlirdi. Amma burda saf nömrəsi oynamaycaqdım. Bu oğlanlardan mənə oyuncaq çıxmazdı. Qaşında çapıq olan, ala gözlü oğlan "Mən idim. Sən sualımıza cavab ver" dedi. Alıcı gözü ilə baxdım oğlana... O qədərdə pis deyildi... Qaşındaki çapıq xüsusi yaraşıqlılıq qatırdı ona.

"Məni burda daha əvvəl görməmisənsə, deməkki yeniyəm. Gözlərini bir yoxlatdır məncə"

Dediyim bu sözə qızlar "Ooo" deməyə başladı. Qızlarada bir göz atdım. Uzun şabalıdı saclı qız həqiqətən saf görsənirdi. Aralarında bəlkədə, ən safı O idi... Bu düşüncəmidə yanıma gələrək tamamladı.

"Sən Yusifə baxma. Bura gəlmisənsə, səndə bizlərdənsən artıq. Mən Arzuyam. Sənin adın nədi bəs?"

Safım mənim... Necədə, gülər üzü ilə mənim adımı öyrənməyə çalışır. Ona eyni istilik ilə yanaşmağa başlayıb "Alisa..."dedim. Tam bu sırada, ağacın yanında olan taxta qapıdan çıxan bir oğlan "Möcüzələr diyarında..."dedi.

Gülməli idi? Deyildi...
Özünü zarafatçıl sayırdı? Filmlərdəki kimi ilk 20 saniyə bir birimizə baxdıq. Qarşımda durmuş bu oğlan sarışın deyə biləcəyim bir tərzdən idi. Daha çox amma oyuncaq havasında idi. Deyəsən, yeni oyuncağımı tapmışdım... Acıq qəhvəyi rəngdə olan saclarına, günəş şüası düşdüyü üçün, parıldayırdı... Üzündə olan sərt ifadə isə, onu yaraşıqlı göstərirdi...
Çox baxdın ona, Alisa... Cavabını ver...

"Nə etməliyəm indi? Dediyinə gülməliyəmmi?"

Ağlımdan keçən ilk sözü söyləyib, onun cavab verməsini gözlədim. Tünd qara saclı qız onun yanında dayandı.
Sanki "Bunun sahibi mən imişəm kimi..."
Amma oğlan, o tərəflik deyildi. Mən belə saxta səmimiyyətləri sevmirdim. Bunu kim deyirdi? İnsanlar ilə oynayan biri... Oğlan mənə doğru bir addım atıb qarşıma keçib, mənə baxmağa başladı. Daha nə qədər mənə baxacaqdı? Baxışlarının altında yatan o sərt ifadə, onun hecdə asand biri olduğunu mənə bildirmirdi. Çətin insanları sevərdim...

"Gülədə bilərsən, gülməyədə bilərsən... Bu sənin öz secimindir"

Üzümə ikrah hissi ilə bir gülüş gəldi. Dəqiqələrdi bu sözü deməyinə görə gözləyirdim mən? Mənim gülüşümü görən, qara saçlı qızda bizim yanımıza yaxınlaşıb "Turan boş verin bu qızı"dedi. Demək, qarşımda durmuş bu oğlanın adı Turan idi. Adı həm qəribə idi, həmdə xoşuma getmişdi. Deyəsən, axtardığımı tapmışdım.

Turan "Elay işlərimə qarşıma demişəm sənə" deyə qızı tərslədi. Aha, aydın oldu mənə... Özünü təhlükəli sayan qızımız, Turan deyilən bu varlığı sevir. Turanda ona baxmır... Tanış mənzərə... İçimdə baş qaldırımış, plan hissi ilə gülüməsdim. Bu 6 nəfəri ayrımaq mənə borc olsun. Pisliyinə edəcəkdim...

İndi saf qız rolu oynayıb "Sonra görüşərik" deyərək arxamı onlara çevirirək yoluma davam etdim. Adının Arzu olduğunu öyrəndiyim qız çox güman məni tapıb, öz içlərinə dəvət edəcəkdi. Kefimin yerinə gəlməsi ilə evimizin qapısına gəlib çatmışdım. Bura bu gün köçürdük deyə, köçürmə işlərində mən olmayacağımı demişdim anama. Çox güman, bu saata qədər işləri bitərdi. Çantamda olan açarı çıxardıb, içəri daxil oldum. Təxmin etdiyim kimi ev bəzədilmişdi... Anam getmişdi... Mən yenə tək idim... İçimdə yenə bir nifrət hissi baş qaldırmışdı... Bu mənzərəni, hər gün yaşamaqdan bezmişdim... Öz özümə "Sakit ol Alisa"deyib yuxarı çıxmağa başladım. Otağıma keçdikdə, telefonuma gələn mesaj səsini eşitdim. Kim idi görəsən? Cibimdə olan telefonu çıxardıb, gələn mesaja baxdım. Tanımadığım bir nömrədən yazılmışdı...

"Yeni evində, yeni oyuncaqlar tapmaq üçün ilk ovuna çıxmısan artıq? Sən sevilməyə layiq olmayan, iyrənc bir insansan ..."

Mesajı oxuyub qaşlarımı çatdım. Bu kim idi? Hər kim idisə, başına bəla axtardığı bəlli idi...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Baş obraz qızın hərəkətlərindən narahat olacaq biri olacaqsa, hekayəni oxumasın...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 9 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri